Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Münaqişə ilə bağlı strateji sənəd hazırlanır” – Rasim Musabəyov
Tarix: 19.10.2017 | Saat: 17:07:00
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycanla Avropa Birliyi arasında strateji tərəfdaşlıqla bağlı sənəd hazırlanır. Bu sənəddə ölkəmizin təkidi Dağlıq Qarabağla bağlıdır. Yəni, rəsmi Bakı təkid edir ki, Avropa Birliyi Gürcüstandakı Abxaziya və Cənubi Ossetiya, Ukraynadakı Krım, Moldovadakı Dnestryanı məsələlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bəyan etdiyi kimi, Dağlıq Qarabağa da eyni mövqeni sərgiləməlidir.  Azərbaycan Avropa Birliyindən həmin sənəddə bizim problemin digər münaqişələrdən fərqləndirilməməsini gözləyir”.  

Bunu hafta.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib. Millət vəkilinin sözlərinə görə, Bu vaxta qədər Dağlıq Qarabağ münaqişəsinə ayrıseçkilik olub:

“Bu razılaşmanın əldə olunub-olunmamasını ilk olaraq Xarici İşlər Nazirliyi biləcək. Çünki onların maraq dairəsində olan məsələdir. Bu vaxta qədər Dağlıq Qarabağ münaqişəsinə ayrıseçkilik olub. Bu vaxta qədər də davam edir. Qərb dairələri Azərbaycana gələndə deyirlər ki, Minsk Qrupunun fəaliyyətinə dəstək veririk. Münasibətə gəldikdə isə ərazi bütövlüyü, xalqların müqəddəratı və gücdən istifadə olunmamaqla bağlı fikirlər səsləndirirlər. Digər münaqişələrə isə konkret mövqe sərgiləyirlər. Biz də deyirik ki, bütün münaqişələrə eyni yanaşma olmalıdır. İkili standartlara son qoymasını tələb edirik. Şərq Tərəfdaşlığı Sammitindən də Avropanın bütün münaqişələrə eyni yanaşmanı gözləyirik. Bu baş verməsə sammitdən müsbət nəsə gözləməyə dəyməz”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV