Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
Tarix: 30.10.2017 | Saat: 17:52:00
Bölmə:Müsahibə | çapa göndər

Şimali Kipr Türk Respublikasının elan edildiyi gündən 34 il ötür və hər il olduğu kimi, noyabrın 15-də bu münasibətlə təntənəli bayram tədbirləri təşkil olunacaq. Amma təəssüf ki, Kipr türklərinə bu respublikanı qazandıran, adını dünya tarixinin ən məşhur liderləri sırasına yazdıran, Şimali Kipr Türk Respublikasının mərhum prezidenti Rauf Denktaş günümüzdə həyatda deyil və əlbəttə ki, xalqı bayram coşqusunu onsuz qeyd edəcək. Şübhəsiz, Rauf Denktaş böyük siyasətçi, cəsur, qüdrətli mübariz, həm də ürəyi insanlara, həyata sevgiylə coşub-daşan əvəzsiz şəxsiyyət idi.

- Onunla sağlığında iki dəfə görüşmək qismətimdə olub. Birinci görüşdə prezident idi. Hal-əhval tutdu, iş-gücümüzlə, problemlərimizlə maraqlandı. İkinci görüşümüzdə isə o, prezident olmasa da, ölkə əhalisinin nəzərlərində prezidentdən daha yüksəkdəydi. Əsl milli lider idi və bu dəfə bizimlə çox şən, zatrafatlarla söhbətləşdi. Öyüd-nəsihətini də əsirgəmədi...

Bu dəfə oxucuların görüşünə mərhum prezidentin qızı Endər Denktaşla gəlirəm. Buyurun, xanım Denktaşın sətirlərə hopmuş dediklərini özünüz oxuyun:

- Ailədə hər birimiz iş-güc adamıydıq deyə, demək olar ki, bir yerə toplaşmaqda çətinlik çəkirdik. Ona görə də həftənin bazar günləri bizim üçün göydəndüşmə olurdu. Bir qayda olaraq ailənin hər bir üzvü o günü fürsət bilər və dəyərləndirməyə çalışırdı. İmkan daxilində çalışırdıq ki, bu gün ərzində siyasətə yer verməyək, necə deyərlər, iş-gücü kənara qoyub ailəmizlə maraqlanaq. Atam da həmin gün daha çox nəvələrinə nəvaziş göstərər, vaxtını onlara həsr edərdi. O çox işləyirdi və bu səbəbdən də yorulurdu.

- Bu günlərdə Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasınını 34-cü ili təntənəli şəkildə qeyd olunacaq. Məncə bu elə Rauf Denktaşın ömrünü həsr etdiyi milli mübarizənin zəfəridir və dünya türkləri məhz Denktaşın əldə etdiyi uğuru bayram edəcək. Maraqlıdır, bu 34 il ərzində nə dəyişdi Kiprdə?

- Əsas odur ki, Şimali Kipr Türk Respublikasının qurmaqla Kipr türk cəmiyyətinin varlığını dünyaya elan etməyin özü ən böyük qazancdır. Rauf Denktaş məhz müstəmləkə idarəçiliyi, ingilis qəsbkarlığının və yunan zülmünün tüğyan etdiyi bir dönəmdə heç nədən çəkinməyərək özünü mübarizə meydanına atıb və xalqı üçün bu günki respublikanı qazanıb. Bu illər ərzində yoxdan var edilən Kipr türkünün azadlığı, əldə etdiyi respublika dünyanın sanksiyalarına və hər cür təzyiqlərinə rəğmən bu gün var, gələcəkdə də var olacaq. Çünki bu müstəmləkəçilikdən azad respublikaya qovuşan qəhrəman Kipr türk xalqının illərdir bitib-tükənməyən var olmaq uğrunda mübarizəsidir. Bu respublika Denktaş və mübarizə dostlarının əzmi, eləcə də Türkiyənin dəstəyi ilə bu günlərədək gəlinmiş ən böyük mükafatımızdır.

- Uşaqlara, gənclərə xüsusi sevgisi vardı Rauf bəyin. Maraqlıdır, öz övladlarından tələbləri nə idi, sizi necə görmək, necə yetişməyinizi istəyirdi?

- Denktaş bütün uşaqları öz dogma balaları kimi sevirdi. Heç vaxt başqa uşaqları öz övladlarından ayırmırdı. Onun bir baxış bucağı vardı: övladları olaraq bizim problemlərimiz varsa, deməli, bu başqa uşaqlarda da vardı və bütöv şəkildə həll olunmalıydı. Yəni bizim istəklərimizi, tələblərimizi öyrənir və bunu bütün Kipr uşaqlarının mövqeyi kimi dəyərləndirirdi. Atamın ürəyi insanlara sevgi ilə doluydu. Mən fəxrlə deyirəm ki, bu müstəsna insan hamıya eyni cür davranan, adil, vicdanlı və sevgi dolu ürəyə sahib məhz Rauf Denktaş idi…

- O hər zaman deyirdi ki, özünüzü kədərli hiss elədikdə ağ kağız üzərində şükr etdiyiniz xoşbəxt günlərinizin siyahısını tutun. Maraqlıdır, özü nə zamansa belə bir siyahı yazıbmı?

- Onun yeganə xoşbəxtliyi bütün təzyiqlərə rəğmən xalqına qazandırdığı azadlıq, müstəqil və bərabərhüquqlu insanların yaşadığı, bu gün də təhlükəsiz şəkildə yaşamımızı davam etdirdiyimiz respublikadır.

- Atanız öz xatirələrində yazırdı ki, 27 yanvar 1972-ci il tarixində doğulub. Bu tarix ona niyə əziz idi?

- Bu mənim üçün də maraqlı xəbər oldu. Təəssüf ki, dediyiniz doğuş tarixiylə bağlı söylədiklərindən xəbərim yoxdur…

- “Milli-mənəvi dəyərlərimizi qorusaq o da bizi qoruyacaq”. Bu sözlər də mərhum atanıza məxsusdur. Qərbdə təhsil alsa da, həyatı boyu millətinə, islam dininə sadiq qaldı…

- Milli dəyərlər onun həyatında doğrudan da təsirli olub. Elə insanlara münasibəti, davranışı bu zəngin dəyərlərdən qaynaqlanırdı. Həm də başa düşürdü ki, yalnız bu halda günümüzədək yaşadığımız proseslərin əzab-əziyyətini unutmamalıyıq. Bu ağrı-acılara qiymət vermək bir millət olaraq biz insanlara yaşamaq üçün lazımdır.

- Atanız iki oğul, bir qız övladını itirb. Bu ağrılı itkilər onun həyatına, evdə və ya işdə təsir edirdimi?

- Övladlarının itkisi hər an onu yandırırdı. Hətta deyərdim ki, o, bu dəhşətli itkini ürəyində qaysaq bağlamayan qanlı yara olaraq özü ilə apardı. Ancaq Allahın verdiyi böyük səbr və iradəylə acılara necə sinə gərməli olduğunu yaxşı bilirdi. Elə mən də səbrli olmağı atamdan öyrənmişəm.

- Bildiyim qədər atanız son nəfəsində yunanca nələrsə deyib və həmin vaxt onun yanında məhz siz olmusunuz. Onun yunanca danışması düzdürmü və sirr deyilsə, nə deyirdi?

- Son gecəsində səhərədək atamın yanında qaldım, səhərədək birlikdə mahnı oxumuşuq - “Sevə bilməz kimsə səni, mənim sevdiyim qədər...”. Elə hey zümzümə elədik... Səhərə az qalmış “Hristoftas” deyə qışqırdı və yunanca nəsə dedi. Mən yunanca bilmirdim deyə anlamadım. Dedim ay ata, türkcə, heç olmaya ingiliscə de, başa düşüm. Qəribəydi, əvvəl ingiliscə, sonra da türkcə cavab verdi: Get onlara de ki, bura müstəqil respublikadır...

- Atanız ömrünün son illərində də olsa Azərbaycana gələ bildi. Bizi çox sevirdi, elə Kiprə səfər zamanı da eyni sevgini hiss edirdik. Bir övlad olaraq atanızdan nə kimi xatirələr eşitmisiniz Azərbaycanla bağlı?

- Atam Azərbaycanla bağlı həmişə maraqlı söhbətlər edərdi. Dədələrlə Azərbaycanın onun üçün nə qədər əhəmiyyətli ölkə olduğunu qeyd eləmişdi. Düzdür, ailə olaraq bir araya toplaşanda bacardığımız qədər çalışırdıq ki, siyasi mövzulara girməyək. Əslinə buna vaxtımız da yox idi. Çünki həftənin ancaq bazar günü birlikdə olmağa boş vaxt tapırdıq. Amma atam yenə də imkan düşdükcə milli-mənəvi məsələləri diqqətdə saxlayırdı. Azərbaycanla bağlı fikir və görüşləri də həmçinin.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind