Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “etiraz şüarı” - HƏFTƏ REYTİNQ
Tarix: 17.11.2017 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

“Eldar Mahmudov, məhv etdiyin həyatımı geri qaytar!”. MTN əməkdaşlarının özbaşınalığının qurbanı olanların bir qrupu bu cür şüarlara sabiq nazir Eldar Mahmudovun Badamdardakı villasının qarşısında etiraz aksiyası keçirdilər. Onlar haqsız yerə həbs edilmiş qohumlarının azad olunmasını tələb ediblər. Bu barədə mediaya aksiyanın iştirakçıları Sevda Süleymanova və Elmdar İsmayılov məlumat veriblər. Qeyd edək ki, Sevda Süleymanova öz əri Qüvvət Süleymanovun qanunsuz həbsindən, Elmdar İsmayılov isə öz atası ilə birlikdə MTN əməkdaşları tərəfindən vəhşicəsinə döyülməsindən şikayət edir.

Bağın gözətçiləri aksiya iştirakçılarına bildiriblər ki, Eldar Mahmudov artıq uzun müddətdir Badamdarda gözə dəymir. Bundan sonra zərərçəkənlər ərazidəki zeytun ağaclarının məhsulunu yığıblar ki, onu Eldar Mahmudovdan hədiyyə kimi öz həbs edilmiş qohumlarına aparsınlar. Daha sonra isə onlar tələblərini irəli sürdükləri məktubu orada qoyaraq ərazini tərk ediblər.


Həftənin “ədəbi qəhrəmanı”


Bu yaxınlarda həbsdən azad edilmiş kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifov barədə kitab nəşr edildi. “Mən Quliyəm” adlı kitabın müəllifi Munis Yusifoğludur. Musavat.comun verdiyi məlumata görə, bu, müəllifin ədəbi təxəllüsüdür, əsl adının çəkilməsini istəmir. O, uzun illər məhbəsdə yatıb. Özü demişkən, “narxoz”da oxuyurmuş, əlindən xəta çıxıb, atıblar içəri, azadlığa çıxandan sonra, bir dəfə “söhbət xırdaladığı” yerdə ilişib, yenə salıblar barmaqlıqlar arxasına... Qulinin məhbəsdən buraxılmasının üstündən bir həftə keçməmiş, sabiq məhkum artıq onun barəsində, eləcə də başına tikanlı məftillər çəkilmiş hündür hasarların o üzündəki dünya haqqında bilgilərini kitab halına gətirib. O, Qulinin türmə yoldaşı olub, erkən gəncliklərindən tanışlıqları başlayıb, hələ də davam edir. Qardaşın bu kitabı yazmaqda əsas istəyi odur ki, xalq onun “xlebnik”i haqqında həqiqəti bilsin, Quli barədə qara piar materiallarına, cürbəcür şayiələrə inanmasın. Kitabda, sabiq daxili işlər naziri İsgəndər Həmidovun türmədəki macəralarından da bəhs edilib.


Həftənin “etirazı”


“Mən işverən deyiləm”. Ötən cümə axşamı “5/5” verilişinin qonağı olan Xalq Artisti Rafiq Hüseynov (Rəmiş) verilişin aparıcısı Zaur Kamalın suallarından birinə belə etiraz etdi. Aparıcı ilə Xalq Artistinin sözügedən dialoqundan bəzi məqamlar:
“- Qabaqlar olubmu, toydan 10 min qazanasınız, Gülüdən və ya kimdənsə gizlətmək üçün ot tayasının altına qoyasınız?
- Taya yox, maşının qapısının içində bir rezin var e, 100-lük dollarları orada gizlədirdim. Maşının qapılarının içi 100-lük idi. Sonra, gitaranın içində bir yer var, onu heç kimə demərəm...
- O vaxtlar deyirlər, ən "xodgedən" müğənnilər toydan sonra qumar oynayardılar. O müğənnilərin adını deyə bilərsiniz?
- Yox! Mən “işverən” deyiləm”.


Həftənin “qorxağı”


Trampın ruslara qarşı davranışının səbəbi ya sadəlövhlük, ya səfehlik, yaxud da qorxudur... Tramp Putinin təsiri altına düşüb...”. Bu fikirləri Vyetnamda Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra, ABŞ Prezidentinin “Rusiya ilə çox yaxşı münasibətlər” barədə bəyanatına münasibət bildirən keçmiş ABŞ kəşfiyyatçıları söylədi. ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin keçmiş direktoru Ceyms Klepper və MKİ-nin sabiq direktoru Con Brennan “CNN” telekanalına müsahibə veriblər. C.Brennanın güman etdiyinə görə, Rusiya Prezidenti Trampın təriflənməyə olan zəifliyindən istifadə edib, yaxud amerikalı lider “hər hansı səbəbdən” Putin tərəfindən qorxudulub. Onun fikrincə, Trampın Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini inkar etməsi başqa ölkələrə eyham vurub ki, ona təsir göstərmək mümkündür. “Düşünürəm ki, çinlilər və ruslar əmindir ki, onunla oynaya bilərlər”, – deyə C.Klepper əlavə edib.


Həftənin “qırmızı kartlısı”


“Həyatımda cəmi bir dəfə qırmızı kart görərək oyundan çıxmışam”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “NTV spor” kanalında futbolçuluq karyerası barədə danışarkən söylədi. “İETT klubunda kapitan idim, “Ulduz” komandası ilə oynayırdıq. Bir epizoddan sonra hakimə etiraz etdim, mənə “qırmızı vərəqə” göstərdi. 14 il futbolçu kimi fəaliyyət göstərdim. Son dəfə böyüdüyüm qəsəbənin klubu olan “Erokspor”da forma geyindim, ondan sonra karyeramı bitirdim”, – deyə Ərdoğan bildirib.


Həftənin “Şərəf”lisi


Azərbaycan Prezidenti İlham Əliyev Əhliman Tapdıq oğlu Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı Ə. Əmiraslanov Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. Xatırladaq ki, Tibb Universitetinin sabiq rektoru, tibb elmləri doktoru, akademik Əhliman Əmiraslanov 2000-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeninə də layiq görülmüşdür. Hazırda ATU Onkologiya kafedrasnın müdiri və parlament üzvü kimi Milli Məclisin Səhiyyə Komitəsinin sədridir.


Həftənin “xalq düşməni”


Fransa Prezidenti Emmanuel Makronun adı ölkədə islahatlarla barışmayanların böyük etiraz aksiyasında “xalq düşməni” olaraq çəkildi. Etirazçılar Respublika meydanından Nason meydanına doğru hərəkətə başlayıblar. Etirazçılar arasında məktəbli və tələbələrin, təqaüdçülərin, bir neçə iri həmkarlar itttifqları nümayəndələri də olub. Nümayişçilər “Makron – xalqın düşmənidir”, “Fransa Prezidenti – varlıların prezidentidir” kimi şüarlar səsləndiriblər.


Həftənin “milyarder oğlu”


Peterburqdakı azərbaycanlı diasporunun lideri, milyarder-oliqarx Vaqif Məmişovun 17 yaşlı oğlu son paylaşımları ilə yenidən mətbuatın gündəminə düşdü. Yeniyetmə Rasim Məmişov öz fotolarını və dəbdəbəli həyatını “Instagram” səhifəsində paylaşıb. Lüks həyatını sosial şəbəkələrdə paylaşan Rasim Məmişov bahalı avtomobillə qarlı yolda drift edir, motosikletlə sürət limitini ötür.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi