Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
Tarix: 31.10.2017 | Saat: 12:31:00
Bölmə:Sosial | çapa göndər

Nizami rayonunun Naxçıvani küçəsi 50 ünvanında yerləşən hündür mərtəbəli binanın sakinləri hafta.az-a şikayət məktubu ünvanlayıblar. Məktubda bildirilir ki, ad-soyadını bilmədikləri şəxs onların binalarının beş metrliyində yaşıllığı məhv edərək yerində obyekt tikir. Hadisəni yerində araşdırmaq üçün adıçəkilən ünvana yollandıq.

Binanın beş-altı metrliyində tikinti işləri aparılırdı. Bina sakinlərindən Firuz Bəşirov hafta.az-a açıqlamasında bildirib ki, təxminən bir həftə əvvəl tanımadıqları adamlar tərəfindən onların həyətlərində körpə uşaqların əyləncə üçün üz tutduqları, böyüklərin dincəlmək üçün əyləşdikləri yaşıllıq məkanının qırılmasına başlanılıb. Yerində ticarət mərkəzi tikiləcək:

“Yaşadığımız binanın hündürlüyü təxminən 15-20 metrdir. Qanunla 15-20 metr aralıda tikilməlidir. Burada isə cəmi altı metr fərq var. Bilinmir hələ, bəlkə də bu yaşıllığı sökən adam da tikdiyi obyekti iki-üç mərtəbə tikəcək. Olmaz. Qanun buna yol vermir. Tikintinin sahibi kimdir? – bilmirik. Yaxına duran yoxdur. Üzə çıxmır. Kimi deyir ticarət mərkəzi, bir başqası da deyir ki, çayxana olacaq. İstənilən halda düz pəncərəmizin qarşısında belə bir tikintinin aparılması bizim rahatlığımızın əlimizdən alınması deməkdir”.

Digər bina sakini Ağabəy İbrahimov isə bildirib ki, məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, bu vaxta qədər məsələyə hansısa reaksiya verilməyib:

“İcra hakimiyyətinə müraciət etmişik. Oradan gəliblər, baxıblar. Deyiblər ki, həmin adamın sənədləri var. Şəxsən icra başçısının birinci müavini gəlib baxıb. Deyirik ki, yaşıllığı məhv edib yerində obyekt tikir. Bizə cavab verdi ki, bu yaşıllıq deyil, kol-kosdur. İcra hakimiyyəti də sanki həmin şəxsin tərəfindən çıxış edir. Gətirib sənədi bizə də göstərsinlər. Bu qanunsuzdur. Hətta sənədi olsa belə, qanunsuz verilib. Hesab edirik ki, sənədlər də saxtadır. Başqa bir obyektindir. Baş prokurora, birinci vitse-prezidentə və ölkə başçısına teleqram vurmuşuq. Hələ ki, cavab gözləyirik. Bundan başqa, hüquqlarımızın müdafiəsi üçün vəkil tutmuşuq, məhkəməyə müraciət etmişik”.

Biz orada olarkən hasara alınmış 35-40 sot ərazidə tikinti işləri aparan fəhlələrə yaxınlaşdıq. Onlardan bu tikilinin kimin tərəfindən inşa etdirildiyini soruşduq. Fəhlələr suallarıma susmaqla cavab verməyi “məqsədəuyğun” saydılar. Tikinti üzrə məsul şəxsin harada olduğunu soruşduq. “Bu gün gəlməyib, burada yoxdur” – deyə cavab verdilər.

Qeyd edək ki, tikinti aparılan ərazidə doğrudan da yaşıllıqlar məhv edilib. Bu isə təxminən 35-40 sot ərazi üzrə 100-ə yaxın yeni əkilmiş körpə ağacın, eləcə də ekologiyanın məhvi anlamına gəlir.

Tikinti üzrə ekspertlər isə bildirdilər ki, hündür mərtəbəli binanın yaxınlığında başqa obyekt tikmək qadağandır. Çünki bu seysmik zona hesab edilən Bakı və Abşeron yarmadasında əlavə təhlükələrə gətirib çıxara bilər.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışdıq. Nə qədər cəhd etsək də, suallarımızı cavablandıracaq kimsə tapılmadı. Buna baxmayaraq, məsələni mütəmadi olaraq diqqətdə saxlayacağıq. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi