Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Seçkilər öncəsi yeni vitse-prezidentlərin təyinatı gözlənilirmi?
Tarix: 13.11.2017 | Saat: 13:00:00
Bölmə:Siyasət | çapa göndər

“Vitse – prezidentlərin təyinatı birbaşa ölkə başçısının səlahiyyətində olan məsələdir. O, məqbul bildiyi vaxtda bu təyinatları həyata keçirəcək. Prezident zamanı gələndə bununla bağlı müvafiq qərar qəbul edəcək”.

Bunu hafta.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, millət vəkili Aydın Mirzəzadə 2018-ci il prezident seçkiləri öncəsi yeni vitse-prezidentlərin təyin edilib-edilməməsinə münasibət bildirərkən deyib. Aydın Mirzəzadənin sözlərinə görə,Yeni Azərbaycan Partiyası gələn keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə ciddi hazırlaşır. Partiya daxilində müvafiq hazırlıq işləri gedir:

“Seçki ərəfəsində təbliğatçılarımızı müəyyənləşdirmişik. Məntəqə və dairə komissiyalarına göndərəcəyimiz səlahiyyətli şəxslər müəyyənləşdirilib. Eyni zamanda, hazırda seçkidə istifadə edəcəyimiz yeni seçki texnologiyalarını nəzərdən keçirəcəyik”.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında Azərbaycanda prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Artıq seçkilərə bir ildən də az vaxt qalıb. Birinci vitse prezidentin təyinatından doqquz ay keçməsinə baxmayaraq, növbəti anoloji vəzifə sahibləri hələ ki, müəyyənləşməyib.

Məlumat üçün qeyd edək ki, ölkə başçısı İlham Əliyev bu il fevralın 21-də ölkənin birinci xanımı Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti təyin edib. Azərbaycanda vitse-prezidentlik postları ötən il Konstitusiyaya dəyişiklər və əlavələr edilməsi məqsədilə keçirilən referendumdan sonra yaradılıb.

Yenilənmiş Konstitusiyaya əsasən, Birinci Vitse-prezident və digər vitse-prezidentlərin təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From