Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Şərq Tərəfdaşlığı Sammitindən müsbət heç nə gözləmirəm” – Musa Quliyev
Tarix: 19.10.2017 | Saat: 16:10:00
Bölmə:Siyasət | çapa göndər

“Şərq tərəfdaşlığı sammitindən sonra Qərbin Azərbaycana və Dağlıq Qarabağ probleminə baxışının müsbət mənada dəyişəcəyini düşünmürəm. Bu bir sammitlə bağlı məsələ deyil. Azərbaycana və onun ən böyük probleminə ikili standartlarla yanaşma “Şərq tərəfdaşlığı”nı aparan dövlətlərin ümumi siyasətinin məntiqi nəticəsidir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycana qarşı sərgilənən münasibət dünyadakı qlobal siyasi böhranın bir dalğasıdır, təsiridir. Bütün müsəlman dövlətlərinə nə cür münasibət varsa, həmin soyuq və ikiüzlü baxış ölkəmizə qarşı sərgilənir:

“Biz yüksək səviyyəli görüşlərdə, konfranslarda separatizmlə bağlı qəbul olunan qərarları müşahidə edirik. Bir neçə bölgənin, hətta Azərbaycana yaxın olan ərazilərin adları çəkilsə də Qarabağ məsələsinə toxunulmur. Heç separatçılar sırasında adı da sadalanmır. Bununla yanaşı, öz müqəddəratını təyin etmək söhbəti gələndə ilk növbədə Dağlıq Qarabağın adı önə çıxır. Ərazi bütövlüyündən söz düşəndə ümumiyyətlə Azərbaycanın adı çəkilmir. Yəni, bunlar təsadüfi məsələlər deyil. Bütün bunların Azərbaycanla birbaşa bağlılığı yoxdur, dünyadakı ikili standartlar kopnteksinin – müsəlman və türk dövləti olan ölkəmizlə Qərbin ikiüzlü münasibətinin ifadəsidir. Buna baxmayaraq, mən Avropa ilə bütün əlaqələrimizi kəsməyin də tərəfdarı deyiləm. Tutaq ki, Avropa Şurası bizə qarşı hər hansı bir qətnamə qəbul edir. Biz həmin an Qərbdən, üzv olduğumuz təşkilatlardan küsüb getməli deyilik”.

Musa Quliyev deyir ki, hər şeyə rəğmən Avropa ilə əməkdaşlığımızı və münasibətlərimizi davam etdirməliyik:

“Onların hər birinə dönə-dönə izah etməkdən yorulmamalıyıq ki, sizin mövqeyiniz səhvdir. Eyni zamanda biz xalqımıza da əsl həqiqətləri açıb deməliyik. Bu mənada mən Şərq Tərəfdaşlığı Sammitindən Azərbaycan üçün ədalətli qərar gözləmirəm. Hər halda hesab edirəm ki, belə bir tədbirdə iştirak edib mövqeyimizi qorumaq, sözümüzü demək lazımdır. Biz hər hansı bir tribunanı boş qoyanda oranı ermənilər və erməni lobbisinin dəstəklədiyi qüvvələr tutacaqlar. Bundan da bizə qarşı istifadə edəcəklər”.

Millət vəkilinin sözlərinə görə, bu mənada dünyadakı proseslər bütövlükdə ədalətli məcraya yönəlmədikcə, Azərbaycana ədalətsiz hücumları gözləməliyik:

“Buna baxmayaraq, Azərbaycan prezidenti beynəlxalq tribunalarda, ikitərəfli görüşlərdə çox müstəqil, qərarlı və qətiyyətli mövqeyini ortaya qoyur. Ermənistan prezidenti ilə görüşdə biz bunun şahidi olduq. Azərbaycan qüdrətli dövlətdir. Öz sözümüzü deməyə və haqqımızı tələb etməyə bizim hər cür imkanlarımız var. Torpaqlarımızı azad etməyə qüdrətimiz çatır. Bu mənada, gücümüzü də göstərməliyik, daim ədalətli mövqedə olduğumuzu də nümayiş etdirməliyik. Hazırda zorun hökm sürdüyü, ədalətsiz zamana gəlib çıxmışıq. Hətta ən böyük dövlətlərin rəhbərləri də beynəlxalq hüququn zibil yeşiyinə atılan kağız parçasına döndüyünü ifadə edirlər. Belə olan halda hər hansı qurumdan ədalətli mövqe gözləmək sadəlöhvlük olar. Biz sadəcə olaraq öz mübarizəmizi aparırıq”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV