Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Araz Əlizadə atası ilə bağlı DTX-ya sorğu verdi - GÜNÜN TƏZADLARI
Tarix: 19.10.2017 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Sosial şəbəkələrdə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin atası, şərqşünas alim Məmmədmübariz Əlizadənin DTK (“KQB”) agenti olması barədə iddialar yenidən gündəmə gəldi. Onun mərhum prezident Əbülfəz Elçibəyin həbsinə baiskar olduğu, Elçibəyin isə son sözündə M.Əlizadəni biabır etdiyi bildirilir. Hafta.az bu haqda Musavat.com-a istinadla yazır. A.Əlizadə bununla bağlı suala cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar DTX-nin rəhbəri Mədət Quliyevə müraciət edib: “Xahiş etdim ki, atamın xüsusi xidmət orqanlarının gizli əməkdaşı olub-olmaması barədə mənə məlumat versinlər və Əliyev Əbülfəz Qədirqulu oğlunun məhkəmə işinin materialları ilə tanış olmaq imkanı haqda bildirsinlər. Qeyd etdim ki, atamın parlaq ruhu qaralanır və bunları öyrənmək mənim üçün vacibdir. Mədət müəllimə çox təşəkkür edirəm, o, mənə aydın cavab verdi ki, sizin atanızın adı milli təhlükəsizlik orqanlarının gizli əməkdaşlarının siyahısında yoxdur və o, Əliyev Əbülfəz Qədirqulu oğlunun məhkəməsində iştirak etməyib”.


Könül Kərimovaya qanunsuz torpaq verildiyi bilindi


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tanınmış müğənni Könül Kərimovanın ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verməsinə münasibət bildirdi. Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov “Report”-a bildirib ki, bir müddət əvvəl Könül Kərimova öz bağına bitişik 12 sot torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ƏMDK-ya müraciət edib: “Sənədləşmə zamanı aşkar olundu ki, Novxanı bələdiyyəsi həmin torpaq sahəsini qeyri-qanuni olaraq Könül Kərimovaya ayırıb. Bələdiyyə həm torpaq qanunvericiliyinə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun müvafiq bəndinə uyğun olaraq həmin torpağı qeyri-qanuni ayırıb. Araşdırma zamanı o da məlum olub ki, həmin torpaq bələdiyyə fonduna yox, bağlar massivinə aid olub. Yəni, həmin sahənin bələdiyyəyə heç bir aidiyyəti yoxdur.


Nazir müavininin maşını qarət edildi


Ermənistan diaspor nazirinin müavini Serjik Srapionyanın avtomobili soyuldu. Hafta.az-ın Ermənistan mediasına istinadla yaydığı xəbərə görə, hadisə Yerevanda baş verib. Oktyabrın 17-dən 18-nə keçən gecə naməlum şəxslər nazir müavinin yaşadığı binanın həyətində saxladığı “Nissan Qashqai” markalı avtomobilinin şüşəsini sındırıblar. Qarətçilər maşından 220 min dram (təxm. 500 dollara) pul oğurlayıblar. S.Srapionyan qarətlə bağlı paytaxtın Malatya Polis İdarəsinə şikayət edib.


İcra başçısı məhkəməyə çağrıldı


Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə prosesdə iştirak etməsi üçün Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova rəsmi məktub göndərdi. Hafta.az bu haqda Deyerler.org-a istnadla məlumat verir. R. Məmmədov dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun cinayət işi üzrə şahid qismində tanınıb. T.İbrahimov R. Məmmədovun məhkəməyə çağırılması üçün bir neçə dəfə vəsatət qaldırıb. O, ittiham olunduğu dələduzluq əməlində vasitəçi olduğunu iddia edib. Qeyd edək ki, T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib. 20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.


Dəqiqədə 120 min söz oxuyan Azərbaycan qızı üzə çıxdı


Azərbaycanda dəqiqədə 120 min söz oxumağı bacaran məktəbli tapıldı. Hafta.az yazır ki, bu haqda ARB TV-də reportaj yayımlanb.“ Fatimə Zülfüqarzadə sürətli oxu ilə istənilən kitabı tez bir zamanda fəth etmək qabiliyyətinə sahibdir. Fatimə dəqiqəyə bu qədər söz oxumaqla yanaşı oxuduqlarının böyük hissəsini yadda saxlayıb danışa da bilir. Bu bacarığa sahib olmaq üçün həvəs elə-belədən yaranmayıb. Fatimənin anası bildirir ki, çalışmaqla yanaşı, bu işdə ən önəmli məsələ inanmaqdır: Sürətli oxuma kursunun müddəti 3 ay olsa da, Fatimə 1 ildir bu işlə məşğul olmaqdadır. Məqsədləri isə böyükdür. İndi dəqiqəyə 120 minə qədər söz oxuya bilən məktəbli bu nəticənin artıb-azalmasınin həm də oxuduğu kitablardan asılı olduğunu bildirir. Əlbəttə ki, sürətli oxuması onun danışığına da təsirsiz ötüşməyib. İndi o, oxuduğu kimi danışmağa vərdiş edir... Sadə bir azərbaycanlı ailəsində çox istedadlı qız yetişməkdədir. İstedadı qədər özünəinamı da var. Buna görə də ondan yeni rekord və uğurlar gözləməyə dəyər. Fatimə Zülfüqarlı ismini Ginnesin Rekordlar kitabında görmək arzusuyla...”.


Təyyarə iki avtomobillə toqquşdu


Uçaq yerə enərkən iki maşınla vuruşdu. Hafta.az Ukraynanın “Segodnya” nəşrinə istinadla xəbər verir ki, qeyri-adi qəza ABŞ-ın Florida ştatında baş verib. Yüngülmühərrikli təyyarə naməlum səbəbdən avtomobil yoluna qəza enişi etməli olub və bu yolda iki avtomobillə toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yerli polisin məlumatına görə, zərərçəkənlərdən 3-ü xəstəxanaya aparılmalı olub. Qəzanın səbəbləi haqda hələki dəqiq məlumat yoxdur. Amma təyyarənin endiyi yolun kənarında aşmış dirəklərdən birinin üzərində zərbə izləri aşkarlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV