Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sevginin zaman üzərində qələbəsi - John From
Tarix: 04.11.2017 | Saat: 12:55:00
Bölmə:Mədəniyyət | çapa göndər

Hər zamankı kimi, müasir və yenilikçi əsərlər yaradan Portuqaliya Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilən VIII Avropa Film Festivalı çərçivəsində biz tamaşaçılara öz gözəl filmini təqdim elədi.

“John From” (Con From) adlı filmlə bağlı rejissor Co Nikolau öz qeydlərində yazır ki, sitat: Heç bir ürək filmin qəhrəmanı olan gənc qızın – Ritanın ürəyi kimi şiddətlə döyünə bilməz. O yenilik edir həyatda, öz baxışları, maddi dünya barədə şəxsi düşüncələri ilə hər kəsdən fərqlənir. Kədərli, həm də əyləncəli olan bu film, gəncliyin ehtiraslı məntiqini və dəyişikliklərini səsləndirməyə çalışır.

Film 2015-ci ildə çəkilib. Co Nikolau həm filmin rejissoru, həm də iki ssenari müəllifindən biridir (digəri Mariana Rikardodur). Prodüsserləri Sandra Aqilar, Luis Urbano və Serj Xayat, operatoru Mario Kastanheyra, musiqi tərtibatçısı Co Lobo, bədii redaktorları Kipress Cuk, Bruno Diapte və Susana Moura, montajçılar Alessandro Komodan, Co Nikolaudur. Dram janrında olan filmdə rolları Culia Palha, Klara Riedenşteyn, Filip Varqas, Andrianu Luş, Leonor Silveyra, CoaoXavyer, Daniel Kotrim, Vasko Pimentel və başqaları çəkilib. Təxminən 95 dəqiqəlik filmin ilk primyerası 2015-ci il oktyabrın 22-də keçiirlib. 

Filmin mahiyyəti nədir? Deməli, Rita adlı 15 yaşlı yeniyetmə qız həyatını-gələcəyini öz təxəyyülü, fantaziyası əsasında qurmağa çalışır. O, Sakit okean sularında yerləşən Maleneziya adalarının tropik təbiətinə, tarixi və ibtidai mədəniyyətinə vurğundur və özünü qiyabi də olsa orda hiss edir. Hətta müasir çoxmərtəbəli binadakı mənzillərinin eyvanında özü üçün həmin mədəniyyətin bir hissəsini yaratmağa çalışır.

Onu da əlavə edim ki, filmdəki hadisələr qətiyyən ümumi hekayələr janrına uymur və elə buna görə də digər bənzər filmlərdən seçilir. Maraqlı dialoqlar və sevgiyə dair müzakirələr filmin ana sütunlarını təşkil edir ki, bu da gənclərə həyatlarının bir hissəsinə çevrilmiş süni modeldən azad olmağa stimul verir.

Nə yaxşı ki, Ritanın qonşusu, qırmızı və qıvrımsaç,  rəfiqəsi Sara varmış, yoxsa Rita Lissabonun bu sakit məhəlləsində darıxardı. O, Sara ilə günlərini əyləncələrdə, gəzintilərdə keçirsə də, əslində, xasiyyətləri fərqlidir. Sara daha çox müasirliyə, oynaq musiqiyə və sürətli həyat tərzinə müyl etsə də, Ritanın düşüncəsi əksini deyir.  Amma onları Ritanın eyni binada yaşayan qonşusu, yaşca özündən xeyli böyük, bir övlad atası olan Filippə münasibət birləşdirir. Yeniyetmə Rita onu sevir, rəfiqəsi Sara da onları tanış eləmək üçün səy göstərir.

Rəfiqələr görüş yerlərini, hətta qısamüddətli görüşmədikləri vaxtlarda bir-birilərinə deyiləcək sözlərini-sirlərini liftdə gizlətdikləri yazılı müsajlarda oxuyardılar. Əlbəttə, bu da sujet xəttinin unikallığını artırır.

Yuxarıda qeyd etdim ki, Rita Maleneziyanın mədəniyyətinə vurğundur. O, şəhərdə təşkil olunmuş fotosərgiyə baş çəkəndən sonar bu maraq iki istiqamətdə artır. Birincisi, şəkillərə baxmaqla təsəvvürlərini zənginləşdirir, ikincisi isə fotoların müəllifinin vurulduğu qonşusu Filipp olduğunu başa düşür. Elə bundan sonar onları bir-birinə bağlayan xüsusi yaxınlaşma sujet xəttində inkişaf etməyə başlayır. Rita sözügedən tropic adalarda özünü Filiplə birlikdə təsəvvür edir – Robinzon Kruzo kimi.

Rejissor əvvəlki filmlərindən fərqli olaraq burada gənclərin arzu və düşüncələrini önə çəkir, gənclərin ilk sevgisinin ətrafı təəccübləndirən təsirini tamaşaçıya çatdırmağa çalışır. Bir sözlə, portuqaliyalı rejissorun məqsədi insan dünyasını mürəkkəbləşdirən, sonsuzluğadək stimul laşdıran qadın dünyasına daxil etməkdir. Film boyu sujetlər tamaşaçıda daxili azadlıq hissini alovlandırır.

Bir az da filmi ərsəyə gətirən rejissor Co Nikolaunun tərcümeyi halına nəzər yetirək: O, 1975-ci ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində doğulub. Uşaqlıq illərindən həyatını incəsənətə həsr edib və bu gün ölkəsində rejissor, aktyor və musiqiçi kimi tanınır.

Nikolau 1999-cu ildə "Calado no Da" adlı ilk sənədli filmini çəkib və şöhrət qazana bilib. Onun filmi artıq 2006-cı ildə Kann Film Festivalında ilk dəfə nümayiş olunur və ən yaxşı qısametrajlı film nominasiyası üzrə qalib olur. Bundan sonrakı il, o, yeni qısametrajlı filmi olan "Cançao de Amor e Saude" ilə yenidən tamaşaçıların görüşünə gəlir. Nəhayət, C.Nikolau 2010-cu ildə “Espada e a Rosas" (Qılınc və gül) adlı ilk bədii filmini çəkib, başa çatdırıb.

Ümumiyyətlə, onun “Quinzena de Realizadores", "John From", Prey, “Espada e a Rosas", “Cançao de Amor e Saude”,Gambozinos, Papace, Calado Nao Da və sair filmləri mövcuddur.

Rejissorun ərsəyə gətirdiyi sənət əsərləri indiyədək ən nüfuzlu film festivallarında, o cümlədən, Kann, Venesiya, Lokarno, San Paulo, Belfort, Vyana, Pusan, Buenos Ayres, Seviliya, Vila do Konde, Angers, Milan, Montreal, Mar del Plata, Belo Horizonte, Valdiviya , Roma, Sarayevo və digər müsabiqələrdə nümayiş olunub.

Film cəmi iki il əvvəl çəkilsə də, haqqında çox sayda şərhlər mövcuddur, tanınmış media orqanları məqalələr dərc edib.

"Bu filmdə hər bir rəng vizual partlayışa çevrilməkdədir. Sənət əsərini seyr etdikcə, adama elə gəlir ki, onu əfsanəvi fransız rejissor Erik Rohmer çəkib”,“Pagina 12” jurnalında yazır Dieqo Brodersen.

“La Macion” qəzetində Fernando Lopez yazır ki, rejissor Co Nikolau bu filmdə sevginin oyanışını real şəkildə göstərib. Ən maraqlısı isə budur ki, bu müqəddəs sevgi oyanışı yuxu və fantaziyanın sintezini öz düşüncəsində yaradan yeniyetmə Ritanın dili ilə tamaşaçılara çatdırılır.

“Clarin” qəzetində müəllif Kaspar Zimerman isə yazır ki, sitat: Bu Portuqaliya filmində fantaziya bütün sujetlərə hakimdir. Ən yaxşısı isə budur ki, fantaziya film boyu cərəyan edən hekayələri cazibədar nağıla çevirir. Bu da hər bir yaşda olan insan üçün cəzbedicidir. 

“Diario La Voz del Interior”də müəllif Rocer Koza yazır ki, "Seyr etdikcə, ilk növbədə gənclər haqqında tipik bir film kimi görünə bilər, amma belə deyil. Burada hadisələr bir neçə təbəqədə cərəyan edir və belə bir mürəkkəb sujetli filmdə heç vaxt zövqlə ziddiyyət toqquşmur".

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
06.12.2017 Murad Rzayev - 70

Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi