Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
Tarix: 14.11.2017 | Saat: 11:40:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycanda səfərdə olan Misirin Cənubi Sinay vilayətinin qubernatoru, general Xalid Fuda media nümayəndələri ilə bir araya gəldi. 

Daha əvvəl çıxış edən Msirin ölkəmizdəki səfiri xanım Suzan Cəmil qonaqları təqdim etdi. Bildirdi ki, cənab qubernatorla ynaşı bir neçə iş adamı da gəlib. Səfir Qəbələ ilə Şarm əl Şeyx şəhərlərinin qardaşlaşdığını xatırladaraq əlavə etdi ki, bu günki səfərin də məqsədi iki ölkə arasında turizm əlaqələrini genişləndirməkdir.

Qubernator Xalid Fuda Azərbaycanda ikinci dəfə olduğunu qeyd edərəl əlavə etdi ki, onunla Bakıya Cənubi Sinayın üç əsas iş adamı da gəlib. "Dünən Azərbaycan Turizm Assosiasiyasının rəhbəri ilə görüşmüşük və iki ölkə arasında turizm əlaqələrinin inkişafına mane olan detalları araşdırdıq. Çox önəmli görüş idi. Şəxsən mən öz tərəfimizdə mövcud olan problemləri həll etməyə söz verirəm. Biz Asan Xidmətdə də olduq və çox gözəl təsisat olduğunu deyə bilərəm. Çalışacağıq bu təcrübəni Şarm əl Şeyxdə də tətbiq edək" deyən qonaq XİN başçısı Elmar Vəliyev, Gənclər və turizm naziri Əbülfəs Qarayev, eləcə də Qəbələ RİH-nin başçısı ilə görüş keçirəcəyini bildirdi.

Qubernator Fuda dedi ki, Qəbələ RİH-nin başçısını yenidən ölkəsinə dəvət edəcək. O, iki ölkə arasında tarixçilərin, elm-mədəniyyət nümayəndələrinin get-gəkini vacib saydı. Onun fikrincə, bu yolla Misirlə Azərbaycan arasında əlaqələri genişləndirmək olar.

"Açıq desək, son iki ildə Azərbaycandan Misirə gedən turistlərin sayı çox azdır. Bu isə iki ölkə rəhbərləri və ümumiyyətlə, iki xalq arasında olan münasibətlşrə uyğun deyil. Məncə burada Şarm əl Şeyxin ünvanına deyilən qarayaxmalar və yayılan qərəzli şayiələr mühim rol oynayır. Hansı iki biz orada 113 ölkədən 3 mindən çox nümayəndənin qatılması ilə Gənclər Forumu keçirdik. Bununla isbatladıq ki, Şarm əl Şeyx gözəl və tam təhlükəsiz şəhərdir" deyən cənab Fuda əlavə etdi i, Şarm əl Şeyx sülh şəhəridir.

Qonaq daha sonra dedi ki, Azərbaycan hökuməti heç vaxt öz vətəndaşlarını Misirə səfər etməməyə çağırmayıb və buna görə rəsmi Bakıya təşəkkür etdi.


Qubernator Fuda bildirdi ki, turistlərin cəlbində viza məsələsi çətinlik törətmir. Onun sözlərinə görə, qruplar şəklində gələn turistlərdən viza istənilmir və ümumiyyətlə, azərbaycanlı turistlərə viza hava limanında qısa vaxtda verilir.

Qubernator sondanbildirdi ki, ötən səfərində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və bu onda yüksək təəssüratlar yaradıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV