Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Erməni politoloq “Qarabağı qaytaraq” dedi – GÜNÜN TƏZADLARI
Tarix: 17.11.2017 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr edilmiş tədbirdə çıxışı zamanı dediyi “Qarabağ Azərbaycan torpağıdır və biz nəyin bahasına olursa-olsun, torpağımızı qaytaracağıq” sözləri Ermənistanda qorxuya səbəb oldu. Hafta.az musavat.com-a istinadla xəbər verir ki, erməni politoloq Ara Papyan Azərbaycanın təkcə Qarabağı yox, İrəvan da daxil olmaqla, digər əraziləri də qaytarmaq niyyətində olduğunu vurğulayıb.“Azərbaycanın hədəfi təkcə Qarabağın qaytarılması deyil. Təklif edirəm ki, gəlin, Qarabağı qaytaraq. Lakin bununla hər şey bitmir. Bu gün Azərbaycan Ermənistanı bütün vasitələrlə sıxır... Bakının siyasəti nəticəsində, bu gün bizim ölkə emiqrasiya və doğum sayının düşməsi problemi ilə üz-üzədir. Ermənistan boşalır, Türkiyə və Azərbaycan iki tərəfdən bizi sıxır...”.


77 yaşlı Hacı Əbdülün oğlu oldu


Bir neçə gün öncə tanınmış din xadimi, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov növbəti dəfə ata oldu. Hafta.az Axar.az saytına istinadla xəbər verir ki, 77 yaşlı Hacı Əbdülün ikinci həyat yoldaşından daha bir oğlu doğulub: “Bu yaxınlarda oğlum Əbdülün qardaşı dünyaya gəlib. Onun da adını Əbdül qoymuşam. Olub Əbdül-2”. Xatırladaq ki, hazırda 77 yaşı olan Hacı Əbdül Əbdülovun birinci həyat yoldaşından Məhəmməd adlı bir oğlu var. İndi doğulan uşağa da eyni adın qoyulması nəticəsində bir ailədə 3 Əbdül olub – biri ata, 2-si oğul.


Parlament rəhbəri könüllü olaraq istefa verdi


Bolqarıstan Xalq Məclisinin sədri Dimitar Qlavçev könüllü olaraq postundan imtina etdi. Hafta.az bu haqda “RİA Novosti”yə istinadla xəbər verir. Qlavçev istefa ərizəsini parlamentin qeydiyyat şöbəsinə təqdim edib. Məclis sədri bu qərarını ölkənin baş naziri Boyko Borisov və hakim partiya nümayəndələri ilə iclasdan sonra verib. Qeyd edək ki, bir müddət öncə, Bolqarıstan müxalifəti D.Qlavçevi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edərək istefasını tələb etmişdi.


Bakının mərkəzində piyada səkisini avtodayanacağa çevirdilər


Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Tolstoy küçəsində səkidə avtomobil dayanacağı təşkil edildiyi bəlli oldu. Hafta.az xəbər verir ki, bu haqda “Yeni Müsavat” əməkdaşının hazırladığı reportajda bəhs edilib: “Bəhs etdiyimiz küçədə parkinq cihazı var. Amma bu cihaz yolun sağ tərəfi üçün nəzərdə tutulub. Həmin hissədə isə avtomobil saxlamaq heç kimə problem yaratmır. Problem küçənin sol tərəfindədir. Burada piyadalar üçün nəzərdə tutulmuş səkinin üzərində qanunsuz olaraq avtomobil dayanacağı yaradılıb. Sürücülər ardarda maşınlarını burada saxlayıb, gedirlər. Buna görə də həmin küçədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təyin edilmiş işçiyə pul ödəyirlər. Hansı ki, bu ödəniş heç bir hesaba keçirilmir və tamamilə qanunsuzdur. Əməkdaşımızla söhbət zamanı BŞİH-nin əməkdaşı pul almadıqlarını deyib: “Onlara mən heç nə deyə bilmərəm. Mənim səlahiyyətimdə deyil. Pul da almıram. Gətirib saxlayırlar, gedirlər. Üzümü bir tərəfə çevirən kimi, orada maşın saxlayırlar. Əlimdən bir şey gəlmir”.


Sürücü təmir etmək istədiyi avtomobilin altında qaldı


Şamaxı şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verdi. “Report”un Şirvan bürosu xəbər verir ki, 1991-ci il təvəllüdlü şəhər sakini İsayev Cavid Rafiq oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi xarab olub. Texniki nasazlıq yarandığını görən sürücü maşını təmir etmək məqsədi ilə onun alt hissəsinə əyilib. Bu zaman maşın hərəkətə gəlib və sürücünün üzərindən keçib. Ağır xəsarət alan şəxs avtomobildəki sərnişinlərin köməkliyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxandan verilən məlumata görə, avtomobil onun döş qəfəs nahiyəsindən keçib. Yaralının vəziyyəti kafidir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi