Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Milli Məclis İraqdakı azərbaycanlı qadın və uşaqlarla bağlı nə düşünür?
Tarix: 13.11.2017 | Saat: 12:40:00
Bölmə:Siyasət | çapa göndər

Bir müddət öncə xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla rəhbərlik etdiyi qurumla bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur.

Nazir onu da vurğulamışdı ki, istənilən insanı sadəcə, götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir:

İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək".

Bəs Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adıçəkilən məsələ ilə bağlı nə düşünür? İŞİD-in ardıcıl məğlubiyyətlərindən sonra İraqda ortalıqda qalmış azərbaycanlı qadınlar, onların azyaşlı övladları, eləcə də hər iki valideynini itirmiş azyaşlılarla bağlı onların buradakı yaxınları Milli Məclisə müraciət ünvanlayıblarmı? Hər iki valideynini itirmiş və hazırda döyüş meydanlarında qalmış azyaşlıların taleyinə Milli Məclis hansı hüquqi münasibət sərgiləyir?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa hafta.az-a açıqlamasında deyib ki, İraqda bir vaxt İŞİD sırıalarında olmuş azərbaycanlı qadınların və azyaşlıların yaxınlarının doğmaları onların ölkəmizə ekstradilsiyası üçün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinə müraciət etmələri barədə məlumatı yoxdur:

“Bəlkə də komitə sədrinə müraciətlər ünvanlanıb, amma bundan məlumatsızam. Milli Məclisdə bu barədə müzakirələr aparılmayıb. Gələcəkdə onların ölkəyə gətirilməsi ilə bağlı Milli Məclisdə məsələ qaldırmağı da düşünmürəm. Düşünürəm ki, terrorçu təşkilatın tərkibində iştirak etdiklərinə görə, Azərbaycana gələnlər həbs olunmalıdır. Qanunvericiliyə əsasən məsələnin hüquqi yollarla çözülməsi lazımdır. Başqa nə olmalıdır?! Azyaşlılarla da ümumi qanunvericiliyə uyğun davranılacağını düşünürəm. Məclisdə məsələ qaldırılsa da, onlarla bağlı nə etmək olar?! İraqdakı azyaşlı azərbaycanlı uşaqlarla bağlı da dövlət tərəfindən hüquqa uyğun qaydalar tətbiq olunacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan 2 yaşlı Xədicə və 4 yaşlı Abdulla Bağdad sığınacağına yerləşdirilib. Uşaqların İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin apardığı barədə məlumatlar yayılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb.

Bir müddət əvvəl Abdulla Azərbaycana gətirilərək, babasına təhvil verilib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From