Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Tarix: 30.10.2017 | Saat: 15:46:00
Bölmə:Müsahibə | çapa göndər

Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonudur. Oktyabrın 29-da Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 24 ili tamam oldu. 

Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü.
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Zəngilanı o rayonda doğulub-böyüyən biri - filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun aparıcı elmi işçisi ve mətbuat katibi Təranə Şükürlü ilə xatırladıq.

- Zəngilanı tez-tezmi xatırlayırsınız və daha çox nə vaxt?


- Bəli, tez-tez xatırlayıram, həmişə xatırlayıram. Demək olar ki, unutmuram. Bir də bütün oktyabr ayı... Zəngilanla bağlı ən xoş xatirələrim yaddaşımdan itsəydi, özümü bağılşamazdım. İyirmi dörd ildir biz bu duyğulara artıq doğmalaşmışıq. Amma xatirələrini unutmaq istəyən insanları qınayıram.


- Doğulduğunuz rayonun adı çəkiləndə ilk ağlınıza gələn nə olur?


- Uşaqlıq xatirələrim. Oradakı məhəlləmiz. Çox doğma məhəlləmiz, mehriban qonşularımız var idi. Amma qoyub gəldiklərimizin sırası da dəyişdi...


- Sizə elə gəlmirmi sanki insanlar işğal tarixlərini qeyd etməkdən usanıb?


- Çətin sualdır... İnsan sevdiyi şeylərdən, inandığı həqiqətlərdən, dərdini, ağrısını, nisgilini çəkdiyi həsrətlərdən qaça bilməz , usana bilməz. Bu ola bilər kimi isə yükləməkdən qaçmaqdır, amma usanmaq deyil. Yəni hər birimiz bunu içimizdə ağrısı ilə yaşayırıq.


- Sosial şəbəkələrdə Zəngilanla bağlı tez-tez paylaşım edən və o adda səhifənin admini olaraq müasir dövrdə insanların işğal tarixinə münasibətiniz maraqlıdır...


- O səhifədə müxtəlif “xasiyyətli”, müxtəlif “ovqatlı” insanların fikirləri var. Onlar Zəngilan səhifəsinin dostlarıdır. Nə yaxşı ki, sosial şəbəkələrdə Zəngilan səhifəsi, Zəngilana aid qruplar var. Orda zəngilanlılar qismən də olsa virtiual görüşürlər, ünsiyyət qururlar, birləşə bilirlər. Səhifəni yaratmaqda bir məqsədim var - Bircə yol var - Zəngilanı sevmək, Zəngilan adını daşıyan səhifəni sevmək! Onu sevə-sevə anlatmaq. Orada rayonumuza aid yazılan rəylər, fikirlər həm də bütün susqunluqlar , Zəngilan haqqında səsdir, səs... Bu gün o səhifəni Zəngilanı görməyən gənclər də maraqla izləyir. Ona görə gənclərin poetik ovqatları da Zəngilandan bəhs edənlərin çöküş ruhu üstündə köklənir.


- Aradan iyirmi ildən artıq vaxt keçib. Zəngilanla bağlı arzularınızda nə dəyişib?


- Ömrümüzdən sürətli bir zaman qaçır. Düşünürəm. Həm də kövrəlirəm. İllərdir eyni arzu ilə yaşamaq. Arzularımızın dəyəri, ölçüsü səmimi və ülvi olmasındandır. Zaman Zəngilanla bağlı arzularımızı dəyişə bilməz. Bundan sonra yaşadığımız ömrün hər səhifəsində Zəngilanı gözləyirik.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev