Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “əxlaq savaşçısı” - HƏFTƏ REYTİNQ
Tarix: 10.11.2017 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

“Artıq tatu, cırıq şalvar, beli, göbəyi açıq geyimlər, qızın qızla, kişinin kişi ilə evlənməsi təbliğ olunur. Bu eybəcərliklərə qarşı vuruşmaq lazımdır...”. Bu sözləri mediaya açıqlamasında aktyor, rejissor Şeyx Əbdül Mahmudov son günlər ölkədə baş verən məişət hadisələri haqqında danışarkən dedi: “Dünya əxlaqla, qanunla idarə olunmalıdır. Əxlaqsızlıq, vəhşilik baş alıb gedir... O ki qaldı texnoloji inkişafa, bu, ümumi dünyanın inkişafıdır. Həmişə “Avropa, Avropa” deyirik. Texniki inkişaf qədim Şərq ölkələrindən gəlib. Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminin axarını dəyişib. Bəyəm, Lütfi Zadə avropalı idi? Avropadan ölkəmizə narkomaniya, əxlaqsızlıq kimi vərdişlər gəlib. Azərbaycanda belə əxlaq var idi? Tarixboyu ölkəmizdə böyüyə hörmət, kiçiyə sayğı, namus, qeyrət olub. Eşitdim ki, o gün bir qız atasını baltalayıb öldürüb. Bəyəm, bu, Azərbaycan xalqına yaraşan əxlaqdır? Belə zərərli vərdişlərin təbliğ olunması lazım deyil. Bizim bütün dünyaya nümunə olacaq milli-mənəvi dəyərlərimiz var. Bax, bunları təbliğ etmək lazımdır...”.


Həftənin “arvad arxalısı”


Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan həyat yoldaşını da ölkə başçısı S.Sərkisyana qarşı çıxarmağa qərar verdi. Son məlumatlara görə, Xocalı qatilinin arvadı Ruzanna Xaçaturyan öz partiyasını yaradacaq. Ermənistanın “İravunk” qəzeti Xaçaturyanın partiya yaradılması ilə bağlı hazırlığın üç aydır davam etdiyini yazıb. Qeyd edək ki, Ohanyan istefaya göndərildikdən sonra müxalifət sıralarına keçib. O, İrs Partiyasının rəhbəri Raffi Ovanisyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanla birgə blok yaradıb. Parlament seçkisində iştirak edən bu blok böyük uğursuzluğa düçar olub. Erməni mətbuatı Ohanyanın hazırda Moskvada yaşadığını iddia edir.


Həftənin “velosipedçisi”


Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Balkansk vilayətində yeni idman kompleksinin açılışında öz idman bacarıqlarını nümayiş etdirdi. Bu haqda “Xronika Turmenistana” portalı xəbər və video yayıb. Prezident öncə trenajor zalında bir neçə idman hərəkəti edib. Daha sonra isə velosiped sürə-sürə basketbol oynayıb və topu hər dəfə ustalıqla səbətə atıb. Berdıməhəmmədov bundan sonra velosiped gəzintisini silahdaşları ilə birlikdə Xəzər sahilində davam etdirib.


Həftənin “haqsevər deputatı”


Bakı şəhərinin Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasında “Kasıblar qrupu”nun yaradılması ilə bağlı “Qafqazinfo”ya münasibətini bildirən millət vəkili Çingiz Qənizadə buna görə çox hiddətləndiyini bildirdi: “Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyini dərhal bu məsələni nəzarətə götürməyə çağırıram. Həqiqətən də bağçada kasıblar qrupu yaradılıbsa və valideynlərin sosial durumuna görə rüşvət vermədiyi üçün uşaqlar ayrı-seçkilik halı ilə qarşılaşırsa, olduqca ciddi məsələdir. Biz bu halın qarşısını bu gün almasaq, sabaq başqa bağçalarda da bu kimi hallar artmağa başlayacaq. Əvvəla, 50-60 manat pulun istənilməsi, pul verməyən uşaqların ingilis dili və rəqs dərslərinə buraxılmaması yolverilməzdir... Bu məsələ mənə o qədər ağır təsir edib ki, hazırda açıqlama verən zaman belə əsəblərimi cilovlaya bilmirəm... Necə olur ki, Əhməd, Məmməd valideyni pul verdiyi üçün VİP, digərləri isə kasıblar qrupunda yerləşdirilir?.. Mən Bakı Şəhər icra başçısı Hacıbala Abutalıbovdan tələb edirəm ki, bağçada baş verən bu hallar, yazılanlar həqiqətə uyğundursa, həmin bağça müdirəsi dərhal işdən kənarlaşdırılsın!..”.


Həftənin “ştanqçı Azərbaycan polisi”


Noyabrın 2-dən 5-dək Moskvada keçirilən pauerliftinq üzrə növbəti dünya çempionatında bu idman növündə də favorit hesab olunan Azərbaycan növbəti uğurunu qazandı. Dünyanın ən güclü atletlərinin yarışında millimizin heyətində təmsil olunaraq qələbə uğrunda mübarizə aparan polis idmançılarından Samux RPŞ-nin inspektoru, polis kapitanı Rüfət Ağayev yarışın proqramına daxil olan çiyində ştanqla oturub qalxma hərəkətində 470 kiloqram, ştanqı qurşağadək dartmaqda 340 kiloqram, ştanqı sinədən qaldırma hərəkətində isə 280 kiloqramın öhdəsindən gəlməklə çəkisi 125 kiloqramadək olan, xüsusi təchizatla yarışan atletlər arasında ümumilikdə 1 090 kiloqram nəticə ilə qızıl medal qazanıb, səkkizinci dəfə dünya çempionu adına sahib olub.


Həftənin “yaxta alverçisi”


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov Türkiyədəki yaxtasını satışa çıxardı. Atasının işdən çıxarılmasından sonra iş adamı təkcə Azərbaycandakı deyil, xaricdəki mülklərini də satışa çıxardıb. Belə ki, A.Məmmədov Türkiyədəki “Only One” adlı yaxtasını nə az-nə çox, düz, 19 milyon avroya satışa qoyub. Məlumata görə, sözügedən yaxta A.Məmmədovun Londondakı şirkətinə aiddir. Bütöv adı “Baglietto Only One” adlanan yaxtanın satış elanı “M Blue Yacht”da yerləşdirilib. Yaxtada əyləncə, idman zalları olmaqla 5 otaq mövcuddur.Mənbənin sözlərinə görə, bu yaxta Anar Məmmədovun tez-tez ziyarət etdiyi məkan olub. O, bu yaxta ilə qonaqları ilə bir neçə dəfə uzun səfərlərə də çıxıb. “Baglietto Only One” nın satışını isə Nərgiz adlı azərbaycanlı qadın həyata keçirir. Bu qadının Anar Məmmədovun Türkiyədəki biznesinin idarəsində məsul şəxs olduğu bilinir.


Həftənin “ailəcanlı müğənnisi”


Fədayə Laçının bacısı İlahə Fədanın Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi fikirlər müğənnini özündən çıxardı. Yenicag.az-a açıqlama verən müğənni bunları deyib: “Eşitdim, o qız ağzına gələni danışıb. Ayıb olsun. Məni bütün Azərbaycan tanıyır, sənətimi də hamı dəyərləndirir. Necə yəni, mən müəllim deyiləm?! Necə yəni Fədayə ilə duet oxuyandan sonra tanınmışam?! Boş-boş söhbətləri ortaya atmasın. Fədayənin hirsini məndən çıxır, deyəsən. Mən neyləməliyəm? Gül kimi arvadım, uşaqlarım var, ailəli adamam. Arvad-uşağı atıb Fədayənin dalınca düşməliyəm. Fədayənin öz səhvidir, özü günah işləyibsə, günahının da cəzasını özü çəksin, məni ortalığa atmasınlar. Elə hamı Fədayəni məndən soruşur...”.


Həftənin “kövrəyi”


ARB TV-nin “Səhər-Səhər” proqramında oktyabrın 26-sı 71 yaşında dünyasını dəyişən xalq artisti, məşhur diktor Rafiq Hüseynov haqqında danışan müğənni Əli Mirəliyev göz yaşlarını saxlaya bilməyərək hönkür-hönkür ağladı:“Eldar Mansurovdan da oxuyurdu, öz yazdığı mahnılar da var idi. İçərişəhər haqqında da mahnısı var. Mənlə də oxuyub. Kövrəldim. İnsan həyatdan gedə bilər. Amma Rafiq getməməli idi...”, - deyə müğənni ürək sözlərini ifadə edib.


Həftənin “itpərəsti”


Bu yaxınlarda əməliyyat edilən “Toylar kralı” Səməd Səmədov sağlamlığının yavaş-yavaş bərpa olunduğunu, artıq qaçdığını, itlərlə gəzdiyini bildirdi. Bir ay bundan öncə əməliyyat olunduğunu deyən sənətçi, müalicə prosesinin davam etdiyini qeyd edib: “Səhhətimdəki problemlər yavaş-yavaş aradan qalxır. Öd kisəmdən əməliyyat olunmuşam. İki gün xəstəxanada qaldım, sonra həkimlər məni evə buraxdı. Hazırda bağdayam, özümü yaxşı hiss edirəm. Səhərlər gəzirəm, qaçıram. Bağda itlərlə gəzirəm, hər şey yaxşıdır”. Səməd Səmədov çoxlu sayda toylara dəvət aldığını da vurğulayıb: “Məhərrəmlik ayı bitir. Noyabrın 19-dan toylar başlayır. Toylara hazırlaşıram”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind