Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Tarix: 20.10.2017 | Saat: 13:59:00
Bölmə:Mədəniyyət | çapa göndər

Roma Müqaviləsinin 60 illik yubileyi münasibətilə Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi üzv ölkələrin, eləcə də İsveçrə, Norveç, İsrail, Argentina, Peru, Braziliya, Meksika, Kuba və Moldovanın Azərbaycandakı səfirlikləri ilə birgə təşkil olunmuş "İmagine"Avropa Tolerantlıq Festivalı çərçivəsində daha bir filmin təqdimatı keçirildi. Latviyalı kinorejissor xanım İnara Kolmanenin ərsəyə gətirdiyi film Latviya və Yaponiya mədəniyyətini əks etdirirdi.

Təqdimatdan əvvəl çıxış edən Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs bildirdi ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir və burada müxtəlif mədəniyyətlərin inkişafına münbit şərait var. O, nümayişinə toplaşdığımız filmdən danışmayaraq, bunu hazırda tamaşaçılar arasında əyləşən rejissor İnara Kolmanenin edəcəyini bildirdi. Səfir tədbirə qatılan Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katoriyə və bütün tamaşaçılara təşəkkür edərək hamını filmə baxmağa dəvət etdi. 

Latış dilində səsləndirilən, ingilis subtitrı ilə nümayiş etdirilən “Ruç və Nori” (“Ruch and Noire”) adlı filmin məzmunu belədir: Latviyalı kinorejissor xanım İnara Kolmane tərəfindən 2015-ci ildə lentə alınmış "Ruch and Noire" sənədli filminin qəhrəmanı Yaponiya vətəndaşı, gənc tələbə Nori Tsurutadır. O, unudulmaqda olan Suiti mədəniyyətini araşdırmaq niyyətindədir. Bu səbəbdən də antropologiya üzrə magistr dissertasiyası yazmağa hazırlaşan Nori Latviyaya yollanır.

Suiti mədəniyyətini öyrənərkən Nori iki il ərzində Ruç adlı yaşlı, hündürboylu latviyalı qadınla tanış olur. Müasir mədəniyyətlərarası ünsiyyətin canlı nümunəsi sayılan filmdə Ruç və Norinin simasında iki ekzotik aləm görüşür. Maraqlıdır ki, ilk vaxtlarda bu iki insan ünsiyyət qurmaq, bir-birini almaq üçün xeyli çətinlik yaşayır. Amma çıxış yolu tapılır, Ruç qədim mədəniyyətin təcəssümü olaraq oxumaqla yaponiyalı qızın vəziyyətini yüngülləşdirir. Daha sonra o, yaşadıqları aləmdə qarşısına çıxan hər şeyin adını latış dilində Noriyə başa salmağa çalışır və əlbətdə, alimlik dərəcəsi almağa hazırlaşan yaponiyalı gənc həmsöhbətinin dediklərini mənimsəyir.

Filmdə göründüyü kimi, Nori tezliklə Ruça bağlanır və onun simasında nənəsini tapdığına əmin olur. O, bütün ev və həyətyanı işlərdə Ruçla bərabər çalışır və bu zaman istər-istəməz Suiti mədəniyyətinin içinə girə bilir. Yəni o, mədəniyyəti oxumur və ya eşitmir, canlı olaraq yaşayır.

Ruç Norini məzarlığa da aparır, mərhum ərinin məzarının yan-yörəsini təmizləyir, gətirdiyi çiçəkləri qəbrin üstünə düzür, dua oxuyur və sair. Əlbətdə, bütün bunları Nori diqqətlə izləyir və hətta onu daha yaxşı anlamaq üçün kömək də edir. Üstəlik, Nori bir anlığa Yaponiyada məzarlıqda olduğunu düşünür, öz milli adətlərini yada salır və Ruça əyani olaraq yapon milli adətləincə məzarı ziyarət zamanı necə etdiklərini göstərir. Bu isə iki fərqli mədəniyyətin həyatın hər anında qarşılıq tapdığını isbatlayır. Əlbətdə, bütün bunlar aktyor peşəkarlığı ilə yanaşı, əsasən rejissor İnara Kolmanenin böyük uğurudur.

Ruç gənc Noriyə dissertasiyasını yazmaq üçün gözlədiyindən daha çox bilgi verir. Ona latış xalqının folkloru ilə bağlı çox şeylər danışır, öyrədir. Hətta onu bölgədə təşkil olunmuçş el şənliyinə apararaq insanların geyimini, davramışını, bu bayramlarda yemək-içməyini və sair də canlı şəkildə göstərir. Beləliklə, Nori Latviyada qaldığı iki il ərzində iki məqsədə qovuşur: həm dissertasiyasını yekunlaşdırır, həm də yapon milli mədəniyyətindən yerlə-göy qədər fərqlənən latış folklorunu mənimsəyir, özünə ailəsi qədər doğma insanlar qazanır...

Qeyd edək ki, filmin latış qəhrəmanı olan Ruç kənddə tək-tənha yaşayır. Çünki onun sevimli əri dünyasını dəyişib, iki övladı – oğlu və qızı isə kəndi tərk ediblər.

Film başa çatandan sonra rejissor İnara Kolmane çıxış edərək ərsəyə gətirdiyi bu sənət əsəri haqda danışdı. Bildirdi ki, filmin yaponiyalı qəhrəmanı olan Nori çəkiliş başa çatandan sonra da Latviya ilə əlaqələrini davam etdirir. O, filmdə dostu rolunda çıxış edən tərəfmüqabili ilə ailə qurub və hazırda bir oğul övladları var. Kolmane qeyd etdi ki. bir müddət öncə Nori ailəsi ilə birlikdə Latviyaya qonaq gəlib, olduğu yerlərlə onları tanış edib.

Sonda rejissorun şəxisini tanıtmaq da yerinə düşərdi. 56 yaşlı İnara Kolmane 1961-ci il iyulun 1-də Latviyanın paytaxtı Riqa şəhərində doğulub. Onun “Ruch and Noire” ilə yanaşı “My Husband Andrei Sakharov”, “Controversial History”, “A World Apart”, “Frosty Flowers”, “Nude” və sair filmləri də geniş tamaşaçı sevgisi qazanıb.

 

Daha sonra latviyalı rejissor tamaşaçıların suallarını cavablandırıb.

Sonda Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katoriyə filmin diski təqdim olunub.

Xatırladaq ki, 12 oktyabrdan start götürən tolerantlıq festivalı oktyabrın 20-də Argentina istehsalı olan "Beirut Buenos Aires Beirut" səndəli filminin nümayişi ilə yekunlaşacaq. Xatırladaq ki, festival çərçivəsində tamaşaçılar 20-dək ölkənin 40-dan artıq filmini izləyib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV