Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Meksika səfiri Dövlət Miqrasiya Xidmətində olub
Tarix: 10.11.2017 | Saat: 23:35:00
Bölmə:Siyasət | çapa göndər

Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini ilə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev arasında görüş keçirilib.

Səfirlikdən hafta.az-a verilən məlumata görə, DMX rəisi öncə rəhbərlik etdiyi qurum haqqında qısa məlumat verib, onun tarixi, həyata keçirdiyi əsas fəaliyyət və səlahiyyətləri barədə danışıb. Bundan əlavə, insanların beynəlxalq axınını tənzimlənən formada möhkəmləndirəcək xarici ölkələr və beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı vacibliyindən söz açıb.

Səfir Labardini, öz növbəsində, son iki onillikdə Meksikada baş verən dəyişiklik və inkişaf haqqında məlumat verib. Bu xüsusda, Meksika iqtisadiyyatı və onun inkişafına töhfə verən müxtəlif sektorların əsas göstəricilərini diqqətə çatdırıb. Turizm sahəsinə gəldikdə, bildirilib ki, ölkəyə gələn turistlərin sayına görə dünyada 8-ci olan Meksika il boyu 35 milyon turist qəbul edir. Bu isə miqrasiya sahəsində böyük problemlər yaradır. Diplomat əsasən də turizm inkişaf etmiş ölkələrdə miqrasiya xidmətinin vacibliyini vurğulayıb, Meksika Milli Miqrasiya İnstitutunun fəaliyyətindən söz açıb. Deyib ki, qurum bir sıra dövlət orqanları ilə işini əlaqələndirərək ölkədə baş verən miqrasiya proseslərini tənzimləyir, onlara nəzarət edir.

Daha sonra tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri haqqında söhbət ediblər. Qeyd edilib ki, hər iki ölkənin miqrasiya xidmətləri arasında əlaqələrin qurulması, təcrübə və fikir mübadiləsi xalqların daha da yaxınlaşmasına səbəb olacaq. Tərəflər qarşılıqlı səfərlərin həyata keçirilməsi və hüquqi bazanın möhkəmlənməsinin zəruri olduğunu da qeyd ediblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.02.2018
17.02.2018
16.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO