Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda polis müstəntiqini it dişlədi - GÜNÜN TƏZADLARI
Tarix: 13.11.2017 | Saat: 19:19:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakıda xidmət vaxtı polis müstəntiqini küçə iti dişlədi. Hafta.az “Report”-a istinadla xəbər verir ki, olay paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Məlumata görə, Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayev küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri A.Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb. Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.

 

“ANS”-in keçmiş aparıcısının ABŞ-da qabyuyan işlədiyi bilindi

Xeyli vaxtdır Amerikada yaşayan keçmiş telejurnalist Aynur Talıbva orada qabyuyan işlədiyini bildirdi və bunu əks etdirən fotosunu yaydı. Hafta.az yazır ki, o, Modern.az-a açıqlamasında işindən çox məmnun olduğunu deyib:“Niyə görə qabyuyan işləmək utancverici olmalıdır?! Amerika böyük ölkədir. Burada qabı əllə yumaq heç də geridəqalmışlıq sayılmır. Qabyuyan işləmək də bir iş növüdür. Düşünürəm ki, hansısa TV-də mahnı oxumaqdansa, Amerikanın Virciniya ştatında qab yumaq məsləhətdir”.
A.Talıovanın sözlərinə görə, ona yeni düzəldiyi qabyuyan işinin bir saatına görə 11 dollar ödənilir. Qeyd edək ki, əvəllər “Lider” və “ANS” telekanallarında işləmiş Aynur Talıbova ailə qurduqdan bir müddət sonra ABŞ-a köçüb. O, Simran Baxış adlı azərbaycanlı ilə evlidir. Onların Uğur adlı bir oğulları var.

Üç bacı kabab yeyib öldü

Daşkəndə həddi buluğa çatmamış üç bacı yerli kafelərdən birində kabab yedikdən sonra həyatlarını itirdilər. Hafta.az bu haqda Moderator.az saytının rus versiyasına istinadla xəbər verir. Şahidlərin verdikləri məlumata əsasən bacılar bir qədər əvvəl əzilmiş ətdən hazırlanmış kabab yedikdən sonra özlərini pis hiss etməyə başlayıblar. Onlar qarın nahiyəsində çox güclü ağrıların olmasında şikayətlənirmişlər. Bacılar dərman qəbul etsələr də, bu, onlara kömək etməyib. Onlardan biri təcili tibbi yardım maşınında xəstəxanaya aparılarkən vəfat edib. Digər iki bacı da bir birinin ardınca qəfildən həyatlarını itiriblər.
İndi bütün Özbəkistan bu ölümün gerçək səbəbinin nə olması barədə rəsmi qurumların açıqlamasını gözləyir. Bacıların ölümcül zəhərlənməsinin səbəbi ciddi araşdırılır. Fakt üzrə Olmazar rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və araşdırma aparılır.

Tramp Filippin prezidentinə mahnı oxutdu

Əvvəllər Amerikaya qarşı kəskin açıqlamalarıyla yadda qalmış Filippin prezidenti Rodriqo Duterte ABŞ Prezidenti Donald Trampın tələbi ilə 31-ci ASEAN sammitinin qala yeməyində mahnı ifa etdi. Hafta.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yazıb. Məlumata görə, Filippin lideri səhnəyə çıxaraq Pilita Korraleslə birgə mahnı oxuyub. Çıxışını bitirən Dutertə, “Xanımlar və cənablar, mən Amerika Birləşmiş Ştatlarının Ali Baş Komandanının tələbi ilə oxudum”- deyib.

0:7 hesabıya uduzan futbolçumuz avtomobiliylə lovğalandı

Almaniya yığmasına öz meydançasında 0:7 hesabı ilə məğlub olan gənclərdən ibarət Azərbaycan millisinin futbolçusu Elnur Cəfərov sosial şəbəkələrdə özünün bahalı maşınının şəklini yerləşdirərək lovğalandı. Hafta.az yazır ki, bu haqda “Azerisport” xəbər yayıb. Azərbaycanın qocaman futbol mütəxəssisi, milli komandamızın keçmiş baş məşqçisi Ağasəlim Mircavadıv futbolçunun bu hərəkətinə belə reaksiya verib:“Əgər milli komandanın formasını geyirsənsə, bunun məsuliyyətini dərk etməlisən. Etmirsənsə, komandada işin yoxdur. Belə oyunlardan sonra gizlənmək lazımdır, məşqə isə üzünü bağlayaraq gəlməlisən. Mən meydançada deyildim, amma bu oyundan sonra xəcalət çəkirdim. Bəs futbolçular niyə xəcalət çəkmir?..”

İrandan gələn avtomobildə qumbara tapıldı

Azərbaycana daxil olan yük maşınında qumbara aşkarlandı. Bu barədə, noyabrın 13-də Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. “Yoxlama zamanı Azərbaycan vətəndaşı Əkbərağa Həşimovun idarə etdiyi ”Kamaz” markalı nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə döşəyin altında döyüş sursatı hesab edilən “F-1” markalı 1 ədəd əl qumbarası aşkar edilib”,- məlumatda vurğulanır.
Faktla bağlı araşdırma getdiyi deyilir. DGK-nin bu açıqlamasına hələlik Ə.Həşimovun vəkili və ya yaxınlarının münasibətini almaq mümkün olmayıb. İttihamın qəbul edilib-edilmədiyi bilinmir.
Sultan Laçın, hafta.az


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind