Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cəza çəkməkdən azad edilmiş 3660 nəfərə birdəfəlik müavinət ödənilib
Tarix: 19.10.2017 | Saat: 16:39:00
Bölmə:Sosial | çapa göndər

Bu il penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3660 nəfərə birdəfəlik müavinət ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) hafta.az-a verilən məlumata görə, nazirlik cari ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 3660 şəxsi birdəfəlik müavinətlə təmin edib.

Həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq minimum əmək haqqının 4 misli qədər, yəni 464 manat məbləğində birdəfəlik müavinət ödənilib. Digər sosial ödənişlər kimi, qeyd olunan müavinətlərin də plastik kartlarla bankomatlar vasitəsilə ödənişi həyata keçirilib.

Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 434 nömrəli Qərarına əsasən, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılıb. Hazırda Qobustan rayonunda inşası yekunlaşmaqda olan Mərkəz istifadəyə verildikdən sonra həmin şəxslərin sosial mühitə adaptasiyası, eləcə də onların peşə hazırlığının təşkili, ümumən hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək.

Qeyd olunanlarla yanaşı, penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin gələcəkdə məşğulluq imkanlarına maılik olmaları məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilir. Bu ilin 9 ayında ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 164 nəfər şəxs üçün həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında peşə hazırlığı kursları təşkil edilib. Kurslarda inşaat rəngsazı, elektrik-qaz qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, dülgər-xarrat və s. peşələr öyrədilib və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri təqdim olunub.

Nazirliyin məşğulluq orqanları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən digər vətəndaşlarla bərabər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin kvota üzrə ayrılmış iş yerlərində məşğulluğunun təmin olunması işləri də aparılır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind