Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Fəxri Xiyabandakı bolşevik qəbirlərinə toxunmaq lazım deyil” – Sabir Rüstəmxanlı
Tarix: 15.11.2017 | Saat: 15:49:00
Bölmə:Müsahibə | çapa göndər

Ötən gün hafta.az saytının əməkdaşı Birinci Fəxri Xiyabandan reportaj hazırladı. Reportajda Sovet totalitarizminin öndə olan simalarının indiyə kimi ölkənin əsas məzarlığında uyuması və onların bu vaxta qədər başqa yerə köçürülməməsi məsələsi qabardılmışdı.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı hafta.az-a müsahibəsində həmin məzarların başqa yerə köçürülməsinin əleyhinə olduğunu deyib. VHP sədri bunun səbəblərini də açıqlayıb.

- Sabir bəy, Fəxri Xiyabandakı bolşevik qəbirlərinin başqa yerə köçürülməsinə necə baxırsınız?

- Hesab edirəm ki, tarixə toxunmaq lazım deyil. Yəni, necə var o cür də qalmalıdır. Bir qatın üstünə ikinci qat gəlir, bir cəmiyyət o birini əvəz edir. Deyək ki, “26-lar” heykəlini götürdülər. O, “Bakı fəhləsi” adlı sənət əsəri idi, Şamuyanın heykəli deyildi. O heykəl qala bilərdi. Onun altını qazıb itlərin, çaqqalların cəsədlərini hara istəsən aparıb basdırmaq olardı. Amma o abidəni sevgi ilə yaratmış heykəltaraşın abidəsi öz yerində qala bilərdi. Əslində, o “Bakı fəhləsi” abidəsi idi. Karl Marks filosof idi. Onun da heykəli qala bilərdi, sökmək lazım deyildi. O da bizim həyatımızın bir dönəmi idi. Düşünürəm ki, hər yeni gələn nəslin özündən əvvəlki nəsli yer üzündən silmək cəhdi doğru deyil. Bu mənim şəxsi düşüncəmdir. Ola bilsin ki, mübahisə doğursun. Bizim nənə-babalarımız o vaxt sovet  rejiminə inanıblar. İnanıblar ki, doğrudan da sosializm gələcək və bütün problemlərimiz həllini tapacaq. Bu birmənalıdır.

-Onda belə çıxır ki, “Azadlıq” meydanından Leninin, Dağüstü parkdan Kirovun heykəlinin götürülməsi də doğru deyildi?

- Söhbət Leninin və Kirovun heykəllərindən getmir. Onlar istisnasız götürülməli idi. Bu çox doğru edildi. Yerdə qalan aldanmış insanların qəbirləri, onlardan qalan nələrisə söküb atmaq düzgün deyil. Bir vaxt hətta Bakıda köhnə vaxtın yazıçılarının adlarına verilmiş küçələrin adının dəyişdirilməsini istəyənlər vardı. Olmaz, hər şeyin üzərindən xətt çəkmək də doğru deyil.

- İndiki məqamda həmin bolşevik qəbirlərinin Fəxri Xiyabandan köçürülməsi ehtimalı nə qədərdir?

- Artıq Bakıda proses başlayıb. Bütün köhnə heykəllər, Bakı fəhlələri liderlərinin hamısının heykəlləri götürülüb. Belə olan halda həmin heykəllərin, qəbirlərin bir hissəsini götürüb, digər hissəsini saxlamaq da düzgün deyil. Bu mənada, həmin bolşeviklər Fəxri Xiyabandan başqa bir yerə köçürülə bilər. Daha doğrusu, köçürülməlidir. Hətta o qəbirlərin öz yerlərində qalması da heç nəyi dəyişmir.  Həmin qəbirlərin üzərinə “musavatçılar tərəfindən qətlə yetirməsi” ifadəsi də tarixin bir parçasıdır. O dövrün mənzərəsini canlandırır. Biz gələcək nəsillərimizi şablon böyütməli deyilik. Onlar görməlidirlər ki, həyatın o üzü də, bu üzü də olub. Gənclər görməlidir ki, Müsavat hökumətini məhv edənlər şöhrətləndirilib. Sonradan onların özləri də 37-ci il repressiyasına tuş gəliblər. İşlədikləri “əməllərinə” görə bir başqa cür cavab veriblər. Sonrakı dövrlərdə də bu təkrarlanıb. Yəni, tarixin bu ziqazaqlarının, əyrilərinin bugünkü gözlə düz xəttə çevrilməsi düz deyil. Mən belə düşünürəm.

- Həmin qəbirlərin Fəxri Xiyabanda qalmasının gələcək nəsillər üçün önəmi nədir?

- Biz qəbirləri yox, insanları düşünməliyik. Sabah bu torpağın üstündə yaşayacaq insanları, Qarabağı fikirləşməliyik. Azərbaycanın bütövlüyünü, əlli milyonluq xalqın taleyini düşünmək lazımdır. O taleyi də düşünəndə dünənki tarix bir ibrət dərsinə çevrilir. Bilirsən ki, bu cür səhvlərimiz, yanlışlıqlarımız olub. Həmin abidələrə, qəbirlərə baxanda görəcəyik ki, o vaxt bunlar bizim başımıza keçib. Azərbaycanı, Bakını idarə ediblər. Bakını erməni və bolşeviklərdən təmizləmək üçün nə qədər qurbanlar vermişik. Bunları yaddaşdan silmək olmaz. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi