Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Tarix: 12.11.2017 | Saat: 18:50:00
Bölmə:Mədəniyyət | çapa göndər

İspaniya kinomatoqrafçıları həmişə maraqlı filmlər istehsal ediblər. Xüsusilə də onlarda dram janrı, nədənsə, daha təsirli alınır. Bakıda keçiirlən Avropa Film Festivalı çərçivəsində nümayiş etdirilən “Angel of Budapest” (“Budapeşt mələyi”) adlı tarixi dram ekran əsəri də bu silsilədəndir. 

Yeri gəlmişkən, şəxsən ürək yanğısı ilə baxdığım, insanlıq faciəsini özündə əks etdirən “Şindlerin siyahısı”, “Pianoçu”, “Yaşamaq gözəldir” kimi dram əsərləri seriyasından olan “Budapeşt mələyi”, məncə, festival müddətində göstərilən ən düşündürücü filmdir.

Filmin sujet xəttinə nəzər salaq: II Dünya müharibəsi illərində Hitlerin əmri ilə Avropada yaşayan yəhudilər kütləvi şəkildə qətlə yetirilir. Təbii ki, Macarıstan da prosesin tərkib hissəsdir. Almaniyanın işğalında olan bu ölkədə hakimiyyətə gətirilən faşist ideoloqlarından biri, özünü qondarma hökumət başçısı sayan Arrov Kross Berlinə daha yaxşı görünmək üçün Macarıstanda yaşayan bütün yəhudilərin siyahısını hazırlatdırır. Nəticədə alman faşistlərinin polis və kəşfiyyat qüvvələri bir yanda qalır, macar polisi və təhlükəsizlik qüvvələri yəhudiləri amansızcasına təqib etməyə başlayır. Bu zaman insanlıq dramına qarşı meydana atılan, İspaniyanın o dövrdə Macarıstanda səfiri olan Anxel Sanz Briz gecə-gündüz dincəlmədən qırğının qarşısını almağa çalışır. Bunun üçün o, öz ölkəsinin rəhbərliyi ilə dəfələrlə əlaqəyə girir, yəhudiləri xilas etmək naminə alman ordusunun rəhbərliyindəki tanışlarına minnətçi düşür və sair.. Amma hər şey istədiyi kimi asan başa gəlmir - hadisələr çox mürəkkəbdir.

 

İspan səfir nə edəcəyini çox düşünür, sonda qərara gəlir ki, təqib edilən yəhudiləri qurtarmaq üçün onlara İspaniya vətəndaşlığını təsdiqləyən pasport verilməlidir. Hətta heç olmaya, bu məzlum insanları hansısa formada qoruma altına alacaq rəsmi sənədlər – məktublar tərtib eləmək lazımdır. 1944-cü ilin əvvəlinə qədər Budapeştdə səfir işləyən Briz, qeyri dəqiq məlumatlara əsasən bu yolla 5-6 min yəhudini ölümdən qurtara bilir.

 

Filmdə insanı kövrəldən səhnələrdən biri ölümün bir addımlığından geri qaytarılmış bu insanları yenidən təqib edilməsinlər deyə xüsusi olaraq icarəyə götürülmüş binalarda yerləşdirilməsidir. Həmin binaların qarşısından İspaniyanın bayrağı asılır ki, kimsə orada axtarış aparmasın. Amma qışın soyuğunda onların yemək-içmək kimi zəruri tələbatlarını da qarşılamaq lazımdır axı. Səfirliyin büdcəsində isə vəsait tükənməkdədir. Bu zaman səfir Anxel Sanz Briz qərar verir: büdcə boşalacaqsa, şəxsi pullarını xərcləyəcəklər. Yetər ki, bu günahsız insanlar sağ qalsınlar...

Dram əsərinin faciəvi sonluqla bitən sujet xətlərindən biri də macaq qız Sofiyanın yəhudi gənclə yaşadığı sevgidir. Oğlan təqib olunur, qız isə dəfələrlə öz həyatını təhlükəyə ataraq onu xilas edir. Burada iki sevən gəncin arasında qaratikan kolu kimi bitən bir nəfər də var. O, macar əsilli oğlandır və Sofiyanın qonşusu, eləcə də orta məktəbdə sinif yoldaşı olub, indi isə faşist hakimiyyətinin mühafizəçisi olan yerli polisdir. O da digərləri kimi yəhudi ovuna çıxmış qaniçənlərdən biridir və özündənrazılığı o həddə çatıb ki, Sofiyanı da küçənin ortasında təhqir edib, aşağılayır. Amma maraqlıdır ki, son anda milli hiss onu Sofiyanı qorumağa məcbur edir. Milli hislə xidməti məsuliyyəti bu macar polisin ürəyində, Sofiyanın yəhudi sevgilisini küçənin ortasında, qisasçılıq zəminində güllələyib öldürərkən üsyan edir. O, Sofiyanın sevgilisinin meyiti başında fəryad etməsinə baxır. Bu zaman ora gələn alman patrullardan biri öldürülən yəhudiyə görə aldığı sərt təpkidən dolayısı Sofiyanı qətlə yetirir və milli hissin təbii əmri ilə macar polis almanlara atəş açır: özü və yoldaşları da həlak olur, alman hərbçilər də. Filmdə bu ölümlü səhnə gənc qızın özünü sevgi yolunda fəda etməsidir və yüz minlərlə yəhudinin heç bir səbəb olmadan qaz kameralarında yandırılması kimi dəhşətli qətliamın içində çox zərif, amma olduqca parlaq işıq kimi seçilir, fərqlənir.

Qəribədir ki, film boyunca cərəyan edən çox fərqli hadisələrin hər birinin onu birbaşa və ya dolayısıyla ispan səfir Anxel Sanz Brizin müqəddəs fəaliyyətinə bağlanır. Çünki bu insan doğrudan da ya cismani olaraq şəxsən, bu yetmədikdə isə bütün Macarıstanda xilasedici olaraq məşhurlaşan ad-sanı hər bir personajın təlatümlü həyatına təsir edir. O, istər təhlükəsiz ərazilərdə məskunlaşdırılan, istər vaqonlara yığılıb gedər-gəlməzə göndərilən, istərsə də Sofiyanın simasında öz sevgisi yolunda qurban gedən hər kəsin ürəyində, düşüncəsində mövcuddur və hamının yeganə ümid yeridir.

1944-cü ilin əvvəli: Anxel Sanz Briz səfir kimi fəaliyyətini başa vurub Madridə qayıdır. Amma o, qayıtmadan öncə səfirlik əməkdaşlarına xitabən deyir ki, qoyduğu prinsiplər üzrə hərəkət eləsinlər. Çətinlikləri olarsa, İsveç səfiri və Macarıstan katoliklərinin başçısından kömək istəsinlər. Çünki filmdə gördüyümüz kimi, bu üç insan yəhudiləri xilas eləmək üçün var qüvvələrini sərf ediblər.

Bəli, filmin sonunda səfir Briz ölkəsinə o vaxt qayıdır ki, Sovet ordusunun Budapeştə daxil olması ilə Macarıstanda yəhudilərə qarşı təhlükə sovuşub...

“Holokosta qarşı bir ispan” adlı roman əsasında çəkilmiş “Budapeşt mələyi” filmi 2011-ci ildə rejissor Lusi Oliveros tərəfindən ərsəyə gətirilib. Ssenarinin həmmüəllifləri Anxel Aranda və Dieqo Karsedodur. Filmin prodüsserləri Eduardo Kampoy, Xose Manuel Lorenso və İştvan Mayor, operatoru Nika Yanço, musiqi tərtibatçısı Mario De Benito, rəssamları Monika Estan, Eva Vaşş və Çaba Lodi, montajçısı Luis Manuel del Valvedir. 2 milyon avro büdcə ilə çəkilişi başa çatdırılan bu 2 saatlıq dram əsərinin ilk premyerası 2011-ci il noyabrın 3-də keçirilib. Əsas rollarda Fransis Lorenso (səfir Anxel), Ana Fernandes (Xanım Türne), Yanoş Ban (Farkas), Kata Qaşpar (Sofiya), Tamaş Sabo (Antal), Tamaş Lendel (Lajos), Şara Xerrer (Eva), Ana Allen (Adela) və s. çəkiliblər.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV