Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kollecdən sonra ali məktəbdə oxuyanlar üçün şad xəbər
Tarix: 21.11.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində də tətbiqi nəzərdə tutulur

“Son illərdə ali məktəblərə qəbul olunanların orta bal göstəricisi artıb. Belə ki, bu il qəbul imtahanlarında 2472 nəfər 600-dən yuxarı bal toplayıb”. Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Ali təhsildən gözləntilər” adlı seminarda deyib. Onun sözlərinə görə, keçən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər olub. Bu il isə 15 nəfər 700 bal toplayıb. Ali məktəblərə qəbul olunanların 52 faiz qız, 48 faizi oğlandır.
Y. Piriyev bildirib ki, magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb.
Təhsil Nazirliyinin tabeliyində olan ali məktəblərdə təhsil alan prezident təqaüdçülərinin sayının artdığını xatırladan şöbə müdiri qeyd edib ki, bu tədris ilində ali məktəblərdə təhsil alan əcnəbilərin sayı artaraq 5410 nəfər təşkil edib.
Y. Piriyev özəl ali məktəblərə qəbul planının azalma səbəbini isə “Qafqaz” və “Təfəkkür” universitetlərinin fəaliyyətlərini dayandırması ilə əsaslandırıb: “Bildiyiniz kimi, “Qafqaz” Universitetinə hər il 1000 nəfər qəbul olunurdu”.
Şöbə müdiri onu da əlavə edib ki, gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur: “Hazırda ixtisasların təsnifatı hazırlanır. Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya edilməlidir".
Hər iki təsnifatın eyniliyinin vacibliyinə toxunan Y.Piriyev qeyd edib ki, məqsəd bakalavr ali təhsilinə rəvan keçidi təmin etməkdir: "Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın".
Qeyd edək ki, hazırda qüvvədə olan “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı” sənədinə görə, orta ixtisas təhsili proqramları (kurikulumlar) təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi sayılır. Orta ixtisas təhsili proqramına orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı, orta ixtisas təhsilinin ayrı-ayrı ixtisasları üzrə təlim nəticələrini və məzmun standartlarını, tədris olunan fənləri, həftəlik dərs yükünü və dərsdənkənar məşğələ saatlarının miqdarını və sair özündə əks etdirən müvafiq təhsil proqramları, pedaqoji prosesin təşkili, tədris planları, fənn proqramları, metodik təminatla bağlı tövsiyələr, təlimin nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları daxildir. Orta ixtisas təhsili üzrə təhsil proqramlarında fənn bölümləri olaraq humanitar fənlər, ümumtəhsil fənləri (ümumi orta təhsil bazasından təhsil alanlar üçün), ixtisasın peşə hazırlığı fənləri nəzərdə tutulur.
Tam orta təhsil bazasından təhsilalanların ümumi auditoriya saatlarının 20-25 faizi-humanitar, 75-80 faizi isə peşə hazırlığı fənlərinin tədrisinə ayrılır. Ümumi orta təhsil bazasından təhsilalanların ümumtəhsil fənlərinin həcmi ümumi saatların 30-40 faizini təşkil edir.
Humanitar fənn bölümünə məcburi fənlər kimi "Azərbaycan tarixi", "Azərbaycan dili" (xarici dildə təhsil alanlar üçün), "Xarici dil" fənləri daxildir. Orta ixtisas təhsili üzrə təhsil proqramlarının bütün fənn bölümlərinə seçmə fənlər daxildir. Proqramlarda seçmə fənlərə ayrılan saatın həcmi ümumi saat həcminin 15-20 faizini təşkil edir.
Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na görə tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər. Qaydalarla tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçən tələbələrin sayı 30 nəfərdən çox olarsa, orta ixtisas təhsili müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeydəalınma ardıcıllığına görə müəyyənləşdirilir.
Kredit sistemi ilə tədrisin təşkilində Boloniya bəyannaməsinin müddəalarına əsasən, tələbələrin akademik mobilliyi onların digər orta ixtisas təhsili müəssisələrində, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı orta ixtisas təhsili müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsi tərəfindən tanınmalıdır. Digər orta ixtisas təhsili müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.
Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na bu il etdiyi dəyişikliklərə görə isə əyani təhsilalmada tədrisə tam cəlb olunma (fulltime) və və tədrisə qismən cəlb olunma (parttim) formaları ilə əlaqədar təhsil kreditlərinin də sayı fərqlidir. Qaydaya əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Dəyişikliyə əsasən bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Tələbənin həftəlik işinin həcmi 1,5 kredit olubsa, artıq bu halda yay semestri istisna olacaq.
Xatırladaq ki, indiyədək qüvvədə olan qaydaya əsasən bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilməkdən əlavə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilib. Dəyişikdən sonra isə yalnız tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Dövlət sifarişi ilə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 8-dən deyil, artıq 40-dan çox olmamalıdır.
Sözügedən qaydalara cari və aralıq qiymətləndirmə anlayışları da daxil edilib. Cari qiymətləndirmə fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi, aralıq qiymətləndirmə fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir. Sənədə cari və aralıq qiymətləndirmə anlayışlarının daxil edilməsi ilə əlaqədar cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Sənədə əsasən, cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi