Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ozünü yandırmaq istəyən Ağdam sakini ilə bağlı DİN-dən təfərrüatlar
Tarix: 14.11.2017 | Saat: 21:21:00
Bölmə:Hadisə | çapa göndər

Bu gün Ağdamda özünü yandırmağa cəhd göstərmiş 1970-ci il təvəllüdlü Bəhlul Əmirovla bağlı təfərrüatlar məlum olub.

Hafta.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Trend-ə açıqlamasında bildirib ki, bu, B.Əmirovun artıq 4-cü özünə qəsd faktıdır.

Rəis müavini qeyd edib: "Əvvəllər dəfələrlə məhkum edilmiş Bəhlul Əmirov adının hallandığı sonuncu xırda talama faktı üzrə aparılan araşdırmdan narazı olduğu üçün istintaq orqanları qarşısında qanunsuz tələblər irəli sürərək, işin gedişatına həyatına qəsd etməklə təsir göstərməyə çalışıb. Bu, artıq ilk şantaj fakt deyil ki, o, həyatına qəsd edərək polisə, hüquq-mühafizə orqanlarına təzyiq göstərməyə çalışır. Çox təəssüf doğurucu haldır ki, bu şəxs artıq həyatına qəsd etməyi pis vərdiş halına çevirib".

O.Mansurzadə vurğulayıb ki, hadisə baş verən zaman ərazidə xidmət aparan mühafizə polisi əməkdaşlarının ayıqlığı və çevik reaksiyası nəticəsində B.Əmirovun həyatı xilas edilib.

****

Ağdamda avtomobili cərimə meydançasına salınan rayon sakini özünü yandırıb.

Trend-in məlumatına görə, hadisə rayonun Xıdırlı kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Bəhlul Əmirov avtomobili ilə hərəkət edərkən Ağdam rayon Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtomobilin sənədləri yoxdur və maşının külli miqdarda ödənilməmiş cəriməsi var. Avtomobil B.Əmirovdan alınaraq cərimə meydançasına salınıb.

B.Əmirov avtomobili cərimə meydançasından çıxarmaq istəsə də, mümkün olmayıb. Şöbədən bildiriblər ki, avtomobilin cərimələri ödənilməli və sənədləri qaydasına salınandan sonra sahibinə qaytarılmalıdır.

B.Əmirov isə cəriməni ödəmədən avtomobili almağa cəhd edib. Cəhdləri boşa çıxan B.Əmirov evinə qayıdaraq yaşadığı evin həyətində üzərinə benzin tökərək özünə od vurub. O, ailə üzvlərinin köməkliyi ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu təyin edilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Ağdam rayon Polis Şöbəsindən Trend-ə bildiriblər ki, B.Əmirovun avtomobili qanunsuz idarə edildiyi üçün cərimə meydançasındadır:

"Şikayətçi bununla bağlı Baş Prokurorluğa və Ağdam rayon Prokurorluğuna müraciət edib. Müraciət araşdırılıb və avtomobilin qanun çərçivəsində saxlanıldığı müəyyən edilib. Lakin vətəndaş şikayətin araşdırılması ilə razılaşmayıb".


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind