Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda elektron təhsil şəbəkəsi genişləndirilir
Tarix: 10.11.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu istiqamətdə həyata keçirilən tədbirlər həm təhsilalanların, həm də təhsilverənlərin işini xeyli asanlaşdırır

Son illər ölkəmizin təhsil sahəsində həyata keçirilən islahatlar təhsilalanların daha müasir vasitələrlə biliklər əldə etməsinə imkan yaradıb. Hazırda nəinki paytaxda, bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələri də yeni texnologiyaların tətbiq edilməsndə maraqlıdırlar. Məsələn, bi neçə gün əvvəl Mingəçevir Dövlət Universiteti ilə ölkəmizin qabaqcıl texnologiya şirkəti olan “Neuron Technologies” arasında müqavilə imzalanıb. Müqaviləni Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev və “Neuron Technologies” şirkətinin baş direktoru İsmayıl Ələkbərov imzalayıb. Bununla da Mingəçevir Dövlət Universiteti regionda yerləşən ali təhsil müəssisələri arasında Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetindən sonra, bulud platformasında istifadə olunacaq və mütərəqqi dünya texnologiyalarına əsaslanan “Unibook”–təhsilin informasiya idarəetmə sistemi”nin tətbiqinə start verən ikinci ali təhsil müəssisəsi olub.
Yeri gəlmişkən, “Unibook” elektron təhsil platforması ölkəmizdə 2015-ci ildən tətbiq olunur. Bu sistem Azərbaycanda çox-funksiyalı ilk yerli məhsuldur. Sistemdən istifadə vasitəsi ilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və forumların, habelə kitabxana işinin və mühasibatlığın aparılması avtomatlaşdırılır və elektron qaydada təşkil olunur. Tələbələr, eləcə də valideynlər, istənilən vaxt və istənilən yerdən fərdi identifikator və parolları ilə sözügedən tədris idarəetmə sisteminə mobil qaydada daxil olub müvafiq məlumatları əldə edə bilir.
nın universitetdə tətbiqi çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər alt-sistemlərin tətbiqi nəzərdə tutulur.
Bu sistemi digər mövcud elektron sistemlərdən fərqləndirən əsas cəhətlər biri də çoxsaylı kateqoriyalarda hesabatların bir toxunuşla əldə edilməsi, dərs cədvəllərinin “drag & drop” çəkib dartma üsulu vasitəsilə tərtibidir. Bundan başqa tədris materiallarının audio, video və digər formatlarında tələbələrə onlayn əlçatan olması, universitet kontingenti arasında ierarxik sistem üzrə sosial şəbəkə forumlarının aparılması, e-imtahanların keçirilməsi, yazılı imtahan vərəqələrinin QR kod oxuma sistemi vasitəsilə insan müdaxiləsi olmadan sistemə inteqrasiyasının həyata keçirilməsi və digər innovativ funksiyalara malik olması da əsas göstərici sayıla bilər.
Yeni sistemin ali təhsil müəssisələrində tətbiqi nəticəsində həm də tələbələrin kitabxalarda işləmək həvəsinin artacağı gözlənilir. Belə ki, bu sistemlə bir çox kitablar elekton katoloq üzrə formalaşacaq. Bəziləri isə elektron formaya salınacaq. Müəllif hüquqları imkan verməyəndə isə kitabın məzmunu ilə bağlı bütün seriya məlumatlar və kitabın şəkili sistemdə qeyd olunacaq. Tələbələr elektron qaydada kitabxanaya daxil olaraq, kitabı seçir və istifadə edirlər. Bundan başqa, gələcəkdə universitetlərdə xüsusi avadanlıqlar quraşdırmaqla sistemi daha da təkmilləşdirmək mümkün olacaq. Belə ki, xüsusi avadanlıqlarla tələbə kitabxanaçı olmadan da, monitorda özünə kitab sifariş edib, əldə edə biləcək. Monitorda ona lazım olan kitab sifariş edən tələbə xüsusi avadanlıqlar vasitəsilə kitabı götürəcək. Kitabxanalarda RFİD sistemi tətbiq ediləcək. Tələbə kitabxanadan çıxanda kitabın son səhifəsindəki təqlər sistemə kitabın çıxışı ilə bağlı işarə verəcək və həmin kitab tələbənin hesabına yazılacaq.
Məlumat üçün onu da bildirək ki, Neuron Technologies şirkətinin ərsəyə gətirdiyi Unibook – təhsilin informasiya idarəetmə platforması artıq Azərbaycan Təhsil Nazirliyi sistemində geniş tətbiq olunur və nüfuzlu ali təhsil müəssisələri, universitetlər təhsil proseslərinin idarə edilməsində məhz bu sistemə üstünlük verir.

Sistem artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Qərb Universiteti, Azərbaycan Texnologiya Universitetində uğurla tətbiq olunur. Azərbaycan şirkətinin Unibook elektron təhsil sistemi ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiq edilməklə yanaşı, həm də “Made in Azerbaijan” brendi altında bir sıra xarici ölkələrə ixrac edilməyə başlanıb.
Xatırladaq ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi əksini tapıb. Məsələn, bu gün Azərbaycanda müəllimlər İKT-nin imkanlarından yararlanaraq, onun təhsil sistemində tətbiqinə nail ola biliblər. Hətta regionlarımızda da müəllimlərin İKT-nin imkanlarından geniş istifadə etdikləri göz önündədir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində İKT tətbiq etməklə, təhsildə innovativ texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir. Hazırda təhsilin informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb, məktəblərə kompüter, noutbuk və elektron lövhələr verilir, şəbəkə avadanlıqları ilə təmin edilməkdədir.
Ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də isə ali təhsil sisteminin inkişafı çərçivəsində universitetlərdə təhsilin informatlaşması sahəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Digər tərəfdən, Azərbaycanın təhsil sahəsində qoşulduğu Boloniya prosesində İKT-nin tədris prosesinə geniş tətbiqi, təhsil müəssisələrinin elektron idarə edilməsi, elektron universitet, distant təhsil kimi vacib məqamlar öz əksini tapıb.
“Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə isə qeyd edilib ki, ölkəmizdə təhsil informasiya sistemi çərçivəsində bütün məktəblərdə "Elektron məktəb" sisteminin tətbiqi məqsədilə müvafiq dövlət qurumları ilə birlikdə fəaliyyət planı, bu fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsi və vahid məlumat bazasının yaradılması imkanları nəzərdən keçiriləcək.
Sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçiriləcək. Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və müxtəlif rəqəmsal avadanlıqlara əlçatanlığı təmin olunacaq. Bu məqsədlər üçün digər məsul dövlət qurumları ilə birlikdə rəqəmsal təhsil konsepsiyası hazırlanacaq.
Strategiyada habelə vurğulanıb ki, təhsil fəaliyyətində istifadə olunan informasiya sistemləri zəruri məlumatların əldə edilməsi imkanlarını təmin etməklə, düzgün qiymətləndirmələrin aparılması və ədalətli qərarların qəbul olunmasında xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, təhsil sistemi ilə bağlı məlumatlara dair mövcud resurslar dövlət siyasətinə və istifadəçilərin real informasiya ehtiyaclarına uyğun olaraq daha da inkişaf etdiriləcək, təhsil sistemində məlumat bazalarından məqsədəuyğun istifadə üçün imkanlar təmin olunacaq. Bu prioritetin həyata keçirilməsi ilə tədris proqramları yüksəkkeyfiyyətli rəqəmsal material və müvafiq metodlar əsasında təkmilləşdiriləcək, fərdi rəqabət qabiliyyəti və sosial rifahın yüksəldilməsi üçün informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi təmin ediləcək.
Yol xəritəsində o da qeyd olunub ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılacaq, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənəcək və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil ediləcək.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind