Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ukrayna və Azərbaycan Rusiya sülhməramlılarını istəmir” – Politoloq
Tarix: 13.11.2017 | Saat: 13:50:00
Bölmə:Siyasət | çapa göndər

“Ukrayna Donbasdakı separatizmə son qoymaq üçün BMT sülhməramlılarının Rusiya ilə sərhəddə yerləşdirilməsini istəyir. Rusiya isə tam əskinə həmin sülhməramlıların sərhəddə deyil Ukrayna ordusu ilə separatçılar arasındakı ayırıcı xəttə yerləşdirilməsinə çalışır”.

Hafta.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, bu iki yanaşma arasında ciddi fərq var. Ukrayna beynəxalq sülhməramlı qüvvələrin sərhəddə yerləşdirilməsini iki səbəbdən istəyir:

“Birinci səbəb odur ki, sülhməramlılar atəşkəsin separatçılar tərəfindən pozulmasının qarşısını almalıdırlar. İkinci səbəb, sülhməramlılar sərhəddə yerləşməklə Rusiyanın sərhəddən separatçılara qeyri qanuni hərbi yardımına mane olmalıdır. Rusiya isə beynəlxalq sülhməramlıların Ukrayna ordusu ilə separatçılar arasında yerləşdirilməsini ona görə istəyir ki, münaqişəni uzun müddətə dondura bilsin. Ukraynanın beynəlxalq sülhməramlıların bu ölkə ərazisində yerləşdirilməsiylə bağlı əsas şərti budur ki, sülhməramlıların tərkibində Rusiya hərbçiləri olmamalıdır”.

Politoloqun sözlərinə görə, bu haqlı istəkdir. Çünki Rusiya Ukraynadakı münaqişədə əsas tərəfdir. Rusiya həm Krımı ilhaq edib, həm də Donbasdakı separatçılara hər cür dəstək verir:

“Eyni vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə də aiddir. Dağlıq Qarabağ münaqişəsinin həllinin sonrakı mərhələsində bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulub. Həmin qüvvələr icmalar arasındakı mümkün toqquşmaların qarşısını almalıdırlar. Ancaq Ukrayna kimi Azərbaycan da bölgədə yerləşdirilməsi planlaşdırılan sülhməramlıların tərkibində Rusiyanın olmasını istəmir”.

Elxan Şahinoğlunun sözlərinə görə, bunun 4 vacib səbəbi var:

“Birincisi, SSRİ dövründə Dağlıq Qarabağda hərbi baza erməni separatçılarını silahlandırıb. Separatçılar məhz həmin bazadan əldə etdikləri silah və hərbi texnikanın köməyi ilə Azərbaycan torpaqlarını işğal ediblər. Bu yaxın tarixdir.İkincisi, Rusiya Ermənistanın hərbi müttəfiqidir. Üçüncüsü, Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşsələr bu bölgədən bir daha çıxmamamağa çalışacaqlar. Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinin əleyhinə olduğunu göstərir. Sorğuda iştirak edənlərin hər 10 nəfərindən 9-u Rusiya sülhməramlılarının əleyhinə olduğunu bildirib. Bu səbəbdən həm Donbasda, həm də Dağlıq Qarabağda sülhməramlıların hansı əsasda formalaşması məsələsində Azərbaycanla Ukrayna bir-birinə dəstək verməlidirlər. Hər iki dövlət sülhməramlıların tərkibində neytral dövlətlərin təmsil olunmasını istəyir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.02.2018
20.02.2018
19.02.2018
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
“Cənub Qaz Dəhlizi” layihəsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkili
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
7 manatlıq qızılgül, 540 manatlıq şam yeməyi – “Sevgililər günü menyusu”
“Ölkəmizə qara yaxanlar heç nəyə nail ola bilmədi” – Fikrət Sadıqov
77 nəfərin qatili ilk dəfə əməlindən peşman olduğunu bildirib
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO