Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bu, müstəqilliyimizin 100 illiyinin büdcəsidir” - MM-in komitə sədri
Tarix: 21.11.2017 | Saat: 14:37:00
Bölmə:Siyasət | çapa göndər

Parlamentin büdcə müzakirələrinə həsr edilmiş bu günkü plenar iclasında spiker Oqtay Əsədovun ilk olaraq söz verdiyi Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə oldu.

“Həftə içi” qəzetinin parlament müxbirinin verdiyi məlumatda belə deyilir. Komitə sədrinin çıxışında ən diqqətçəkən məqamlardan biri də onun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini yada salması olub. Z.Səmədzadə belə deyib:

“Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Deməli, 2018-ci ilin büdcəsi bizim əldə etdiyimiz müstəqilliyimizin 100 illiyinin büdcəsidir...”.

Natiq neftin nəzərdə tutulan qiymətinə də toxunub:

“2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürüləcək. Müvafiq qurumlarla geniş müzakirələrdən sonra bu rəqəmin üzərində dayanılıb”.

Azərbaycanın borclanmaya getməli olduğunu vurğulayan komitə sədri onu da bildirib ki, Azərbaycan az borcu olan 10 ölkədən biridir. “Borc almaq Azərbaycana ən müasir texnologiyaların gətirilməsi deməkdir. Bununla belə, Azərbaycan hər borcu almayacaq, bunun üçün dövlət başçısının tapşırığı ilə xüsusi strategiya hazırlanır. Həm də lazım olmayan borclanmaya görə məsuliyyət məsələsi də artırılacaq”- deyə Z.Səmədzadə əlavə edib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi