Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Satış Yarmarkasına 120 ton bal çıxarılıb - REPORTAJ
Tarix: 19.10.2017 | Saat: 19:30:00
Bölmə:Reportaj | çapa göndər

Oktyabrın 10-da Bakıda, “AMAY” ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb. Artıq on gündür ki, yarmarka davam edir. Arıçılar üçün yarmarkada hər cür şərait yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən bal sərgisinə nəzarət gücləndirilib. Satılan bal məhsullarından da görünür ki, adıçəkilən yarmarkada saxta və keyfiyyətsiz bal və bal məhsullarının satışına yol verilmir.

Əvvəlcə arıçılarla görüşdük. Fərid Salayev Astara rayonunun Miki kəndindən gəldiyini və dədə-babadan arıçılıqla məşğul olduğunu söylədi. Onun sözlərinə görə, hər il paytaxtda keçirilən bal sərgisinə qatılır: “Satış yarmarkasına 550 kiloqram bal və bal məhsulları gətirmişəm. Satdığım öz arılarımızın məhsuludur, xalis dağ, may və cökə ballarıdır. On gündür, sərgi fəaliyyət göstərir. Bu müddət ərzində 130 kiloqramdan çox bal satmışıq. Balın 1 kilosunu 20-25 manata satırıq. Bu, münasib qiymətdir, həm alıcılar razı qalır, həm də biz arıçıları qane edir. Allah bərəkət versin. Burada biz arıçılar üçün hər cür şərait yaradılıb. Təmiz və səliqəli, geniş zalda rahat oturub, məhsullarımızı sərbəst şəkildə satırıq. Yeri gəlmişkən qeyd edim ki, burada hər bir satıcının bal məhsullarının satışına icazə verilməsi üçün serfikatı var. Əvvəlcə balın tərkibi laboratoriya analizindən keçirilir. Sonra satışına icazə verilir”.


Müşfiq Məmmədov Naxçıvan MR Şahbuz rayonunun Qızılqışlaq kəndindən gəldiyini söylədi. Bildirdi ki, arıçılıqla məşğul olur. Hazırda arı karxanasında 74 arı pətəyi saxlayır: “Doqquz ildir Bakı şəhərində keçirilən yarmarkada iştirak edirəm. Satışa 270 kiloqram bal çıxarmışam. Bildiyiniz kimi, Naxçıvanda, bizim yerlərdə ancaq xalis çiçək balı olur. Balın kilosunu 25-30 manata satıram. Ona görə ki, bizim bal digər bölgələrin balından seçilir. Xalis baldır. Baytarlıq İdarəsindən sertifikatımıza kimi var. Artıq 150 kilo bal satmışam. Ən baha balı 30 manata satırıq. Artıq alıcılar da püxtələşiblər. Axtarıb, keyfiyyətli bal məhsulları alırlar. Bizim özümüzün müştərilərimiz var. Onlar hər il gəlib bizdən xalis bal alırlar. Yeri gəlmişkən deyim ki, imkansız yaşlı adamlar da var. Biz onlara hörmət edirik. Hətta pay da veririk”.
Tanınmış arıçı Baban Qəribovla görüşdük. 77 yaşlı Baban kişini lap uşaqlıq illərindən tanıyıram. Ağdərə rayonunun Baş Güneypəyə kəndində yaşayırdı. Onun böyük arı karxanası vardı. Arıçılıq sənətini mükəmməl bilirdi. Arıçılar onun yanına gəlib məsləhət alardılar. Həmişə deyərdi ki, arı halallığı sevir. Heç vaxt mayasına haram qatmazdı. Artıq Baban kişi 25 ildir ki, Oğuz rayonunda məskunlaşıb. Bugünün özündə də arıçılıqla məşğul olur. Oğuz-Şəki bölgəsinin yaylaqlarında arısını saxlayır: “İlk dəfədir ki, sərgidə iştirak edirəm. Sərgi çox gözəl təşkil olunub. Biz arıçılar üçün hər cür şərait yaradılıb. 300 kiloqram bal gətirmişəm, kilosunu 25 manata satırıq”.
İlyas adlı alıcı isə söylədi ki, hər il olduğu kimi, bu il də satış yarmarkası yüksək səviyyədə təşkil edilib: “Hər növ bal və bal məhsulları satılır. Hər il Yusif Səmədovdan bal alıram. Açığını deyim ki, Yusif müəllim tanınmış şair olmaqla yanaşı, həm də arıçılıq təsərrüfatı ilə məşğul olur, əslən naxçıvanlıdır. Batabat, Kəngərlinin xalis çiçək balını gətirib satır. Sağ olsun. Həqiqətən də özü kimi elə satdığı bal və bal məhsulları da safdır. Mən ondan həmişə xalis bal almışam”.


İstər müştərilər, istərsə də satıcılar yarmarkanı təşkil etdiklərinə görə ölkə rəhbərliyinə, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. Baytarlıq Nəzarəti Xidmətinin ekspedisiya rəisi Rahib Abdullayev “Həftə içi”nə bildirdi ki, satış yarmarkasında 333 arıçı öz məhsulunu satışa çıxarıb, bu isə ötənildəkindən 78 nəfər çoxdur: “Artıq 120 ton bal çıxarılıb. 15 ton bal isə standartlara uyğun gəlmədiyinə görə satışa buraxılmayıb. Bal sərgisi çox yüksək nəzarət altındadır. Burada saxta balın satılması yolverilməzdir. Məqsəd paytaxt sakinlərini yüksək keyfiyyətli ucuz qiymətə bal məhsulları ilə təmin etmək və halal zəhməti ilə arıçıların becərdikləri bal və bal məhsullarının satışını təşkil etməkdir. Həm alıcı, həm də satıcı satış yarmarkasının təşkilindən razıdır. Satışa burxılan ballar laboratoriya analizindən keçib. Diastazı 5-dən yuxarı olan balın satışına icazə verilib. Bir həftə ərzində, təxminən, 20 tondan çox bal satılıb. Yeri gəlmişkən qeyd edək ki, bu il arıçılar üçün çətin il olmasına baxmayaraq, göstəricilər sevindiricidir. "Bilirsiniz ki, may ayında quraqlıq müşahidə olundu ki, bu da arıçılıq məhsullarının keyfiyyətinə və həcminə təsirsiz ötüşməyib. Buna baxmayaraq, yarmarkaya maraq yüksək səviyyədədir. Əminliklə deyə bilərəm ki, respublikamızın bütün iqtisadi rayonlarından olan arıçılar burada təmsil olunur”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From