Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şarm əş-Şeyxin simvolik açarı AZTA nümayəndəsinə verilib
Tarix: 14.11.2017 | Saat: 14:41:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Turizm Assosiasiyası (AZTA) Misirdə turizmin təhlükəsizliyinin təbliğatını həyata keçirəcək.

AZTA-dan Hafta.az-a verilən məlumata görə, assosiasiya rəhbərliyi ofisində Misirin Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fudənın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Nümayəndə heyətinə Misir Ədliyyə Nazirliyinın təftiş müşaviri Vəlid Fövzi əs-Subəi, “Air Cargo” şirkəti idarə heyətinin rəhbəri Yasir Yəhya Məhəmməd, “Maksima” turizm şirkətinin rəhbəri Amir Məhəmməd İsmayıl, “Shams” otellər qrupu idarə heyətinin sədri Muteyyi Mahmud İsmayıl, “İtaly-Egypt Air” şirkətinin baş meneceri İsam Əbdül Gəni daxildir. Görüşdə Misirin Azərbaycandaki səfiri xanım Suzan Cəmil də iştirak edib.

Görüşdə AZTA ilə sıx əməkdaşlığın perspektivləri müzakirə olunub. Assosiasiya rəhbərliyi bildirib ki, azərbaycanlı turistlər arasında Misirdə baş verən siyası hadisələrdən sonra təhlükəsizliyin bərqərar olunmasına və bu barədə geniş məlumatlandırma tədbirlərinin aparılmasına ehtiyac var. O, bu cür tədbirlərin həyata keçirilməsində Misir tərəfinə yardım etməkdə hazır olduğunu bildirib. Tərəflər birgə infoturların, work-shop və B2B görüşlərin keçirilməsi barədə razılığa gəlib, birbaşa uçuşların sayının artırıılmasının vacıb olduğunu qeyd ediblər. Birgə fəaliyyətin nəticəsi olaraq Azərbaycan Turizm Assosiasiyasının üzvlərinə individual və qrup şəklində sadələşdirilmiş viza verilməsi barədə razılığa gəliblər.

Görüşün sonunda qubernator Xalid Fudə Şarm əş-Şeyxin simvolik açarını Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin üzvü Göydəniz Qəhrəmanova təqdim edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018