Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan himni və “Sarı gəlin” Koreya ritmlərində - FOTO
Tarix: 05.11.2017 | Saat: 23:12:00
Bölmə:Mədəniyyət | çapa göndər

Koreya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Koreyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və SEBA-nın dəstəyi ilə “Koreyanın nəfəsi” adlı möhtəşəm konsert verildi.

Öncə səhnəyə çıxan Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-gyu tədbir iştirakçılarını bu möhtəşəm musiqili tədbirdə görməkdən məmnun olduğunu dedi. Bildirdi ki, ölkəsindən Bakıya təşrif buyurmuş koreyalı incəsənət ustaları bu gün azərbaycanlı pərəstişkarlarını Koreyanın zəngin milli musiqisi ilə heyran edəcəklər.

Bundan sonra tədbirin bədii hissəsinə start verildi.

İlk olaraq Munqut qrupu tamaşaçıların arasından keçərək zərb alətlərində ifa edilən şux musiqi sədaları altında səhnəyə çıxdı.

Məlumat üçün bildirək ki, bu qrup küçə festivallarında olduğu kimi, zərb alətlərində ifa edir, oxuyub, oynayırdı. Belə ifalar isə evlərin qarşısında səsləndirilən Munqut adlı milli mərasimin yenidən formalaşmasına səbəb olub. Smulnori ifası Munqut-bukun (nağara) çalınması ilə başlayır, sonra digər alətlər də müşayiətə başlayır. Daha sonra da qrupun rəhbəri Sanqşoi uca səslə oxumağa başlayır.

Yeri gəlmişkən, onun ifasında Azərbaycan milli muğamının ritmləri hiss olunur.

Ardıyla şaman mərasiminin obrazını yaradan Binari təqdim edildi. Samulnorinin dörd əsas hissəsindən biri olmaqla dini məna daşıyır. Mahnının sözlərinin mənası ruhlara səslənərək onlardan xeyir-dua istəməkdən ibarətdir. Elə bu səbəbdən də Binari konsertin əvvəlində təqdim olundu. Hesab edilir ki, xeyir-dua verən ruh tamaşaçılara uğur gətirəcək.

Növbəti ifa Yelpik rəqsidir. Al-qırmızı geyinərək, əllərindəki iri və çəhrayı çiçəklərlə bəzədilmiş yelpiklə rəqs edən qızlar tamaşaçılarda xüsusi ovqat yaratdı. Onlar rəqs zamanı yelpiklərlə gül, quş, kəpənək və dalğa obrazını cızdılar.

Tepyonqmu rəqsi sülh və səadəti təmsil edir və onun yaranması ilə bağlı bir neçə güman mövcuddur. Hesab edilir ki, bu rəqs Coson sülaləsinin hakimiyyəti dövründə krallar tərəfindən oynanan məhkəmə rəqsidir. Çünki rəqsdə istifadə edilən milli geyimlər keçmişdə Koreyanın kral və xanımlarının geyindiyi paltarlara bənzəyir. Rəqsdə eyni zamanda, yumur nüansları da özünü göstərməkdədir.

Samdo Samulniri Koreyanın müxtəlif bölgə ritmlərinin ahəngidir və adətən oturaq vəziyyətdə ifa olunur. Yanqnam Nonqak, Uddari Punqmul və Hannam Udo-kut adlı üç fərqli musiqi parçası Samulnorinin meydana gəldiyi ilk illərdə ayrı-ayrılıqda ifa olunsa da, sonradan birləşdirilərək vahid ifaya çevrilib.

Daha sonra tamaşaçılara təqdim olunan Kyonqi xalq mahnısı şən, ovqatyaradıcı xüsusiyyətilə seçilirdi. Fərqli rənglərdə (çəhrayı, sarı və qara-qırmızı) geyimlərdə səhnəyə çıxan üç qızın səsləndirdiyi bu mahnı Koreya xalqının həyat tərzini, duyğularını söz və ritmlərlə əks etdirir.

Konsertin sonunda səhnəyə çıxan Samulnori Pan-Qut qrupu Koreya milli musiqi alətlərində Azərbaycanın dövlət himnini səsləndirdi və tamaşaçılar onu ayaq üstə, gurultulu alqışlarla dinlədi. Himndən dərhal sonra koreyalı sənətçilər tərəfindən səsləndirilən Azərbaycanın xalıq mahnısı, zaman-zaman ermənilərin iddia irəli sürdüyü “Sarı gəlin” mahnısı zalı yenidən coşdurdu. Bundan sonra nağara ifaçıları məharətlərini, eləcə də atletik bacarıqlarını göstərdilər. Rəqsdə lentli papaq mənası verən Sanqmo və tüklü şlyapa mənasına gələn Bubpodan istifadə edilməklə maraqlı çıxışlar təqdim edildi. Rəqqaslar bu ifada cənnəti, yer kürəsi və insanlığın birliyini təcəssüm eləməyə çalışdı...


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
06.12.2017 Murad Rzayev - 70

Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi