Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ali məktəblərdə özünüidarə statusu niyə ləğv olunur?
Tarix: 17.11.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ekspertlər hesab edir ki, publik hüquqi şəxsə çevrilən ali məktəblərdə əvvəlki sistemlə idarəetmənin təşkili qeyri-mümkündür

Məlum olduğu kimi, bir müddət əvvəl ölkə prezidenti tərəfindən "Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalanıb. Sərəncamla "Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamı ləğv edilib.
Bəs, görəsən, ali təhsil müəssisələrinin özünüidarə statusu niyə ləğv olunur? Universitetlərdə müstəqil idarəetmə özünü doğrultmadımı? İdarəetmə prosesində statusun dəyişməsi ali təhsil müəssisələrinin fəaliyyətinə necə təsir göstərəcək?
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov sözlərinə görə, bu addım universitetlərin idarə olunmasında ciddi dəyişikliklərə gətirib çıxaracaq: “Məlum məsələdir ki, ali təhsil müəssisələri Azərbaycan Respublikasının Təhsil Qanununa, ona müvafiq olaraq, Azərbaycan Respublikasında qəbul olunmuş digər qanunvericilik aktlarına, bu əsasnaməyə və özünün Nizamnaməsinə uyğun fəaliyyət göstərir. 21 İyun 2017-ci ildə ildə ölkə prezidenti Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalamışdı. Həmin tarixdən etibarən Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi vurğulanırdı. Universitetin özünüidarəetmə statusu dedikdə, həmin müəssisə daxilində yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti başa düşülür. Bununla bərabər universitetin kadr potensialı, maddi-texniki bazası, tədris-elmi uğurları nəzərə alınaraq ali məktəblərə müəyyən olunmuş qayda əsasında muxtariyyət statusuna malik olması nəzərdə tutulur. Publik hüquqi şəxs olmasına baxmayaraq dövlət ali təhsil müəssisələri təhsil qanunverciliyinə, xüsusi normativ aktlar və ali təhsil müəssisəsi haqqında Əsasnaməyə müvafiq olan nizamnamə əsasında idarə olunur. Publik hüquqi şəxs olduqdan sonra əvvəlki sistemlə özünü idarəetmənin təşkili mümkün deyildi. Yəni, indiyədək ali təhsil müəssisəsinin fəaliyyətinə bilavasitə rəhbərlik rektor tərəfindən edilirdi. Lakin o, daxili fəaliyyətdə müstəqil idi. Belə ki, qanunvericiliyə uyğun olaraq, ali məktəbin fəaliyyəti nəticəsində əldə edilən gəlirdən təhsil müəssisəsinin daha da inkişaf etdirilməsi məqsədi ilə istifadə olunmalı, təhsilin maddi-texniki bazası genişləndirilməli və müasirləşdirilməli, təlim stimullaşdırılmalı, təkmilləşdirilir, elmi araşdırmalar, təhsil alanları və müəllimlərin sosial-iqtisadi mənafeləri daha dolğun təmin edilməli idi. Lakin bir müddət əvvəl aidiyyəti dövlət orqanlarının apardığı araşdırmalardan sonra məlum oldu ki, konkret İqtisad Universitetinin fəaliyyəti həmin tələblərə uyğun təmin edilməyib və müəyyən pozuntulara yol verilib. Universitetə daxil olan ödənişlərdən əldə olunan gəlirdən şəxsi qazanc məqsədi ilə istifadə olunmasına icazə verilmədiyi halda, bir neçə il əvvəl buna yol verilib. Bu kimi halların baş verməsinin əsas səbəbi o idi ki, universitetin öz muxtariyyəti var idi və özünü idarəetmə hüququna malik idi. Lakin son edilən dəyişiklikdən sonra, kadr potensialı və maddi-texniki baza ilə bağlı məsələlərdə universitetlər müstəqil fəaliyyət göstərə bilməyəcək və tabe olduqları quruma hesabat verməli olacaqlar. Bundan əlavə, maliyyə dövriyyələri ilə bağlı şəffaf hesabatlar verməli olacaqlar”.
Ekspert, həmçinin qeyd edib ki, sözügedən sərəncam universitetdə şəffaflığın təmin olunması üçün vacib qərardır: “Prezidentin müvafiq sərəncamı növbəti tədris ilindən tələbələrin təhsil haqlarının artmasına təsir etməyəcək. Əksinə, maliyyə hərəkətliliyində şəffaflığın təmin olunacağına görə təhsil haqlarında müəyyən qədər azalma müşahidə oluna bilər”.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov hesab edir ki, təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir: “Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməmişdir. Bu baxımdan, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə ali təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq. Eyni zamanda, maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası, Himayəçilər şurası və s.) idarə olunmasını təmin edəcək, idarəetmənin ictimailəşməsi prosesi sürətləndirəcək. Əgər inkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir.
Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Qanunununa əsasən Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Bu baxımdan idarəetmənin təkmilləşdirilməsi, dövlət qurumlarının saxlanılması xərclərinin azaldılması, idarəetmədə mobilliyin, effektivliyin təmin olunması öz aktualığı ilə gündəmə gələn əsas məsələlərdən biridir. Bu mənada atılan belə bir addımı ali təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin – ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirmək, şəffaf və səmərəli idarəetmə mexanizmlərin – onların müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait, habelə ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaratmaq məqsədinə xidmət etməsi baxımından da dəyərləndirmək olar”.
Ekspert vurğulayıb ki, Azərbaycanda idarəetmə prosesində publik hüquqi şəxs statusu nisbətən yeni olsa da, dünyada çox istifadə olunan bir modeldir: “Hesab etmək olar ki, bundan sonra universitetlər arasında daha ciddi və sağlam rəqabət gedə bilər. Çünki, publik hüquqi şəxs statusuna malik olan universitetlər vəsait əldə etmək üçün düzgün idarəetmə mövqeyi seçmədikləri halda rəqabətədavamlılığı itirmək təhlükəsi ilə üzləşər, əlavə gəlir imkanlarını itirə bilərlər. Hazırda universitetlərinin demək olar ki, yeganə gəlir mənbəyini tələbələrin təhsil haqqı ilə bağlı ödənişləri təşkil edir. Digər xidmətlər göstərmələri üçün münasib imkanlar aranmalıdır. Dünya təcrübəsində universitetin əsas gəlirlərini layihələr, xarici ölkələrdən tələbə qəbulu, elmi-tədqiqat jurnalları, digər nəşr məhsulları, hazırıq qrupları, tərcümə xidməti və sair təşkil edir. Bu baxımdan, bu qərar ali məktəblərin fəaliyyətinə, qrant layihələrində iştirak etməsinə, həmçinin elmi tədqiqatlar aparması vasitəsilə gəlirlərinin artmasına yol açan bir layihədir. Başqa sözlə, bu status onları maliyyə mənbələrini axtarmağa sövq edəcək. Lakin bununla yanaşı, universitetin Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna müəyyən aydınlıq gətirilməlidir. Çünki məsələyə yanaşma hələ ki, birmənalı deyil və müəyyən dəqiqləşdirmələrə ehtiyac var”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi