Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İmtahan nəticələri məlum olub
Tarix: 14.11.2017 | Saat: 14:20:00
Bölmə:Sosial | çapa göndər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

İdarənin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, nəticələrə əsasən, imtahanda iştirak edən 498 namizəddən 134 nəfəri keçid balından yüksək nəticə göstərib. İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Keçid balından yüksək nəticə göstərən namizədlər vakansiyalar üzrə seçimlərini etdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.

Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üzrə keçid balı 24, psixoloq vəzifəsi üzrə keçid balı 28, kitabxanaçı vəzifəsi üzrə keçid balı 17 olub.

Qeyd edək ki, 3-4 noyabr 2017-ci il tarixlərində keçirilən test imtahanında təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 1 saat, kitabxanaçı vəzifəsi üzrə müsabiqəyə qatılan şəxslər isə 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV