Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Deputatlar beynəlxalq tədbirə qatılacaqlar
Tarix: 14.11.2017 | Saat: 21:57:00
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin deputatı Şahin İsmayılov Gənc parlamentarilərin IV qlobal konfransında iştirak etmək üçün noyabrın 15-də Kanadanın paytaxtı Ottavaya səfər edəcək.

 Parlamentlərarası İttifaq çərçivəsində keçiriləcək tədbirdə XXI əsrdə miqrasiya, ticarət, ətraf mühit, həyat səviyyəsinin yaxşılaşdırılması məsələlərində gənclərin rolu, onların siyasi fəaliyyətə cəlb edilməsi, gənclərin ehtiyaclarına uyğun olaraq dövlət siyasətinin müəyyənləşdirilməsi və struktur islahatlarının aparılması, nəsillərarası münasibətlərin qorunması mövzularında müzakirələr aparılacaq.

Deputat müzakirələrdə Azərbaycanda bu istiqamətlərdə görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verəcək.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rauf Əliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün noyabrın 15-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər. Arif Rəhimzadənin sədrliyi ilə keçiriləcək Sosial siyasət və insan hüquqları daimi komissiyasında MDB-yə üzv ölkələrdə ailələr üçün həyat səviyyəsinin göstəriciləri ilə bağlı qurumun Statistika Komitəsinin məlumatı təqdim olunacaq, vətəndaşların hüquqi vəziyyəti haqqında informasiyanın əldə edilməsi və pensiya təminatı üzrə tövsiyələrə baxılacaq, model Miqrasiya və Əmək məcəllələri ətrafında müzakirələr aparılacaq.

Mədəniyyət, informasiya, turizm və idman məsələləri daimi komissiyanda MDB dövlətləri üçün model Mədəniyyət Məcəlləsi, habelə “Şəxsi məlumatlar haqqında”, “İdmanda dopinqdən istifadəyə qarşı mübarizə”, “Məktəb idmanı”, “Sosial turizm” və digər model qanunların hazırlanması ilə bağlı fikir mübadiləsi aparılacaq. Deputatlar iclaslarda müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind