Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Sözə həmişə qənaət etməyə çalışmışam” - ƏDƏBİ DÜŞÜNCƏ
Tarix: 16.11.2017 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

”Əgər zaman məni dəyişsəydi, bu gün yazıçı taleyini yaşamazdım”

Təranə Məmməd haqqında eşitmişdim, amma yaradıcılığı ilə tanış deyildim. Yaxın günlərdə dostum, tanınmış şair Musa Ələkbərlinin iş yerinə getmişdim. Onun yazı masasının üstündə Təranə Məmmədin “Payızda bahar” adlı kitabına rast gəldim. Yazıçının kiçikhəcmli bir-iki hekayəsini oxudum. Çox təsirli və həyat hadisələrini əks etdirən bu hekayələr adamı özünə cəlb edirdi. Həmin hekayələrin təsirindən ayrılmayıb, sonradan fikirləşdim ki, niyə belə dərin düşüncəyə malik yazıçı bu günə kimi çağdaş ədəbiyyatımızda olmayıb və biz onu tanımamışıq? Sən demə, Təranə Məmmədin yazıları elə dünya ədəbiyyatıdır. Bunu tək mən yox, onun oxucuları və sənət adamları, ədəbiyyat biliciləri deyir. Nəhayət, onunla tanış oldum. Təranə xanım istedadı ilə yanaşı, bütün Avropa, dünya ədəbiyyatını çox gözəl bilir. “Ədəbi düşüncə” rubrikası”nın budəfəki qonağı istedadlı yazıçı - polkovnik-leytenant Təranə Məmməddir.
Qarabağda Natəvandan sonra, elə də tanınmış qadın yazarlarımız olmayıb. Bəlkə də var, biz bilmirik. Amma Təranə Məmmədin maraqlı həyat tərzi olub. O, ədəbiyyata gec gəlməsinin sirlərini açıqladı. Bildirdi ki, atası hərbçi olub. Əslən ağdamlı olsa da, Ağstafa rayonunda doğulub, Bakı şəhərində təhsil alıb: “1978-ci ildə indiki Bakı Dövlət Universtitetinin şərqşünaslıq fakültəsini bitirmişəm. Həmin illərdə ailə həyatı qurdum. Sonra qərara gəldim ki, ixtisasım üzrə işləyim. Ona görə də 1980-ci illərin əvvəlində Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutuna getdim. O vaxtlar adıçəkilən institutun direktoru Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov idi. O məni qəbul etdi və intellektual səviyyəmi, danışıq tərzimi, bir sözlə, savadımı görüb, dövlət radiosunda işləməyimi məsləhət bildi. Etiraz etmədim. Akademik dərhal radionun xariçi xəbərlər şöbəsinin müdirinə zəng etdi və məni həmin şöbədə işə götürdülər...
Altı ay radioda tərcüməçi vəzifəsində çalışdım. Eləcə də Xarici Dillər Universitetində təzəcə yaranmış ərəb və fars dilləri kursunda dərs deməyə başladım. Sonradan bir müddət BDU-da müəllim kimi pedaqoji fəaliyyətlə məşğul oldum. 1983-cü ildə məni Nazirlər Sovetinə dəvət etdilər. Mətbuatda Sirlərin Mühafizəsi Komitəsində redaktor vəzifəsinə təyin olundum. 1990-cı ilə qədər bu vəzifədə çalışdım. Eyni zamanda, BDU-da müəllim kimi də fəaliyyətimi davam etdirdim. 1990-cı ilə qədər fəaliyyətim çox maraqlı idi, ürəyim dolu olsa da, dilimiz bağlı idi. 2001-ci ildə Milli Təhlükəsizlik Nazirliyinə çağırıldım və orada məni işə götüdülər. Daha da qapalı mühitdə qaldım, cəmiyətdən bir o qədər də uzaqlaşdım. 2013-cü ildə isə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxdım”.

 

“Qapalı mühitdə olduğuma görə, ədəbiyyata gec gəldim”

 

Təranə xanım deyir ki, qapalı mühitdə olduğuna görə ədəbiyyata gec gəlib. Onun sözlərinə görə, təxminən, bir ildən çoxdur ki, maraqlı hekayə və şeirləri ilə mətbuatda çıxış edir: “Qısa bir vaxtda çox sayda oxucu kütləsi qazanmışam. Məni tanıyan oxucu və yazarlar, eləcə də ədəbi tənqidçilər yaradıcılığıma böyük qiymət verirlər. Dostlarım çoxdur. Həmişə Vətənimlə, dövlətimlə fəxr etmişəm. Özümü xoşbəxt sayıram ki, belə bir qurumda SSRİ dağılandan sonra da müstəqil dövlətimə xidmət etmişəm və o illər mənim üçün çox şərəfli olub. Çünki dövlətimlə, Vətənimlə qürur duyurdum”.


“Əsasən, hekayələr yazıram”


Təranə Məmməd özünü 19 yaşında dərk etdiyini söyləyir. Onun sözlərinə görə, həmin yaşda anasını itirir: “Düşündüm ki, anam öləndən sonra, həyatda və cəmiyyətdə özümü elə aparım ki, bir qüsurum olmasın. Yaradıcılığa tələbəlik illərindən başlamışam. Şeirlər yazdım, ərəb və fars dillərindən kiçikhəcmli şeirlər tərcümə etsəm də, mətbuata çıxarmadım. İlk şeirimi Ağdamda yazmışam. Düşünürəm, insan müdrik yaşlarında şeir yazsa, daha gözəl olar. Elə bu səbəbdən, ədəbiyyata gəlməyə tələsməmişəm. Şeiri özüm üçün yazırdım. Çünki həyatda gördüyüm hadisələri şeirə çevirmək mənim üçün daha maraqlı gəlirdi. Əsasən, hekayələr yazır və yaradıcılığımın da əsasını hekayələr təşkil edir. Hekayələrim qısa və lokanikdir. Çexovun təbrincə desək, sözlərin yeri dar, fikir isə geniş olmalıdır. Ona görə də sözə həmişə qənaət etməyə çalımışam. Hekayələrdə fikir və sonluq olmalıdır. Müdriklər demişkən, “Əgər sonluq varsa, əsər var”. Elə mən yaradıcılığa bu prizma ilə yanaşmışam”.


“Bizi ağrıdan odur ki...”


Müsahibim deyir ki, yaradıcılıqda görünən və görünməyən tərəflər olur: “Amma onun görünməyən tərəfi daha çoxdur. Elə oxucunu da bu, özünə cəlb edir. Çox vaxt müəlliflə oxucunun düşüncələri eyni olmur. Çünki oxucu onu daha çox görür. İstərdim ki, oxucu yaradıcılığımda məni görsün. Qarabağda qadın yazarlarımız çox azdır. Bir qarabağlı kimi, bu sahədə əlimdən gələni etməyə çalışıram. Yenə də son söz oxucunundur. Bu gün bizi ağrıdan odur ki, hər bir sahədə xalqımız bölgələrə bölünüb. Eləcə də ədəbiyyat sahəsində... Ancaq mən həmişə bunun əleyhinə olmuşam. Bölgələrdən asılı olmayaraq, biz azərbaycanlıyıq. Ulu öndər demişkən, ”Mən həmişə fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bir Vətənimiz var - o da Azərbaycandır. Nə qədər yaşasam da, etdiyim bütün xidmətlər xalqım, Vətənim üçündür. Vətənimin hər qarışını, onun hər bölgəsini sevirəm. Həyatda hər bir kəsi barışa çağırıram. İnsan məhəbbətinə, sevgisinə çox böyük önəm verirəm. Yaradıcılığımda da bu, açıq şəkildə özünü göstərir. Yaddan çıxarmayaq ki, hər bir həyatın sonu ölümlə nəticələnir...”.


“Bir oxucu mənə sual verir ki...”


Yazıçı vurğulayır ki, zaman insanı dəyişmir, bəlkə də insan zamanı dəyişməyə qadirdir: “Əgər zaman məni dəyişdirsəydi, onda bu gün yazıçı taleyini yaşamazdım. Yazıçı taleyimlə zövq alıram, elə bu gün də məni yaşadan oxucularımdır. Bir oxucu mənə sual verir: yazılarınızı özünüz yaşamısınız? Cavab verdim ki, əgər yazılarımı yaşasaydım, onda həyatda sağ qalmazdım. Mən gördüklərimi yazıram. Amma nə yazıramsa o, həyatda var...
Qadın sevgisi çox güclüdür. Həyatdan da görünür ki, sevgidə kişilərdən çox, qadınlar daha çox risk edir. Ona görə ki, qadın sevgisi təmiz və pak olur. Əsasən də Azərbaycan qadınlarının. Çünki bizim qadınların xüsusiyyətləri heç bir ölkə qadınlarında yoxdur. Çox istərdim ki, gənc qızlarımız müasirliklə yanaşı, milli dəyərlərimizi də qoruyub-saxlasınlar. Çünki bu göstəricilər bizi digər millətlərin qadınlarından fərqləndirir. Biz milli dəyərlərimizlə qürur duyuruq”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi