Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kriminal xəbərlərin çoxalması cinayətlərin artmasına səbəb olur - Əflatun Amaşov
Tarix: 08.11.2017 | Saat: 12:41:00
Bölmə:Gündəm | çapa göndər

Noyabrın 8-də Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan MŞ-nın sədri Əflatun Amaşov Azərbaycan mediasının bugünkü vəziyyəti haqqında danışıb.

Şura sədri bildirib ki, bəzi media vasitələri kriminal xəbərlər üzərində cəmləşir və xəbəri şişirdirlər:

"Biz "google”da "Dağlıq Qarabağ”, "Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu”, "Fədayə Laçın” və "Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verdik. Birinci yerdə "Fədayə Laçın”, ikinci yerdə "Dağlıq Qarabağ”, üçüncü yerdə "Qoca”, dördüncü yerdə "Bakı-Tbilis-Qars dəmir yolu” ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir. Ölkədə kriminal xəbərlərin çoxalması cinayətlərin artmasına səbəb olur. Kriminal aləmin üzdə olan simalarının qəhrəman kimi təqdim olunması mənfi örnəkdir. Bu cür hallar gələcəkdə terror hallarının sayının artmasına da səbəb olur”.

Əflatun Amaşovun sözlərinə görə, cəmiyyətdə kriminal xəbərlərə maraq var, lakin kriminal xəbərlər cəmiyyətə öz mənfi təsirini göstərir:

"Belə olan halda cəmiyyətdə sosial gərginlik artmış olur. Tolerantlıq azalır, cəmiyyətdə qorxu atmosferi artır. Bəzən cinayətkarlar qəhrəman kimi təbliğ olunur ki, bu da öz növbəsində cəmiyyətdə mənfi örnəkdir. Ən qorxulusu isə odur ki, kriminal xəbərlər fonunda hüquq-mühafizə orqanlarının düşmən obrazı yaradılır və bu da çox mənfi haldır”.

Şura sədri qeyd edib ki, baş verən hadisələr obyektiv işıqlandırılmalıdır. Eyni zamanda, cəmiyyət obyektiv informasiya ilə təmin olunmalıdır:

"Bəzi hallarda informasiya şişirdilir ki, bu da cəmiyyətdə qorxu yaradır, guya hanısa paralel güclərin olmasından xəbər verir. Biz nəyə görə cinayətkarları qəhrəmanlaşdırırq?!”

Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev çıxış edib. Vüqar Əliyev  bildirib ki, Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-in sərbəst fəaliyyəti üçün zəruri şərait yaradılıb. Maddi-texniki bazası gücləndirilib:

“Hazırda Azərbaycanda onlarla televiziya, radio, informasiya agentlikləri, yüzlərlə qəzet və jurnal, internet informasiya resursu fəaliyyət göstərir. Böyük jurnalist ordusu tam sərbəst şəkildə, heç bir kənar təsir olmadan cəmiyyətimizdə və dünyada baş verən məsələlər barədə məlumat, şərh və təhlillər hazırlayır. Buna baxmayaraq, bəzi hallarda əsasən internet media mövcud rəqabət mühitində dövlət və ictimai maraqları unudur.  Nəticələrini nəzərə almadan vətəndaşlarımıza yanlış, hətta zərərli mesajlar verir”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini onu da qeyd edib ki, 2014-cü ildə cəbhə bölgəsində atəşkəs rejiminin pozulması ilə əlaqədar medianın həddən artıq sərbəst davranışı KİV və dövlət orqanları mətbuat xidmətləri rəhbərlərinin məlum müşavirəsini keçirməyə və Azərbaycan prezidenti tərəfindən dövlətin informasiya təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə müvafiq qanunvericilik aktının imzalanmasına səbəb oldu:

“Son iki həftə həm Azərbaycan, həm də region və dünya miqyasında olduqca əlamətdar, tarixi hadisələrlə yadda qaldı. Bakı-Tbilisi-Qars dərmir yolunun istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyəti hadisə kimi tarixə düşdü. Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda görüşü və əldə olunmuş nəticələr bir daha göstərdi ki, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan həm də regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Eyni zamanda, internet media və çox təəssüf ki, bəzi qəzetlər paralel olaraq diqqəti həm də kriminal mövzu üzərində fokuslaşdıraraq ciddi ictimai maraq kəsb etməyən məsələni qabarıq şəkildə vətəndaşlarımıza təqdim etdi. Üstəlik, kriminal elementlər haqqında təqdim olunan bir sıra materialları cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün zərərli hesab etmək olar. Gənclərimiz bundan hansı yaxşı nümunəni əxz edə bilər? Təəssüf ki, bəzi informasiya resurslarımız bir gün ərzində mövzu ilə bağlı 10-a yaxın material təqdim edərkən bu suallar haqqında düşünmürlər”.

“Ədalət” qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas bildirib ki, bəzi media rəhbərləri öz evlərinə apara bilmədikləri qəzetləri başqalarının evlərinə göndərirlər:

“Fədayə Laçın sanki Ceyms Bondmuş, iki dustağı qaçırıb. Halbuki külək vursa, dənizə düşər. Bizim qəzetdə kriminal hadisələrlə bağlı ancaq rəsmi məlumatlar gedir. Çalışırıq ki, nazirliklərin verdiyi məlumatları yayaq. Vaxtilə həbsxanada atışma olmuşdu. Ondan artıq adam ölmüşdü. Onlardan ikisi polis idi. Hər kəs ölən məhbuslardan yazanda biz şəhid olan iki polisdən yazdıq. Onların ailələrindən reportaj hazırladıq”.

 “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, mətbuatda kriminal avtoritetlərin təbliğ olunması gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasına böyük zərbədir:

“Hətta kriminal avtoritetlərin qəbirlərinin fotoları yayılır. Bu da gələcək nəslin təlim-tərbiyəsində böyük problemlər yaradır. Düzdür, telekanallarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı kifayət qədər verilişlər hazırlandı. Lakin təəssüflər olsun ki, sosial şəbəkələrdə, xəbər saytlarında biz bunun əksini gördük”.

Tədbirdə millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və digərləri də çıxış ediblər. Tədbirin yaddaqalan məqamlarından biri də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kurs tələbələrinin dinləyici qismində iştirak etmələri idi. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From