Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kamal Abdulla Polşa səfiri ilə görüşüb
Tarix: 21.11.2017 | Saat: 17:58:00
Bölmə:Gündəm | çapa göndər

Noyabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka ilə görüşüb.
Səfiri universitetdə görməkdən məmnunluğunu bildirən rektor onu ADU-nun “Səfir saatı” klubunda mühazirə oxumağa dəvət edib. K.Abdulla ümid etdiyini bildirib ki, bu cür görüşlər təkcə tələbələr üçün deyil, səfir üçün də maraqlı olacaq.

Polşa universitetləri ilə birbaşa əlaqələrin qurulmasının vacibliyinə toxunan K.Abdulla səfirdən bu istiqamətdə köməklik göstərməyi xahiş edib. O, həmçinin ADU-da Polşa dili və mədəniyyəti mərkəzinin açılmasının mümkün olduğunu bildirib. Rektor əlavə edib ki, Polşada tövsiyə edilən universitetdə də Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması məqsədəuyğun olardı.

Öz növbəsində səfir bildirib ki, Polşada universitetlər müstəqildir. Bununla belə, o, bu məsələdə ADU-ya köməklik göstərmək üçün müvafiq universitetlərlə maraqlanacaq. Qarşılıqlı şəkildə hər iki ölkədə dil və mədəniyyət mərkəzlərinin açılması ideyasını müsbət qarşılayan diplomat “Səfir saatı”nda mühazirə oxumaq təklifini də məmnuniyyətlə qəbul edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev