Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Tarix: 25.10.2017 | Saat: 13:27:00
Bölmə:Müsahibə | çapa göndər

Mərkəzi Avropanın iki ölkəsində - Avstriya və Macarıstanda Soros Fondunun fəaliyyətinin dayandırılması ciddi müzakirə mövzularından biri olaraq qalır. Doğrudur, Qərbin rəsmi dairələri hələlik Vyana və Budapeştin “Soros”la aralarında baş verənlərə münasibət bildirməyə tələsmir. Məlumat üçün qeyd edək ki, 2011-ci ilin dekabrında adıçəkilən fondun Azərbaycanda fəaliyyəti qadağan ediləndə Qərb rəsmi Bakıya qarşı çox sərt davranmışdı. Hətta “Soros” kimi bir donor təşkilatın fəaliyyətinin dayandırılmasını “hakimiyyətin Azərbaycanda söz azadlığının boğulması istiqamətində növbəti addımı”  kimi qiymətləndirmişdi.

Bəs indi Avropanın özündə Corc Soros adına fondun bu cür qərarla üzləşməsi həmin təşkilatları niyə naarahat etmir?

Bu suala cavab tapmaq üçün hadisələrin kökünə, özəyinə enməyə çalışdıq. Politoloq Elnur Soltanov hafta.az-a açıqlamasında deyib ki, Avstriya və Macarıstanda Soros Fondunun fəaliyyətinin dondurulmasının kökündə iki səbəb dayanır. Hansı səbəblərin dayandığını isə politoloq suallarımızı cavablandırarkən detallarla izah edib:

Elnur müəllim, əvvəlcə Macarıstanın, ardınca Avstriyanın Soros Fondunun ölkədə fəaliyyətini dayandırmasının kökündə nə dayanır?

- Avstriya və Macarıstanda Soros Fondunun fəaliyyətinin dayandırılmasına əsas səbəb Corc Sorosun öz fonduna etdiyi transferin miqdarıdır. Bu ölkələrin Sorosa qarşı bu cür addım atmasının və əsas qorxunun qaynağı budur. Çünki 18 milyard dollarlıq pul köçürməsi dünuada “Bill & Melinda Gates Foundation”dan sonra “Soros”u ən varlı təşkilata çevirir. “Soros”dan fərqli olaraq “Gates” fondu siyasi fond deyil. Onlar daha çox insanlığın ümumi inkişafı, səhiyyə, təhsil, innovasiya sahələrində layihələr həyata keçirirlər. Bu mənada Soros Fondu dünyada ən çox vəsaitə - 18 milyard dollara malik, siyasi proseslərə müdaxilə etmək iqtidarına sahib olan bir təşkilata çevrildi. Əsas qırılma nöqtəsi, problem bundan ibarətdir. Hazırda Avropada sağ partiyaların güclənməsi prosesi baş verir. Artıq proses bir xeyli müddətdir ki, başlayıb. Dediklərim həm Avstriya, həm də Macarıstan üçün keçərlidir. Fransada müəyyən ölçüdə bunun qarşısı alındı. Almaniyada hal-hazırda “sağ”ların gücləndiyini və siyasi proseslərə təsir etdiyini görməkdəyik. Bunun da müxtəlif səbəbləri var. Həmin səbəblərdən də biri miqrasiya hadisəsidir. Başqa bir səbəb Avropa İttifaqı daxilində olan nazrazılıq hallarının get-gedə artmasıdır. Soros Fondunun miqrasiya hadisələrinə, eləcə də sağ partiyalara münasibəti birmənalı deyil. Xüsuən də sağ yönlü partiyalarla aralarında ziddiyətlər çoxdur. Bunun da səbəbi sağ gürüşlü siyasi təşkilatların adıçəkilən məsələlərdə ideoloji olaraq “Soros”a əks mövqedə dayanmalarıdır. Buraya Avropa Birliyi daxilində və xaricində mühafizəkarlıq məsələsini də aid etmək olar. Ona görə də, Soros Fondu sağ görüşlü qurumları öz hədəfinə götürüb. Narazılığın əsas səbəbi olan bu iki hadisənin biri qığılcım, digəri yanacaq oldu. Nəticədə bu partlayışın ciddiyyəti daha da qabarmağa, ciddiləşməyə başladı.

Corc Sorosun 18 milyard dolları öz adını daşıyan fonda köçürməkdə başqa məqsədi var idi yoxsa...?

- Müxtəlif iddialar var ki, Corc Soros əslində 18 milyard dolları fondun hesabına yatırmaqla vergidən yayınmağa çalışır. Həyatdan köçəndən sonra Sorosun varislərinə daha çox pulun qalması, vergilərin daha az verilməsi üçün belə bir addım atıldığını düşünənlər də var. Amerikada qeyri-hökumət təşkilatları qazanc məqsədli qurumlar sayılmadığı üçün onlar vergidən “yayına” bilirlər. Buna görə də məlum pul köçürməsinin maliyyə yayınmasına xidmət edən addım olduğunu düşünənlər də var. 18 milyarddan əvvəl “Soros”un özünün də büdcəsi vardı. Söhbət 20 milyarddan artıq vəsaitdən gedir. Dünyadakı ölkələrin 50 faizinin büdcəsi həmin məbləğdən azdır. Doğrudur, bu fondun illik potensial büdcəsi deyil. Ümumi fond büdcəsidir. Yenə də kifayət qədər böyük miqdardır. Burada başqa məsələlər də ola bilər. Söhbət Avstriya və Macarıstanda Corc Sorosun fondunun qadağan edilməsindən gedir.

Elnur bəy, Macarıstanın baş prokuroru mediaya açıqlamasında dedi ki, Soros Fondunun ölkədə fəaliyyətinin dayandırılması ilə 2018-ci ilin ortalarına planlaşdırılan çevriliş və ya “mədəni siyasi inqilabın” qarşısı alındı. Bu kifayət qədər əsaslı iddiadır. Doğrudanmı Avropanın qaynar siyasi və ictmai gündəliyində orta mövqelərdə qərarlaşan bu ölkədə hakimiyyət dəyişikliyi baş verə bilərdi? Bəs Avstriyanı hansı “Soros boğanağı” gözləyirdi?

- Macarıstanla bağlı məsələ kifayət qədər şəxsiləşib. Baş nazir Viktor Orbanla “Soros” arasında şəxsi ədavət var. Ona görə də bu ölkədə hər şey gözləmək olar. Macarıstan və Avstriya kimi ölkələrdə demokrtaik insitutlar yaxşı işlədiyinə görə, cəmiyyətdə partlamalar yaşanmır. Rəngli inqilablar müəyyən qədər qapalı cəmiyyətlərdə baş verir. Çünki belə cəmiyyətlərdə mənfi enerji toplanır və müəyyən mənada onun açığa çıxması üçün mexanizmlər yaxşı işləmir. Buraya media və partiya siyasətinidəki “boz çalar”lar da öz təsirini göstərir. Həmin enerjinin üzə çıxması üçün şərait yarananda partlayır. Macarıstan və Avstriya kimi ölkələrdə mənfi enerji demək olar ki, yoxdur. Çünki media və siyasi proseslər kifayət qədər azadlığını qoruyur. Onu da deyim ki, Avstriyadakı bəyanat da çox maraqlı idi. Oranın yeni seçilmiş şanselyesi iddia etdi ki, bir gecə içində bizə qarşı hücumların miqdarında həndəsi artım yaşandı. Əslində bu da ciddi iddiadır. Bu iki dövlətin içərisindən yenə də Macarıstanı ayırardım. Ona görə ki, Soros Fondu ilə bu ölkənin baş naziri Orban arasında ciddi ədavət var. Bu ədavətdə bütün “qırmızı xətlər”dən keçilib. Tərəflər bir-birlərinə qarşı bundan sonrakı addımlarında və davranışlarında tərəddüd etməyəcəklər. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi