Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xristian albanlarının yadigarı – Mədrəsə kilsəsinin təmirə ehtiyacı var
Tarix: 21.11.2017 | Saat: 17:17:00
Bölmə:Siyasət | çapa göndər

Şamaxının mədrəsə kəndindəki kilsə dövlətin maddi-mədəni irs siyahısına salınıb qorunsa da, yenidən təmirinə ehtiyac var. Kənd sakinləri hafta.az-ın əməkdaşına bildirdilər ki, indi kilsədə əsaslı restavrasiya işləri aparılmalıdır. Üstəlik kilsənin uçmaq təhlükəsi də qalmaqdadır. Çünki kilsə aktiv sürüşmə zonasında yerləşir.

Baxımsızlıq…

Kənddəki ağsaqqalların və ziyalıların sözlərinə görə,  Mədrəsə kəndindəki bu abidə alban türklərinin – o dövrdəki xristian dini etiqadında qalanların ibadətgah yeri olub. Abidənin XIII-XIV əsrə aid olduğu deyilir.

Kilsənin üç qapısı var. İki tuğlu -minarəli olduğu ehtimal edilir. Çünki qərb tərəfindəki tuğun bir hissəsi uçub. Bu da qədim alban memarlığına xas kilsələrdən olduğunu bir daha sübut edir. 

Abidənin içərisinə keçirik. Divardakı suvaqlar tökülüb. İçəri qaranlıq olduğundan və günəş işığının əksi istiqamətində tikildiyindən içəridə çəkiliş aparmaq, keyfiyyətli foto çəkmək qeyri-mümkündür. İndi kənd sakinləri kilsədən ot-alaq yığmaq üçün üstü örtülü məkan kimi istifadə edirlər. Bir sözlə, kilsə baxımsızlıqdan əziyyət çəkir. Eyni zamanda, kilsə divarlarının daşları içəridən erroziyaya uğrayıb. Sakinlər deyir ki, 2004, 2009 və 2015-ci ildə kilsənin yerləşdiyi ərazidə sürüşmə aktivliyi qeydə alınıb. Elə bu zaman kilsə uçmasa da, abidənin divarlarında müəyyən zədələr əmələ gəlib.

Abidəyə “erməni silləsi”…

Mədrəsə kəndində əsasən 1988-ci ildə Qərbi Azərbaycandan gəlmiş soydaşlarımız, eləcə də məshəti türkləri yaşayır. Həmin vaxta qədər isə kənddə ermənilər məskunlaşıbmış. Məlum hadisələrdən sonra bədnam qonşularımız soydaşlarımızın qovulduğu öz dədə-baba yurdlarına gedib. Sakinlər deyir ki, yetmiş-səksəninci illərdə ermənilərin burada yaşamasından istifadə edən İrəvan Dövlət Universitetinin alimləri gəliblər. Abidəni tədqiq etmək adı ilə orada “erməniləşmə işi” aparmağa çalışıblar. Kilsəyə “qriqopryan xaçı” çəkmək niyyətləri isə hansısa gizli “əl”in müdaxiləsi səbəbi ilə baş tutmayıb. Kənd sakini Abdulla kişinin sözlərinə görə, divarın bir yerinə kilsəni “cavanlaşdırmaq” məqsədi ilə “1953-cü il” yazıb:

“Mənim ulu babam da bu kilsəni görüb. 1953-cü il yazısını ermənilər “özününküləşdirmə” məqsədi ilə yazıblar. Bu alban kilsəsidir. Bura yerli alimlərimiz də gəlib. Tədqiqat işləri aparıblar. Onlar da deyirdilər ki, yeddi-səkkiz əsr yaşı var bu abidənin. Alban türklərinin, burada məskunlaşmış qədim soydaşlarımızın ibadət yeri olub. İndi bir balaca “əl gəzdirsələr”, təmir olunsa çox yaxşı olar. Çünki bu tarixdir. Bu millətin yaddaş kitabəsidir”.

Sakinlərin sözlərinə görə, abidə əvvəllər müdafiə xarakterli olub. Sonradan kilsə kimi istifadə edilib. Hətta bəziləri kilsənin ibadətgahla yanaşı müdafiə məqsədli olduğunu da iddia edir. Buna səbəb kimi kilsənin uçurum tərəfində əlavə qapının olması, sonradan arxa qapının iri, sal daşlarla hörülməsi göstərilir.

Kilsədə yatan başqa gizli tarix…

Yaşlı kənd sakinləri deyir ki, 1918-ci ildə ermənilər burada Azərbaycan türklərinə qarşı kütləvi soyqırımlar həyata keçiriblər. Dinc əhali məhz kilsənin 100-150 metrliyində kütləvi şəkildə qətlə yetirilib və elə toplu şəkildə də basdırılıblar. Əhalinin bir qismi kilsəyə sığınsa da, ermənilər dinc əhalinin xeyli bir qismini məhz bu kilsənin həyətində süngüdən keçiriib. Yaşlı sakinlər deyir ki, bütün bunları öz nənə-babalarından eşidiblər. Kənd ziyalıları ətraf yerlərdəki kütləvi məzarlıqların aşkar edilməsi məqsədi ilə qazıntı işlərinin aparılmasının vacib olduğunu deyirlər. Yəqin ki, Mədəniyyət və Turizm Nazirliyi məsələni nəzarətə götürər və sakinlərin arzularını gerçəkləşdirər.

Kilsə strateji cəhətdən olduqca yüksək nöqtədə yerləşir. Yüksəklikdən baxanda dörd bir yanında kəndlərin üzüm salxımı kimi düzüldüyünü görürsən. Üzüm demiş, bu kəndin adı da “Mədrəsə üzüm”ünün adından götürülüb. Mədrəsə kəndi üzümü ilə bütün ölkədə məşhurdur.

Alban kilsəsindən baxdıqda bir qədər aralıda Mirzə Ələkbər Sabirin də uyuduğu “Yeddi gümbəz” məzarlığı görünür. Bu məzarlıqda Şamaxının bəyləri, sultanları, eləcə də böyük şair Seyid Əzim Şirvani uyuyur. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi