Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bessarabiyada toy”: gülüş doğuran sınaqdan keçən arzular - FOTO
Tarix: 11.11.2017 | Saat: 20:50:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bakıda keçirilən Avropa Film Festivalında nümayiş etdirilən növbəti ekran əsərlərindən biri də “Wedding in Bessarabia”dır (“Bessarabiyada toy”). Komediya janrında çəkilmiş bu filmi Rumıniyanın tanınmış rejissoru Napoleon Helmis ərsəyə gətirib. Olduqca baxımlıdır, necə deyərlər, qayğıdan-qəmdən ani uzaqlaşmaq üçün bu kinokomediyanı izləməyə dəyər.

Yeri gəlmişkən, filmin baxımlı olması gələn tamaşaçıların sayından da bəlli idi. Rumıniya səfirliyinin rəsmisi Mihaela İancunun xüsusi təşkilatçılığı ilə baş tutan nümayişdə bir sıra ölkələrin Azərbaycandakı səfirləri də iştirak edirdi.

 

Nümayişdən əvvəl çıxış edən Rumıniya və Moldovanın ölkəmizdəki səfirləri Dan İanku və George Leuka filmə dair qısaca məlumat verdilər.

İndi də tamaşasında iştirak etdiyimiz film barədə söz açım:

“Bessarabiyada toy”da film boyu əksər hadisələr oynaq rumın musiqisinin sədaları altında cərəyan etdiyindən, ekran qarşısında oturduğu müddətdə tamaşaçının əhvalı daha da yüksəlir. Xüsusilə biz, orta və yuxarı yaşlı Azərbaycan vətəndaşları olaraq, filmdə hadisələrin məkanı olan Moldova ilə xeyli müddət vahid bayraq altında yaşadığımız üçün dərin nostaljiyə qapanırıq və həyatımızın geridə qalan maraqlı və nağıla dönmüş illərini yenidən xatırlayırıq. Buna görə rejissora dərin təşəkkürümüzü bildiririk.

 

Filmin ana xətti Buxarest universitetində təhsil alan iki gəncin – Vlad və Vikanın evlənmək arzularının reallaşma səhnəsi üzərində qurulub. Onların arzuları böyükdür, gələcəkdə şəxsi mənzilləri olmalıdır ki, rahat yaşaya, övlad böyüdə bilsinlər. Amma bunu necə reallaşdıracaqlar, axı nə evləri var, nə də onu almağa pulları. Beləliklə, qərara gəlirlər ki, iki yerdə - həm Rumıniyada, həm də Moldovada toy etsinlər və toplaya bildikləri vəsaitlə özlərinə ev alsınlar. Nə qədər xoş səslənsə də, hər iki gəncin ailələri buna tam razılıq vermir, amma imtina da etmirlər...

Filmin ilk başlanğıcı dəmir yolu vağzalından bəhs edir: Vika da daxil olmaqla, Vladın ailəsi Rumıniyadan Moldovaya gəlir. Sərhəddə sənədlər yoxlanılır və onlar post-sovet məkanına – Moldova ərazisinə addayırlar. Rumıniyanın özü də keçmiş kommunizm dünyasının bir parçası olsa da, bu gün xeyli inkişaf edib, yenilənib, insanlarının rifahı daha yüksəkdir. Moldovada isə hələ də Sovetdənqalma heykəllər, arxitektur nişanələr mövcuddur, hətta yaşlı adamların düşüncəsində köhnəlik açıq hiss olunmaqdadır. Beləliklə, qız evinin adamları qarşıladıqları rumın qonaqları köhnə avtobusla dəmir yolu vağzalından Vikanın valideynləri yaşayan Xruşşov layihəli, beşmərtəbəli binanın qarşına gətirirlər. Elə iki fərqli mühitin ailələri arasında anlaşılmazlığın əsası da buradan başlayır. Mənzilin qapısını açan Vikanın anası qızı ilə öpüşüb-görüşsə də, qarşısında dayanan gələcək kürəkəni və xanım qudası ilə demək olar ki, soyuq davranır və bu da onlara pis təsir edir. Amma geriyə yol yoxdur, onlar da darısqal və çox köhnə, xeyli kasıb görünən məzilə daxil olurlar...

Təcrübəsiz, xeyli utancaq olan Vlad Vikagilin klassik toy adət-ənənəsinin şərtlərinə az qala tap gətirmir. Amma pul toplamaq üçün toy eləmək arzusu onu dözməyə məcbur edir.

Bu yerdə bir haşiyəyə çıxım ki, filmin toy epizodlarında yaşananlar, Moldova toyunun bir sıra şərtləri Azərbaycan toy ənənəsinin tələblərinə çox yaxındır və bu da azərbaycanlı tamaşaçıların əhvalını yüksəldir. Məsələn, bəyə və gəlinə toy geyiminin seçilməsi, şəhərin görməli yerlərində xatirə videoçəkilişinin aparılması, filmi son epizodda tamamlayan toy səhnəsinin gedişatı bunu deməyə əsas verir.

Toydan söz düşmüşkən, şənliyə dəvət edilmiş qohumlar, yaxın dostlar tam səmimiyyət nümayiş etdirir, hərə cibinə uyğun nəmər yazdırır və bunu açıq şəkildə dilə gətirirlər. Hətta azyaşlı qohumların aylarla-illərlə topladığı qəpikləri nəmər salması filmin komik düzənini davam etdirir.

 

Toy şərtlərindən dəliyə dönən Vladın, hətta adətlərə bələd olan Vikanın qanı filmin kulminasiya səhnəsində - toyda daha da qaralır. Qəfil Vikaya biznesmen şərik peyda olur. O, toya 5 min avro yazdırır, amma səmimi deyil. Hər dəfə təzə bəyi – Vladı yüksək məbləğlərlə utandırıb-sındırmğa çalışır. Toyun səbəbkarı olan cütlük buna hər dəfə ciddi təpki versə də, o, özünə yığışmır və sonda əsl məqsədini toyxananın həyətində Vlada açıqlayır: 10 min avro müqabilində ondan Vikadan əl çəkməsini istəyir. Əlbətdə, Vlad Vikasız 10 min və hətta 100 min avronun mənasız olduğunu düşünür və onun cavabını verir. Beləliklə, bir çox çətin imtahandan keçən gənclər evlənərək, arzularına çatırlar...

Rumın dilində səsləndirilib, ingilis dilində alt yazılarla təqdim edilən, Rumıniya və Moldovanın (Lüksemburqun da iştirakı ilə) birgə istehsalı olan komediya janrlı filmin rejissoru, yuxarıda da qeyd etdiyim kimi, Napoleon Helmisdir. Əsas rolları Vlad Logigan – Vlad, Viktoriya Bobu – Vika, Konstantin Floresku – Gioni, İqor Çistol – Valera, İqor Karas-Romanov – Senia, Viorika Genta Çelbea – Vladın anası, İon Skutelniku – Tata Vika, Korina Druk - Sora Vika və sair oynayıb. Toplam yarım milyon avro büdcə ilə ərsəyə gətirilmiş filmin musiqi tərtibatçısı Anatol Ştrefanetdir.

Çəkilişi 2009-cu ildə başa çatan bu 92 dəqiqəlik komediya əsərinin ilk premyerası 2010-cu il sentyabrın 16-da Moldovada, bundan bir həftə sonra isə Rumıniyada keçirilib.

Film 2010-cu ildə Montreal Beynəlxalq Film Festivalında nümayiş etdirilib.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind