Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
Tarix: 21.11.2017 | Saat: 14:29:00
Bölmə:Dünya | çapa göndər

Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş Vanın Erdemit rayonunda yerləşən erməni qəbiristanlığının yerində tikilmiş ictimai ayaqyolunun söküləcəyinə dair açıqlama verməsinə baxmayaraq, adıçəkilən rayonun bələdiyyə sədri Atıf Çiçəkli əks açıqlama verib.

Hafta.az-ın yazdığına görə, A.Çiçəkli deyib ki, böyük xərc qarşılığında tikilmiş və hər gün burada yaradılmış turizm məkanını ziyarət edən minlərlə turistə xidmət edən bir iaşə obyektinin sökülməsindən söhbət gedə bilməz. O əlavə edib ki, N.Kurtulmuş iaşə obyektinin söküləcəyini deməyib, bu fikir, sadəcə jurnalistlər tərəfindən təhrif edilib. 

Bu bölgədə hər hansı erməni məzarlığının olmadığını bildirən bələdiyyə sədri deyib ki, ərazi Van gölünün sahilində yerləşir, füsunkar təbiəti və əlverişli infrastrukturu buranı turizm mərkəzinə çevirməyə imkan verir. Ona görə də Erdemit bələdiyyəsi bölgədə inkişafa xidmət edəcək hər cür tikinti-bərpa işlərini dayandırmayacaq. "Erməni əsilli millət vəkili Garo Paylana və bu məsələyə vaxt sərf edən hər kəsə açıq şəkildə bildirirəm: buralar təbiətin möcüzəsidir və biz onu daha da zənginləşdirmək, gözəlləşdirmək istəyirik və bu yolda kimsə bizi dayandıra bilməz" deyib bələdiyyə sədri. 

Xatırladaq ki, Erdemitin Van gölü sahilində açılmış çimərlik ətrafında ictimai ayaqyolu və soyunma-geyinmə kabinələri tikilib. Bu isə erməniləri qəzəbləndirib. Onlar iddia edirlər ki, guya həmin ərazidə qədimdə erməni məzarlığı olub. Tələb irəli sürüblər ki, həmin iaşə obyektləri sökülsün...


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi