Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Maliyyə çətinliyi ilə üzləşən Azərbaycan Arıçılıq Assosiasiyası - MÜSAHİBƏ
Tarix: 07.11.2017 | Saat: 19:15:00
Bölmə:Müsahibə | çapa göndər

Bədrəddin Həsrətov:“Ölkəmizdə arıçılıqla məşğul olan 6 min sahibkar var”

Təbii bal 1001 dərdin dərmanıdır. Qədim dövrlərdən bir çox xəstəliklərin müalicəsində bal vazkeçilməz vasitə olub. Bal yeməklə bədəni çatışmayan bir sıra bioaktiv maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olan baldır. Təbii balın antiseptik xüsusiyyətləri onun infeksiyalara, mikroblara qarşı təsirli olmasında və yaraların müalicəsində sağalma prosesini sürətləndirməsində büruzə verir. Eləcə də balın köməyi ilə zəif, arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır, qanında hemoqlobinin miqdarı artır. Baldan mədə-bağırsaq, ürək-damar, vərəm və hətta soyuqdəymə xəstəliklərinin müalicəsində də geniş istifadə olunur.
- Bəs görəsən, insan orqanizmi üçün bu qədər əhəmiyyətli olan bal məhsullarının istehsalını artırmaq üçün ölkəmizdə arıçılığın inkişafı hansı səviyyədədir? Onlara dövlət qayğısı varmı?
Bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun “Həftə içi”nə müsahibəsini oxuculara çatdırırıq.
- Bədrəddin müəllim, Azərbaycan Arıçılar Assosiasiyası nə vaxtdan fəaliyyət göstərir?
- Bir qrup arıçı qərara gəldik ki, ölkəmizdə arıçılığı inkişaf etdirmək üçün Azərbaycan Arıçılar Assosiasiyası adlı qurumun yaradılmasına nail olaq. Hətta 2000-ci ilin oktyabr ayında belə bir yığıncaq keçirdik. Təsis yığıncağına bölgələrdən də nümayəndə dəvət etdik. Nəhayət, 2016-cı il fevral ayında biz buna nail olduq, təsis yığıncağı keçirdik. Bütün bölgələrdən arıçılıqlla məşğul olan nümayəndələrin iştirak etdiyi yığıncaqda Azərbaycan Arıçılar Assosiasiyası təsis edildi, ona sədr və sədr müavini seçildi. Adıçəkilən qurum 2016-cı il 31 oktyabr tarixində Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Artıq bir ildən artıqdır ki, Azərbaycan Arıçılar Assosiasiyası fəaliyyət göstərir.
- Bir il ərzində Azərbaycan Arıçılar Assosiasiyasının fəaliyyəti hansı səviyyədə qurulub?
- Hazırda Assosiasiyanın 35 rayonda nümayəndəliyi fəaliyyət göstərir. Digər rayonlarda da nümayəndəlikəlrin yaradılması nəzərdə tutulub, hətta Naxçıvan Muxtar Respublikasında da. Artıq bununla bağlı orada işlər aparılır. Diqqətə çatdırım ki, Assosiasiyanın nəzdində arı xəstəlikləri və bal verən bitkilərin çoxaldılıb-artırılması ilə məşğul olan komissiyalar fəaliyyət göstərir. Eyni zamanda, qurumun nəzdində Anitepanevtlər Klubu və Gənc Arıçılar Birliyi də yaradılıb. Gənc Arıçılar Birliyinin yaradılmasında məqsəd, gənc arıçıları üzə çıxarmaq və onlara yardım etməkdir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda qadın arıçıları da çalışır. Onlar bizim tədbirlərimizə o qədər də qatılmırlar. Ona görə də qarşımıza məqsəd qoyduq ki, rəhbərlik etdiyim qurumun nəzdində arıçılıqla məşğul olan qadın sahibkarları da bir yerdə cəmləşdirək və Qadın Arıçılar Birliyi yaratmaqla onların sayını artıraq. Artıq Qadın Arıçılar Birliyi yaranmaq üzrədir.
- Bu gün Azərbaycan Arıçılar Assosiasiyası hansı qurum və təşkilatlarla əməkdaşlıq edir?
- Assosiasiya, əsasən, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlıq edir. Elə həmin nazirliklər də Assosiasiyanın problemlərinin həllinə çalışırlar. Biz bir qurum olaraq, əsasən, arıçılıqla məşğul olan sahibkarların üzləşdiyi problemləri adıçəkilən nazirliklərə çatdırırıq.
- Azərbaycan Arıçılar Assosiasiyası haradan maliyyələşir?
- Assosiasiya şəxsi ianələr hesabına maliyyələşir. Yəni, hər arı ailəsinə 20 qəpik məbləğində üzvlük haqqı təyin etmişik. Hələ sahibkarlardan ianələri yığa bilməmişik. Təəssüflər olsun ki, bu gün maliyyə çətinliyi ilə üzləşmişik. Lakin çətinliklərə baxmayaraq, Assosiasiya fəaliyyətini uğurla davam etdirir. Onu da qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondundan arıçılıqla məşğul olan sahibkarlar güzətşli kreditlər ala bilirlər.
- Ölkəmizdə arıçılığın inkişaf səviyyəsi nə yerdədir?
- Əvvəlki illərlə müqayisədə, olkəmizdə arıçılıq xeyli dərəcədə inkişaf edib. Artıq cari ildə arı ailəsinin sayı 300 minə çatıb. Bu da keçən illə müqayisədə, 20 min artıq arı ailəsi deməkdir. Üzvlərimizin sayı isə 2000-dən çoxdur. Halbuki ölkəmizdə 6 min nəfərdən çox arıçılıqla məşğul olan sahibkar var. Azərbaycanda ən çox yerli arı növlərinin artırılmasına fikir verilir.Çünki onlar yerli şəraitə daha yaxşı uyğunlaşıblar, çiçəklərdən çəkdikləri bal da yüksək və keyfiyyətlidir. Hazırda Azərbaycanda iki yerdə - Gəncə Arıçılıq Mərkəzi və Qax Afidelka Arıçılıq Firması fəaliyyət göstərir. Hər iki qurum yerli cins arıların çoxaldılması ilə məşğul olur. Hər iki qurumla əlaqəli işləyirik. Keçən il Qax firması 2 000, Gəncədə isə 1 000 ana arı yetişdirilib. Bu il ümumilikdə 5 000 ana arının yetişdirilməsi planlaşdırılır. Bu, respublikada arıların cins tərkibinin yaxşılaşdırılmasına xidmət edir. Unutmayaq ki, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Yol xəritəsi”ndə arıçılığın inkişafı nəzərdə tutulub. Hətta Azərbaycanda “Arıçılığın İnkişaf Proqramı” da hazırlanıb. Təəssüflər olsun ki, bu proqram hələ də qəbul olunmayıb. Əgər bu proqram öz təsdiqini taparsa, onda ölkəmizdə arıçılıq əsaslı şəkildə dəyişiləcək. Həm xalqımız, həm də dövlətimiz bundan bəhrələnəcək.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From