Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Özbəkneftqaz”la birgə layihələrin həyata keçirilməsi üçün böyük perspektivlər var -
Tarix: 17.11.2017 | Saat: 16:20:00
Bölmə:İqtisadiyyat | çapa göndər

OCAR-ın prezidenti Rövnəq Abdullayev və Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov arasında görüş keçirilib.

Hafta.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, R.Abdullayev qonağı Özbəkistanın Baş nazirinin müavini təyin edilməsi münasibəti ilə təbrik edib, yeni vəzifəsində ona daha böyük müvəffəqiyyətlər arzulayıb.

A.Sultanov Azərbaycana yenidən səfər etməkdən məmnun olduğunu söyləyib, qeyd edib ki, Özbəkistan qardaş Azərbaycanla bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı mövcud imkanlardan tam istifadə olunmasında maraqlıdır. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən söz açıb, Azərbaycan dövlətinin başçısının Özbəkistanla energetika, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bəyan etdiyini söyləyib. SOCAR-ın “Özbəkneftqaz” üçün doğma şirkət olduğunu vurğulayan A.Sultanov iki şirkət arasında davam edən uğurlu əməkdaşlığı həqiqi qardaşlıq nümunəsi adlandırıb.

R.Abdullayev Azərbaycanın regional və qlobal əhəmiyyətli layihələrdə öncül rol oynadığını xatırladaraq, bu layihələr çərçivəsində qazanılan təcrübə və nailiyyətlərin “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın inkişafında faydalı olacağını və gələcək layihələr üçün etibarlı zəmin yaradacağını söyləyib. O, qeyd etmişdir ki, “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə neft-qaz layihələrinin həyata keçirilməsi üçün böyük perspektivlər var və iki şirkətin ekspertləri bu perspektivləri səylə araşdırıblar. R.Abdullayev şirkətlər arasında mövcud Memorandum çərçivəsində diqqət mərkəzində olan istiqamətlərdə konkret fəaliyyətlərə tezliklə start veriləcəyinə əminliyini ifadə edib.

A.Sultanov nəzərdə tutulan istiqamətlər üzrə işçi qruplarının yaradılmasını əməkdaşlığın dərinləşdirilməsində mühüm irəliləyiş olduğunu bildirib, gələcək birgə layihələrin Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət edəcəyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər üzrə ətraflı müzakirə və fikir mübadiləsi aparılıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi