Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Çaylarda suyun səviyyəsi dəyişdi
Tarix: 14.11.2017 | Saat: 11:11:00
Bölmə:Sosial | çapa göndər

Mövcud hava şəraiti çaylarda suyun səviyyəsinə də təsir edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli idrometeorologiya Departamentindən hafta.az-a verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 140-160, Lənkəran-Astara bölgəsi çaylarında 60, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 203 m3/s olmaqla ongünlük normanın 115 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 88 m3/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 22, Salyanda 9, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 12 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 m (2016-cı il noyabrın 13-də 473 sm), Şirvanda 231 sm, Salyanda 200 sm (2016-cı il noyabrın 13-də 370 sm), Bankədə 189 sm (2016-cı il noyabrın 13-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 107 sm (2016-cı il noyabrın 13-də 183 sm) təşkil edir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
İki mədəniyyətin təcəssümü - “Ruç və Nori”
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From