Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Madrid Kataloniyanın muxtariyyətini dayandırır
Tarix: 19.10.2017 | Saat: 15:43:00
Bölmə:Dünya | çapa göndər

 

İspaniya Nazirlər Şurası oktyabrın 21-də Kataloniyanın özünüidarə səlahiyyətini ləğv etməyə imkan verən Konstitusiyanın 155-ci maddəsini işə salmaq üçün təcili iclas keçirəcək.

Hökumətin bununla bağlı yaydığı bəyanata əsasən, iclasda “ispaniyalıların və Kataloniya sakinlərinin maraqlarını qorumaq və muxtariyyətdə konstitusiya qaydalarını bərpa etmək məqsədilə” məsələnin Senatın müzakirəsinə çıxarmaq üçün tədbirlər görüləcək.

Bir müddət əvvəl İspaniya hökuməti Kataloniya liderinə sorğu göndərərək muxtariyyətin müstəqilliyinin elan edilib-edilməməsi məsələsinə aydınlıq gətirməsini tələb edib. Ultimatumun vaxtı bu gün saat 10:00-da bitib.

Kataloniyanın lideri Karles Puçdemon buna cavab olaraq, İspaniya hökuməti qarşısında şərt qoyub və Madridin dialoqa razı olmayacağı təqdirdə regionun müstəqilliyi məsələsini parlamentdə səsverməyə çıxarmaqla hədələyib. Həmin məktub Kataloniya hökumətinin “Twitter” səhifəsində dərc olunub. Bu cavab mərkəzi hökuməti qane etməyib.

Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən qadağan edilən referendum keçirilib. Bundan sonra Barselona hökuməti müstəqillik bəyannaməsi imzalayıb. Lakin Puçdemon İspaniyanın mərkəzi hökuməti ilə danışıqları yüngülləşdirmək üçün sənədin qüvvəyə minməsini təxirə salıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind