Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əli İnsanov Ali Məhkəməyə gəlmədi
Tarix: 14.11.2017 | Saat: 11:23:00
Bölmə:Sosial | çapa göndər

Sabiq səhiyyə naziri Əli İnsanovun işinə Ali Məhkəmədə baxılıb.

Prosesdə Ə.İnsanovun məhkəməyə gətirilmədiyi elan olunub.

Daha sonra dövlət ittihamçısı vəsatət qaldırıb. O, icraatında çox iş olduğunu, cinayət materealları ilə tanış olmadığını bildirib. Dövlət ittihamçısısnın vəsatəti təmin edilib. Məhkəmə prosesi qeyri-müəyyən günədək təxirə salınıb.

Musavat.com xəbər verir ki, sabiq nazir Qaradağ rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyən Əli İnsanov Ali Məhkəməyə müraciət edib.

Ə.İnsanovun şikayətinə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılıb.

Qeyd edək ki, bir müddət əvvəl Ə.İnsanov Ali Məhkəməyə verdiyi şikayətə baxılmamasından narazı qalaraq Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət etmişdi.

Qeyd edək ki, Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanmışdı. Ona törətdiyi əmələ görə 7 il 5 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

O, bu hökmdən apellyasiya şikayəti vermişdi. Şikayəti təmin edilməyən sabiq nazir Ali Məhkəməyə müraciət etmişdi.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunmuşdu. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilirdi. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunan Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatmışdı.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.02.2018
17.02.2018
16.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO