Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Xəstə nar istəyən kimi...” - 12-ci Göyçay Nar Festivalından REPORTAJ-VİDEO
Tarix: 04.11.2017 | Saat: 16:03:00
Bölmə:Reportaj Video | çapa göndər

Bu dəfə yolumuz Göyçayadır. Azərfon şirkətinin xətti ilə bir qrup jurnalist adıçəkilən rayona yola düşürük. Sayca 12-ci olan və Göyçayda əsl bayram ab-havası ilə qeyd edilən Nar Festivalında nələrin şahidi olacağımızdan hələ ki, bixəbər idik. Bizi Göyçaya çatdıran avtobus şəhərin mərkəzində dayandıqdan sonra qələbəlik diqqətimizi cəlb etdi. Uşaq və böyüklərin hündürdən xitab səsləri milli musiqi fonundakı harmoniya ilə çuğlaşırdı. Stendlər, stullar düzülmüşdü, nar şirələri, narşərablar, nardan hazırlanan turşular, heykəllər, rəsmlər... Göyçaylılar narın başına “oyun açmamışdı”, narla nəfəs alıb verdiklərini göstərirdilər. 

Stendlərdən söz düşmüşkən, burada Göyçay və ətraf rayonların sakinləri nardan hazırladıqları məhsulları nümayiş etdirdiklərinə tamaşa edərkən bizi icra hakimiyyətinin bir əməkdaşı qarşıladı. Nar bitkisi haqqında danışmağa başladı. Dedi ki, 1500 ildir ki, Azərbaycanda nar becərilir, hətta Təbrizə və başqa bölgələrə orta əsrlərdə nar ixrac edilib.

Elə bu vaxt millət vəkili Fazil Mustafa ilə qarşılaşırıq. Fazil Mustafa hafta.az-a açıqlamasında bildirir ki, artıq beşinci-altıncı dəfədir ki, nar festivalında iştirak etmək üçün Göyçaya gəlir. O, Göyçay Nar Festivalının niyə keçirilməsi məqamlarına da toxunub: “Mənə məlumat verdilər ki, mənfur qonşularımız olan ermənilər narı da özününküləşdirməyə çalışır. Festivalın əsas qayəsi də budur. Narın Azərbaycan təbiətinin məhsulu olduğunu göstərmək. Stendlərdə nardan hansı məhsullar hazırlandığını görəcəksiniz. Bu da adıçəkilən meyvənin insanlarımızın sıx məişət və mətbəxi ilə sıx bağlı olduğunun göstəricisidir”.

Digər millət vəkili Çingiz Qənizadə isə bildirib ki, festivalın keçirilməsinin digər səbəbi isə nar məhsullarının dünya bazarına ixracı ilə bağlıdır: “Burada təkcə bizim ictimaiyyət nümayəndələrimiz iştirak etmir. Xarici qonaqlarımız da var. Səfirlər, diplomatik korpus nümayəndələri buraya təşrif buyurur. Yerli şirkətlərimizin hazırladıqları məhsulları görüb bəyəndikdə onların öz ölkələrində satışı üçün məsələni gündəmə gətirirlər. Bu da yerli məhsullarımızın xaricə çıxışını təmin edən amillərdəndir”.

Sərgini gəzdikçə nardan düzəldilən fotolara, gəlinciklərə heyrətsiz baxıb keçmək olmur. Stendlərdəki bölgə adları belə nar dənələri ilə yazılıb. Kimi kabab bişir, üzərinə nar səpib satır, kimisi “nar yuxası 1 manat” - deyib müştəri çağırır. Milli geyimli qadınlarımız isə mətbəximizin şahı olan aş dəmləyirlər. Özü də narla. Hələ nar formasındakı qəndqabıların, güldanların hazırlanmasını demirəm... Qiymətlər isə müxtəlifdir. Bu zaman gözümə 1 kilo 25 qramlıq iri nar dəyir. Özü də elektron tərəzi üzərindədir. Qiyməti 2 manat deyir, tərəzinin arxasındakı yaşlı kişi.

Nar festivalında narlı naxışlarla bəzədilmiş geyimlərin kolleksiyası da nümayiş olunurdu. Gözəl sarışın qızlar podiyuma qalxaraq üzərində nar elementləri olan geyimləri tamaşaçılara göstərirdilər. Özü də barmaq ucunda yeriyərkən nar bəzəklərinin incə elementləri daha çox göz oxşayırdı.

Azərfon şirkətinin Göyçay nümayəndəliyi isə nar bayramında müştəriləri sevindirmək üçün “Nar” nömrələr satışa çıxarmışdı. Cütrəqəmli nömrələr – üç manata. Göyçaylı gənclər “zerkalni” nömrə həvəslərini gizlətmədiklərini göstərir, üç rəqəm qoşa olan mobil nömrələri “ələk-xəlbir” edirdilər. Cəmi iki gün davam edəcək 12-ci Nar Festivalı mənim yaddaşıma rəngarəng insan izdihamının bayramı kimi həkk oldu. Görün indi milli rəqslərlə oynaya-oyana nar satan yaşlı kişilər üçün bu festival nə demək idi...

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From