Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV
Tarix: 07.11.2017 | Saat: 13:06:00
Bölmə:Eksklüziv | çapa göndər

“Kondisologiya – mütləq haqqında elmlə bağlı nəzəriyyələr işləyib hazırlamışam. Elmdə və fəlsəfədə belə bir fikir var ki, mütləq həqiqət dərk edilməlidir. Mütləq həqiqət nədir, onun dərk edilməsi hansı şəkildə mümkündür? – bu suallara aydınlıq gətirmək üçün yeni bir elm yaratmışam. Adını da kondisologiya – mütləq haqqında elm qoymuşam. Bu elm ancaq mütləq həqiqəti öyrənir”.

Bunu hafta.az-a eksklüziv açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Calaloğlu deyib. Onun sözlərinə görə, bu elmlə sübut edəcək ki, mütləq həqiqət də dərk olunandır:

“Bəzi filosofların dediklərinin əksinə olaraq bunu isbat etmişəm. Hesab edirəm ki, bu iş elmi ictimaiyyətin müzakirəsinə çıxandan sonra yeni elmlərin siyahısına daxil olacaq. Bu gün dünyada bir çox yeni elmlər meydana çıxıb ki, Azərbaycanda çox adam həmin elmlərin adını bilmir. Yeni elmlər bir qədər metafizik və teoloji xüsusiyyətlərə malik olduğu üçün, eləcə də klassik elmlərin tələblərinə tam cavab vermədiyi üçün bir o qədər də populyar deyillər”.

Sərdar Calaloğlu deyib ki, bundan sonra fizika və biologiya kimi elmlərin hamısı sıradan çıxacaq. Onların yerinə deantalogiya, kondisalogiya kimi yeni elmlər gələcək:

“Bununla da biz ali elmlər erasına qədəm qoyacağıq. Beləliklə, bu elmlər bizə ən yüksək elmləri əldə etməyə imkan verəcək. Kondisologiya elminə nə qədər maraq olacaq, dünya ictimaiyyəti bunu nə dərəcədə qəbul edəcək – bütün bunlara nəzəriyyənin çapından sonra aydınlıq gələcək. Kitabın çapı üçün müəyyən maddi problemlər var. Çap olunmadan elmi işləri müzakirəyə çıxarmaq çox çətindir. Mən bu elmin əsaslarını hazırlamışam. Məndən sonra da kimlərsə bu elmi işləyib inkişaf etdirəcəklər”.

Qeyd edək ki, bu günə qədər Sərdar Calaloğlunun adına patentləşdirilən nəzəriyyələrin sayı altıdır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi