Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yavru vətən, 34 yaşın mubarak!
Tarix: 15.11.2017 | Saat: 15:36:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (bundan sonra qısa olaraq rəsmən adlandırıldığı kimi  - KKTC kimi yazacağıq – V.T.) qurulmasının 34-cü ili tamam olur. Bu məqsədlə “Yavru vətən” adlandırılan bu kiçik, tarixən başı olmazın müsibətlərini çəkmiş türk ölkəsində, eləcə də onun dünyanın hər yerindəki təmsilçiliklərində şənliklə müşaiyət olunan rəsmi qəbullar təşkil edilir. O cümlədən, KKTC-nin Azərbaycandakı təmsilçiliyi tərəfindən də ölkəmizin parlament və hökumət nümayəndələrinin, xarici diplomatların, ictamaiyyətin müxtəlif təbəqələrini təmsil edən qonaqların iştirakı ilə bayram tədbiri keçiriləcək.

Bir az da KKTC ilə qiyabi tanış olaq: Bu kiçik və siyasi mənada tanınmayan ölkə Aralıq dənizində Siciliya və Sardinadan sonra üçüncü böyük ada olan Kiprin şimal yarısında yerləşir. Onu Türkiyədən cəmi 65 kilometrlik məsafə ayırır. 1983-cü ildə Cümhuriyyət elan olunmasına baxmayaraq, onun müstəqilliyini Türkiyədən başqa heç bir dövlət tanınmayıb. Buna baxmayaraq, KKTC de-fakto müstəqil dövlətdir və ABŞ da daxil olmaqqla bir sıra ölkələrdə təmsilçilikləri mövcuddur.

KKTC-nin ərazisi 3355 kvadratkilometr, əhalisinin sayı isə 320 min nəfər civarındadır. Siyasi paytaxtı Lefkoşa (Kiprin siyasi paytaxtı olan Nikosiyanın şərq yarısı Lefkoşa adıyla KKTC-nin də paytaxtı elan edilib) ilə yanaşı Qazimaqosa, Girnə, Güzəlyurt, İskelə və sair kimi şəhərləri var.

KKTC-nin tarixinə Kipr adasının ümumi tarixi aspektindən baxmaq lazımdır. Bu mənada, Kipr 3,5 min il əvvəl qədim Misirin əsarətində olub. Eramızdan əvvəl 333-cü ildə ada Makedoniyalı İskəndərin ordusu tərəfindən işğal edilir. Yalnız bundan sonar adada yunan mədəniyyəti inkişaf etməyə başlayır. Eramızdan əvvəl 58-ci ildə ada Roma İmperiyasının vilayətinə çevrilir 350 il Roma İmperiyasının əsarətində qalır.

Osmanlı dövlətinin bu adaya gəlişinin maraqlı səbəbləri var. Adada özünə yer edən dəniz quldurları zaman-zaman Osmanlı dövlətinə məxsus ticarət gəmilərinə basqın edir, soyğunçuluq törədirlər. Ona görə də 1570-ci ilin iyulunda sultan II Səlimin əmri ilə Lələ Mustafa Paşanın komandanlığı altındakı ordu ilə Piyale Paşanın rəhbərlik elədiyi dəniz donanması birlikdə hücuma keçərək adanı tutur və Osmanlı dövlətinin nəzarətinə keçirir. Kiprin fəthi zamanı adada çox az sayda yunan olduğu deyilir. 1571-ci ildə aparılmış siyahıyaalınmaya əsasən adada 150 min əhali qeydə alınıb.

Qeyd edək ki. O vaxtdan bəri tam 400 il ərzində adada sülh və rifah mövcud olub, insanlar qayğısız və təhlükəsiz yaşayıb. Hətta ingilislərin işğalı zamanı da adada insanları narahat edəcək həddə gərginlik olmayıb. Amma Kipr müstəqilliyini elan edəndən sonra burada yunanlar hakimiyyəti ələ alır və müsəlman türklərə qarşı sərt hücumlara keçir. Ötən əsrin 50-60-cı illərində kəskinləşən milli-etnik münasibətlər 1970-ci illərin əvvəllərində pik nöqtəyə yüksəlir. Nəticədə Türkiyə 1974-cü ildə türk əhalini yunanların soyqırım niyyətli hücumlarından xilas eləmək məqsədilə adaya ordu yeridir. Bununla da ada iki qeyri-bərabər hissəyə bölünür: Kiprin üçdən birini əhatə edən şimal hissədə türk dövləti yaradılır və adanın cənubundan türklər ora, şimaldakı yunanlar isə cənuba köçürülür. 1976-cı ildə şimal hissədə rəsmi şəkildə Kipr Türk Federal Dövləti yaradılır. 15 Noyabr 1983-cü ildə isə ölkənin adı dəyişdirilərək Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) olur və dövlət müstəqilliyini elan edir.

Birmənalı şəkildə qeyd edək ki, KKTC-nin mərhum qurucu prezidenti Rauf Denktaş ölkəsinin və xalqının azadlığı, inkişafı və varoluşu üçün misilsiz xidmətlər göstərib. Buna görə də Kipr türk xalqı bugünki Cümhuriyyətə görə Rauf Denktaşa minnətdar olmalıdır.  

KKTC Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmır, beynəlxalq təşkilatlar da onu qəbul etmək istəmir. Bu səbəbdən də ölkə bütün iqtisadi-taciri əlaqələrini Türkiyə üzərindən həyata keçirir. Dünyanın sayılın-seçilən turizm məkanlarından sayılan bu əfsanəvi ölkəyə gələn əcnəbi turistlər də məhz Türkiyə üzərindən gəlirlər. Əlbəttə, bunlar KKTC-nin hər baxımdan inkişafına maneə yaradır, əcnəbi turistlərə isə həm vaxt, həm də məsrəf baxımından əlavə çətinlik törədir.

KKTC-nin qanunverici hakimiyyəti 50 yerlik Cümhuriyyət Məclisinə (sədri Sebel Sibər), icraedici hakimiyyət isə prezident (Mustafa Akıncı) və hökumətə (baş nazir Hüseyn Özgürgün) məxsusdur.  

KKTC iqtisadiyyatı əsasən turizm sənayesi, müəyyən mənada isə kiçik yüngül sənaye və yerli aqrar təsərrüfatlarına əsaslanır. Xidmət sektoru yüksək səviyyədə inkişaf edib. Suvinerlər, yeyinti və toxuculuq-tikiş, portağal, kartof və sair istehsalı adanı məşhurlaşdırır.  

Ötən ilin məlumatına görə, KKTC-də illik daxili məhsul istehsalının həcmi 3,7 milyard dollardan artıq olub ki, bu da adambaşına 13,5 min dollar deməkdir.

Turizm birmənalı şəkildə KKTC-nin başlıca maliyyə qaynağıdır. Ölkədə toplam 200 yüksək standartlara cavab verən otel və digər qonaq evləri, 150 turizm və səyahət agentliyi, 25 kazino və 250 turistik restoran mövcuddur. Təxminən 1200 turist bələdçisinin çalışdığı bu sektorda ümumilikdə, 10 minədək əməkdaş fəaliyyət göstərir.

Buna baxmayaraq, KKTC ilə xarici ölkələrdən bir çoxunun de-fakto əlaqələri mövcuddur. Hətta ilk illərdə Pakistan və Banqladeş KKTC-nin müstəqilliyini tanıyıb, amma sonradan beynəlxalq təzyiqlər altında qərarlarını dəyişiblər. Hazırda Şimali Kiprdə Türkiyə səfirliyi, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ təmsilçilikləri, Fransa Mədəniyyət Dərnəyi, Avropa Birliyinin dəstək ofisi, Qətərin ticarət və turizm ofisi fəaliyyət göstərməkdədir. Eləcə də KKTC İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi sifətiylə iştirak etməkdədir.

Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra KKTC ilə maraqlanıb və onunla müxtəlif formalarda əlaqələr yaratmağa çalışıb. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə KKTC arasında münasibətlər yaranıb, daha sonra Azərbaycan da əlaqələrə start verib. Bu gün Azərbaycanla KKTC-nin münasibətləri, Türkiyə də daxil olmaqla, bir millət, üç dövlət səviyyəsinədək yüksəlib.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq KKTC xalqını, bu ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganəri təbrik edirik.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev