Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Daha 4 rayonda “ASAN xidmət” mərkəzi açılacaq
Tarix: 13.11.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

“Növbəti illərdə “ASAN xidmət” mərkəzlərinin sayı artacaq. Yaxın bir il ərzində daha 4 rayonda “ASAN xidmət” mərkəzi açılacaq”.
Bu barədə hafta.az-a “ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov məlumat verib: “Ölkə başçısının tapşırığına əsasən, 2017-2018-ci illər ərzində 4 mərkəz istifadəyə verilməlidir. Onlar Quba, Mingəçevir, İmişli və Şəkidə olacaq. İlin sonuna qədər bir mərkəzin açılması nəzərdə tutulub. Bunlar ya Quba, ya da Mingəçevirdə ola bilər”.
Qeyd edək ki, hazırda ölkədə “ASAN xidmət” mərkəzlərinin sayı 11-dir. Onlardan 5-i paytaxtda, digər 6-ı isə Sumqayıt, Gəncə, Bərdə, Gəncə, Sabirabad, Qəbələ və Masallıda olmaqla bölgələrdədir.
“ASAN xidmət” mərkəzləri olmayan bğölgələrdə isə səyyar “ASAN xidmət” fəaliyyət göstərir.
Anar Hüseynov səyyar xidmətlərin davamlı oldğunu deyir: “Hazırda səyyar ASAN xidmət 10 – 24 noyabr tarixində Qax şəhəri və Qaradağ rayonunun Ələt qəsəbəsində, 10 noyabr – 9 dekabr tarixində Şəmkir şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bundan başqa səyyar avtobuslar 23 oktyabr – 11 noyabr Ağsu rayonu, 27 oktyabr – 25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 28 oktyabr – 11 noyabr H.Z.Tağıyev qəsəbəsində, 30 oktyabr – 28 noyabr Salyan şəhərində vətəndaşların xidmətində olacaqlar”.
Qeyd edək ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018