Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu təşkilatları Qarabağ məsələsində yanımızda görə bilmərik - Zahid Oruc
Tarix: 17.11.2017 | Saat: 17:48:00
Bölmə:Gündəm Müsahibə | çapa göndər

Noyabrın 24-də Brüsseldə Avropa İttifaqının ev sahibliyi ilə Şərq Tərəfdaşlığı Sammiti (ŞTS) baş tutacaq. Azərbaycan prezidentinin də bu sammitdə iştirakı, çıxışı nəzərdə tutulub. Amma bu ərəfədə Qərbdə 37 təşkilat Azərbaycanla bağlı sərt araşdırma materialları hazırladıqlarını bəyan edirlər. Həmin araşdırmalarda ölkəmizdə söz azadlığının, mətbuat sərbəstliyinin “boğulduğu” iddia olunur. 

Bütün bunlarla bağlı Milli Məclisin deputatı Zahid Oruca suallarımızı ünvanladıq. Millət vəkili hafta.az-a müsahibəsində bu cür qurumların bir sıra xarici kəşfiyyat orqanlarının sifarişlərini yerinə yetirdiyini bildirdi. Daha ətraflı cavabları müsahibəni oxuduqca görəcəksiniz:

- Zahid bəy, 24 noyabrda keçiriləcək Şərq Tərəfdaşlığı Konfransı öncəsi Azərbaycana qarşı bəzi dairələrin kəskin mövqe tutması nə ilə bağlıdır?

- 24 noyabr tarixində həqiqətən də bölgə dövlətlərinin həyatı və Avropa Birliyinin uzun onilliklər ərzində regiona yönəlik hazırladığı siyasətin tarixi üçün çox önəmli sammitin düzənlənəcəyi gündür. Məhz bu ərəfədə anti-Azərbaycan qüvvələri də səfərbər olub. Ciddi şəkildə təşkilatlanmaqdadırlar. Onlar Azərbaycanın Avropa ilə strateji tərəfdaşlığına zərbə vurmaq üçün fəaliyyətlərini sistemləşdiriblər. Ölkəmiz əleyhinə olan bu cür fəaliyyətləri biz keçmişdə də görmüşük. Bu baxımdan, Azərbaycan Dövləti mühüm bir təcrübəyə malikdir, ölkəmiz bu cür müqavimət güclərini keçmişdə çox sındırıb. Xatırlayırsınızmı, Bakı-Tiflis-Ceyhan layihəsinin əleyhinə ekoloji müstəvidə yer alan təşkilatlar haradadırlar?! Bunlar, layihənin ötən illər ərzində verdiyi fayda əvəzinə, Gürcüstan üçün hansısa ciddi bir ziyanını görüblərmi?! İndiyə kimi bununla bağlı hər hansı bir tutarlı fakt ortaya qoyublarmı?! Həmin müxtəlif qiymətləndirmə təşkilatları indi yoxdur. Yoxa çıxıblar.
- Yoxa çıxıblar, yoxsa qiyafələrini dəyişiblər?

- Deməli, burada söhbət bəlli kəşfiyyat mərkəzləri tərəfindən lazım olanda ekoloji, bir sıra hallarda ictimai-siyasi “araşdırma” və s. kimi qurumların çətiri altında yürütdükləri vahid siyasətdən gedir. İstəyəndə, “sərhədsiz jurnallistlər”, “sərhədsiz həkimlər” qiyafəsində ola bilirlər. Yetər ki, yürütdükləri əsas xətt dövlətlərin üzərində daha çox öhdəlik qoymaq olsun. Yəni, həmin şərtlərdən həmin xarici kəşfiyyat mərkəzləri, güclər bəhrələnə bilsin.

- Avropada 37 təşkilat bir araya gəlib. Azərbaycana qarşı müxtəlif iddia irəli sürürlər. Avropa Parlamenti də dünən onların müraciətinə baxdı. Nə dəyişəcək?

- Ümumiyyətlə, Avropa Birliyinin regionla bağlı siyasətində resurs baxımından nə Gürcüstandan, nə də Ermənistandan faydalanmaq mümkün deyil. Hər iki dövlətin təbii sərvətlər baxımından zənginliyi yoxdur. Burada hansısa deklarativ siyasi islahatlardan, iqtisadi tədbirlərdən danışılır. Bildiyiniz kimi, çox qalın cildlik öhdəlik sənədləri var ki, noyabrın 24-də onların ratifikasiyası gözlənilir. Ancaq Azərbaycan bu bölgənin ümumi geopolitik və geoiqtisadi düzənini müəyyənləşdirən bir dövlətdir. Bu baxımından, Azərbaycandan bu statusu qoparmağı düşünürlər. Ona görə də həmin 37 təşkilat bir araya gəlib ki, konkret şəxslərin azadlığa buraxılması üçün mübarizəyə keçsinlər. Amma həmin təşkilatlara desəniz ki, Azərbaycanın işğal olunmuş bölgəsi ilə bağlı hər hansı bir sənədin altına imzanızı qoyun, ən azından, işğalçı Ermənistan haqqında beynəlxalq ictimai fikrin formalaşması haqqında yekdil mövqe sərgiləmələrini istəsəniz, bundan boyun qaçıracaqlar. Bu, onlar üçün arxa planda olan məsələdir. Onları Dağlıq Qarabağ münaqişəsinə mövqe nümayiş etdirmək məsələsində öz yanımızda görə bilmərik. Sadəcə, mümkün deyil. Ona görə də çox istərdim ki, Azərbaycan cəmiyyəti bu məsələlərə baxarkən, orada xüsusi məqam axtarıb, onu hakimiyyət uğrunda mübarəzinin tərkib hissəsi kimi istifadə etməsinlər.

- Avropa İttifaqının Krımdan, Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsinə fərqli mövqe sərgiləməsi Azərbaycanda bəzi qüvvələrinin gözündəki pərdəni götürə bilmir. Səbəb nədir?

-Uzun müddətdən bəri Azərbaycanı Qərbə eyni siyasi ittifaqda görmək istəyənlər indi nə deyir?! Dövlətimiz bu regiondakı riskləri gözaltına alaraq, Avropa Birliyi ilə daha yaxından əməkdaşlıq siyasətinə qərar verir. Baxmayaraq ki, bu məlumatlarda Ermənistanın Dağlıq Qarabağla bağlı müxtəlif iddialarına, istəklərinə boyun əymək istəyən qüvvələr var. Yekun qətnaməyə Qarabağın adının salınmaması mövqeyi seçilib. Ancaq indiki halda bir şeyin şahidi oluruq; Avropa Birliyi ilə münasibətlərimizin içərisində subyektiv tendensiyaların yer alması son dərəcə təssüfləndirici məqamdır. Bu, Azərbaycanın xarici siyasi qərarlarına da ciddi şəkildə təsir göstərir. Həmin 37 təşkilatının müraciətinə ötən gün Avropa Parlamentində çıxarılmış yekun qətnamədə Qarabağ münaqişəsinə Krım məsələsindən fərqli münasibət sərgiləməsini də bu sıraya aid edirəm.

- Hətta bəzi dairələr Azərbaycanı terror faktında ittiham edir. Ölkəmizdə fəaliyyət göstərən müəyyən qüvvələr də bu məsələnin üzərinə ciddi düşüb. Sizin münasibətiniz necədir bu məsələyə?

- Bu günlərdə maltalı jurnalistin maşınında partladılması müxtəlif mafiyaların mübarizəsində baş verib. Bu, birmənalıdır. Bu yöndə araşdırma məsələlərini də Avropa İttifaqı və Azərbaycan münasibətlərinin içərisinə qatmağa çalışan qüvvələr var. Onu da bir müddəaya çevirmək istəyənlər oldu. Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri böyük sevinclə qeyd edir ki, bu araşdırmalarda ölkəmizi də günahkar “çıxaracaq” versiyaları, “nüansları” nəzərdən keçirəcəklər. Doğrudan da, bu cür insanlar xəcalət çəkməlidirlər. Çünki bu insan doğrudan da öz dövlətini, az qala, terrorda ittiham etməyə çalışır. Əsl günahkarlar ortalığa çıxanda Əli Kərimli bu millətdən və dövlətdən üzr istəyəcəkmi?
37 təşkilat, üstəgəl, Avropa Parlamentindəki qətnamə, hansısa bir jurnalistin qətli ilə bağlı araşdırmalar subyektiv xarakter daşıyır. Hansısa kəşfiyyat məlumatlarının ayrı-ayrı ölkələr əleyhinə yürütdüyü siyasət bir təzyiq aləti kimi, istifadə olunan tendensiyalardır. Şübhəsiz ki, həmin iddialar qəbul oluna bilməz. Əminəm ki, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Brüsselə gedəcək. Burada ölkəmizin maraqları ilə bağlı qətiyyətli mövqeyini təqdim edəcəkdir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi