Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kəşmirdə böyük dövlət terroru törədilib" - Said Xan Mohmand
Tarix: 27.10.2017 | Saat: 11:58:00
Bölmə:Gündəm | çapa göndər

Pakistanın ölkəmizdəki səfirliyində Kəşmir Günü ilə bağlı mətbuat konfransı keçirildi. 

Əvvəlcə Kəşmirdə Hindistan ordusunun törətdiyi vəhşətlərdən bəhs edən videoçarx nümayiş olundu.

Daha sonra çıxış edən Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand Kəşmir münaqişəsinin tarixindən söz açdı. Pakistanın prezidenti və baş nazirinin müraciətini səsləndirən səfir bildirdi ki, Hindistan ordusu Kəşmiri işğal edib, orada böyük dövlət terroru tördilib və bunlar dünya ictimayyəti tərəfindən məskin pislənilib. "Son bir ildə hind əsgərlərin zülmü nəticəsində 460 kəşmirli həlak olub. Hindistan BMT-nin qətnamələrinə sayğıgöstərməli və onların özmüqəddəratını həll etməyə imkan yaratmalıdır. Pakista da öznövbəsində Kəşmir xalqına bu mübarzəsində hər cür dəstək verəcək" deyib səfir.

Gəlin bir az da 70 ildir həllini gözləyən Kəşmir münaqişəsinin tarixinə nəzər salaq.
Qeyd edək ki, Hindistanla Pakistan arasında baş verən bir neçə müharibədən sonra Kəşmir adıçəkilən ölkələr, həmçinin Çin arasında bölünüb. Hazırda Kəşmir ərazisinin 85 min 846 kvadratkilometri Pakistan, 101 min 338 kvadrat kilometri Hindistan, 37 min 555 kvadratkilometri isə Çin ərazisi hesab edilir. Azad Kəşmirin ərazisi isə 56 min kvadratkilometrdir. Paytaxtı Müzəffərabad olan Azad Kəşmir Pakistanla sıx müttəfiqlik əlaqələrinə malikdir. Beynəlxalq aləm tərəfindən tanınmayan bu dövlətin öz hərbi qüvvələri də var.


Onu da deyək ki, BMT 1948-ci ildə Kəşmirdə müstəqillik haqqında referendum keçirilməsi və Hindistan qoşunlarının oradan çıxarılması barədə qətnamə qəbul edib. Ancaq Hindistan bu günə kimi həmin qətnaməni yerinə yetirməyib.
Kəşmirdə buddist və müsəlman əhali arasında ilk konkret parçalanma məsələsi 1931-ci il iyulun 13-də baş verib. Belə ki, Maharaca Xara Sinqə qarşı nitqlə çıxış edən müsəlmanın kəşmirlinin məhkəməsi keçirilən Şrinaqar qalasının qarşısnda 13 müsəlman güllələnir. Üstəlik, hadisədən az sonra Lahorda Əllamə İqbalın başçılığı altında Bütöv Hind Kəşmir Komitəsi yaradılıb. Nəticəsi də bu olur ki, 1947-ci ildə Maharaca Xara Sinqhin əsgərləri minlərlə kəşmir müsəlmanını qətlə yetirir. Çox keçmir ki, məsələ rəsmi Dehlinin gündəniə çıxarılır. 1947-ci il oktyabrın 27-də Hindistan hökuməti ordu göndərərək Cammu və Kəşmiri işğal edir. Kəşmirlilər buna üsyan edərək, ştatın bəzi bölgələrini azad edirlər ki, bu hissə də Azad Cammu və Kəşmir adlanır.
Amma bu sözügedən bölgəyə rifah və rahatlı gətirmir və bu günədək vaxtaşırı ölümlə nəticələnən silahlı hadisələr yaşanır. Hindistanın nəzarətində olan Kəşmirə gəlincə, orada müsəmanların vəziyyəti daha ağırdır. Çıxış yolu kimi, 1986-cı ildə bu ərazilərdəki siyasi partiyalar 1987-ci il seçkilərində fəal iştirak məqsədilə Birləşmiş Müsəlman Cəbhəsi yaradıblar. Amma seçkilərin saxtalaşdırılması və 1988-ci ildə elektrik enerjisinin qiymətinin qaldırılması əhalidə Hindistana qarşı qəzəb oyadıb, xalq küçələrə axışıb etirazını bildirdikdə isə, hind ordusu nümayişçilərə atəş açıb, hərəkatın öncüllərini həps edib və sair.
Əfqanıstanın Sovet işğalından azad olunması və keçmiş sosialist coğrafiyasına yayılan demokratiya dalğası Kəşmirdə azadlıq hərəkatını yenidən alovlandırır. Nəticədə ayağa qalxan müsəlman kəşmirlilərin nümayişlərlə müşayiət olunan mübarizəsi indiyədək davam etməkdədir. Təbii ki, buna əsasları da var. Məsələn, 1989-cu ildə hind əsgərlər məscidi murdarlayır və namaz qılarkən müsəlmanlara zor tətbiq edir. Müfti Səidin qızını oğurlayıb, beş gün sonra buraxırlar. 1990-cı ildə Mir Vaiz Molvi Faruk öldürülür və onun dəfn mərasiminə gələn izdihamın gülləboran edilməsi 50 insanın həyatına son qoyur. 1991-ci ildə Hindistan əsgərləri Kunan Poşpura kəndində bir gecədə 23 qadının namusunu ailələrinin gözü önündə ləkələyir, hansı ki, bu hadisə dünya tərəfindən qınanıb. 1992-ci ildə baş verən bir qarşıdurmada hind ordusu 14 günahsız kəşmirlini öldürür. Müsəlmanlar hadisəyə etiraz edir və bu zaman daha 12 nəfər qətlə yetirilir. 1993-cü ildə Sopor şəhəri bütünlüklə hind əsgərlər tərəfindən yandırılır və 40 sakin öldürülür. 2001-ci ildə Hindistan Pakistanla sərhədə ordu toplayır ki, bu da yeni müharibənin başlama qorxusu yaradır. 2003-cü ildə hind əsgərlər 17 kəşmirlini Damxal Xancorporda, 18 nəfəri isə Baqramolada öldürür. Ümumiyyətlə, indiyədək Kəşmirdə 70 mindən çox müsəlman kəşmirli həlak olub, 1,5 milyonu isə ev-eşiyindən qaçqın düşüb.
Kəşmirdə vəziyyət o həddə pisləşir ki, bu münaişənin ssenari müəllifi olan Böyük Britaniyanın özü etiraz edir. 1995-ci ildə Britaniya insan haqları üzrə parlament qrupunun rəhbəri Erik Avbari Hindistanın işğalı altında olan Kəşmirdəki durumu çağdaş dünyanın ən təhlükəli problem adlandırıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind