Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şagirdlərin çəkisinə bərabər məktəbli çantaları - FOTOLAR
Tarix: 21.11.2017 | Saat: 14:45:00
Bölmə:Sosial | çapa göndər

Bu dəfə azyaşlı məktəblilərin hər səhər məktəbə daşıdığı çantalardan danışacağam. Bu gün səhər ibtidai sinif şagirdləri dərsdən çıxdıqdan sonra müşahidə apardım. Şagirdlər az qala özlərinin çəkisi qədər olan məktəbli çantalarını daşımaqda çətinlik çəkirdilər. El dili ilə desək, onlar az qala ağırçəkili kitab-dəftərlə dolu çantalarını yerlə “sürüyürdülər”. Doğrusu, balacalara yazığım gəldi. Bəlkə də bu cür “işgəncə” onların təhsilə marağını şüuraltı olaraq zədələyir. Bəlkə də onları daşıdıqları ağır çantalar qoparır təhsil sevgisindən…

Bir çox ekspertlər hesab edir ki, burada Təhsil Nazirliyinin, valideynlərin, hətta ata-analara əlavə vəsaitlər aldıran müəllimlərin də günahı var. Onlar hesab edir ki, kitablar elə hazırlanmalıdır ki, çəkisi yüngül olsun. Sovet dövrü ilə müqayisədə indi çap edilən ibtidai sinif kitabları olduqca ağırdır. Valideynlərin günahı isə övladlarına daha geniştutumlu və ağır çəkili çantalar almasındadır. Bunu da pediatr Vaqif Qarayev deyir. Bütün bunlara bir qədər sonra qayıdacağam. Hələlik, uşaqların özlərindən çantalarının ağırlığı ilə bağlı soruşmaq qərarına gəldim. Çantalarını valideynləri götürmüş azyaşlı məktəblilərdən çantanı niyə özün götürmürsən? – deyə sual verdim. Cavabı bir cümlə oldu: “Ağrıdır, ana qoymur”.

Valideynindən  uşağa niyə belə ağır çanta aldığını soruşuram. Deyir ki, kitab və dəftərləri, əlavə vəsaitləri çox olduğu üçün nisbətən böyük çanta almağa məcbur qalır.

Etibar adlı bir valideyn isə deyir ki, çantaların ağırlığı valideyn və uşaqların çox yaralı yeridir:

“Bu gün dörd dərsləri vardı. Hamısı əsas dərslərdir. Dörd kitab, dörd dəftər, iki iş dəftəri, nələr-nələr… Məcbur qalıb özüm götürürəm”.

Etibar müəllim sonra övladının çantasını açıb içini göstərir:

- Baxın, görün nə qədər kitab-dəftər var. Yeddi – səkkiz kilodur. Uşağın çəkisi də azdır, fiziki cəhətdən zəifdir.  

Sonra valideynin əlindən alıb çantaya baxıram. Təxminən yeddi-səkkiz kiloqram çəkisi var. Aydındır ki, altı-yeddi yaşlı uşağın götürəsi yük deyil.

Sinif müəllimindən soruşuram. Deyir ki, şagirdlər proqrama uyğun kitab və dəftərlərdən istifadə edir. Başqa bir valideyn isə kitabların çəkisindən şikayətlənir:

“Bizim dövrümüzdə kitablar çox yüngül idi. Səhifələri indiki kitablardan da çox olurdu. Amma indiki kitablar çəkidə ağır gəlir. Üstəlik, indi köməkçi vəsaitlər də çoxdur. Ona görə də götürə bilmirlər. Onurğa sütunlarının əyilməsindən qorxub hər iki uşağımın çantasını özüm götürürəm. Biri ikinci, o biri üçüncü sinifdə oxuyur. Balacanın heç gücü çatmır”.

Azyaşlı məktəblilər də valideynlərinin danışdığını görüb, şikayətlənməyə başlayırlar:

- Çanta da ağırdı. Qulpları yekədir deyə çiynimizdə durmur, sürüşür.

- Kitablarımız çoxdur, ona görə də apara bilmirəm.

- Mənim çantam təkərlidir, çantamı sürüb aparıram.

- Mənim çantam ağır deyil müəllim, çünki anam aparır.

Bu onların öz düşüncələrinə, yaş dövrünə uyğun cavablarıdır. Bəzi pediatrlar məktəbli çantalarının tibbi cəhətdən şagirdlər üçün mənfi fəsadlara yol açacağını vurğulayırlar. Onlar hətta bir çox hallarda çanta seçimində valideynləri diqqətli olmağa çağırır.

Pediatr Vaqif Qarayev hafta.az-a açıqlamasında bildirib ki, altı yaşındakı uşağın məktəbli çantasının çəkisi 2,2 – 2,5 kiloqram olmalıdır. Bu da uşağın çəkisinin on faizinə bərabər götürülür. Altı yaşındakı uşağın çəkisi təxminən 22 kiloqrama bərabərdir:

“Reallıqda indi azyaşlıların götürdüyü məktəbli çantalarının çəkisi çox ağırdır. Çantaların çəkisinin həddindən artıq ağır olması uşaqları psixoloji cəhətdən də çox sıxır. Eyni zamanda, son vaxtlar uşaqların onurğa sütununda müxtəlif deformasiyalar həddindən artıq çoxalıb. Doğrudur, bu cür halların heç də hamısı çantadan yaranan problemlər deyil. Amma ağır çantanın uşağın onurğa sütununu deformasiyalaşdırması ehtimalı həddindən artıq çoxdur. Tibb də bunu qəbul etmir. Sanitar normativlər də deyir ki, məktəbli çantaları uşağın çəkisinin on faizi qədər olmalıdır. Bizdə buna əhəmiyyət verənlər çox azdır”.

Həkim yeni dərs ilinin başlanğıcında məktəbli çantalarının satıldığı mağazalarda müşahidələr apardığını, bir sıra mənfi nüanslarla qarşılaşdığını deyir. Onun sözlərinə görə, çanta seçimində valideynlərin də günahı böyükdür. Ekspert deyir ki, valideyn uşağa bir sıra hallarda gözəgəlimli, bahalı və öz xalis çəkisi kifayət qədər ağır olan çanta seçir ki, bu da şagirdlərin onurğa sütununun əyilməsi təhlükəsi yaradır:

“Avqust-sentyabr aylarında müşahidələr apardım. Bir valideyn diqqətimi çəkdi. Yanımdakı valideyn övladına “allı-güllü”, həcmcə çox böyük, həm də bahalı bir çanta seçdi. Az qala boyundan da böyük idi. Valideynləri başa düşmək olmur. Onlar daha çox üzərində əcnəbi dildə nəsə yazılan, şəkilləri ilə seçilən, eləcə də çəkisi ağır olan çantalara üstünlük verirlər. Ucuz, sadə, uşağın daşıya biləcəyi çantalar seçmək lazımdır. Çanta seçimi baxımından bu məsələdə valideynlərin də günahı var. Satışda sadə, yüngül, eyni zamanda, ucuz çantalar da var. Ağır çantaların içərisinə kitab yığanda da çəkisi birə-beş çatır. Təhsil Nazirliyi deyir ki, əlavə köməkçi vəsaitlər, iş dəftərləri proqramda yoxdur. Müəllimlər də deyir ki, bu mütləq olmalıdır. Sinif müəllimləri isə valideynləri məcbur edir ki, həmin köməkçi vasitələri alsın. Bu anlaşılmazlıq illərdir davam edir. Bu da çantaların ağırlaşmasına səbəb olur. Tutaq ki, uşaq məktəbə iki dəftər və iki kitab aparmalıdır. Amma bundan iki dəfə artıq çantasına kitab yığılır”.

Sözüm müəllim-valideyin cütlüyünədir. Onların təhsili qədər sağlamlığı da önəmlidir. Azyaşlı məktəbliləri zehni cəhətdən irəliyə aparmaq naminə onları fiziki cəhətdən şikəst etməyin. Çantanın ağırlığı beyninin “ağırlığı” demək deyil. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi