Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xəbər kanalı nə zaman açılacaq?
Tarix: 21.11.2017 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Məlum olduğu kimi, Milli Telelviziya və Radio Şurası (MTRŞ) "Dalğa" TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib. Yeni telekanalın nə vaxtdan fəaliyyətə başlayacağı barədə hafta.az-a MTRŞ sədrinin müavini Qafar Cəbiyev məlumat verib: “Qanuna görə, lisenziya verildikdən 6 ay müddətində telekanal fəaliyyətə başlamalıdır. Əgər 6 ay ərzində fəaliyyətə başlamasa barəsində müvafiq tədbir görülə bilər. “Dalğa” TV qarşısında konkret tarix qoyulmayıb o müddətdə də mütləq efirdə olsunlar. Altı ay zamanları var”.

Qeyd edək ki, “Xəzər Media Center”in tərkibində fəaliyyətə başlayacaq Dalğa TV-də dünyaca məşhur serial və filmlər yayımlanacaq. Bu haqda isə Xəzər TV-nin proqramlar departamentinin rəhbəri Kənan Bayramov məlumat verib: “Dalğa TV dünya bestsellerlərini Azərbaycana gətirir. Telekanalda Azərbaycan dilinə tərcümə olunmuş lisenziyalı məhsullar nümayiş olunacaq. Kanal, peyk, kabel və digər platformalar üzərindən yayımlacaq. Hazırda test prosesindədir və dekabr ayından tam yayıma keçid edəcəyik”.
K.Bayramov Dalğa TV-də yayımlanacaq film və seriallardan da söz açıb: “Azərbaycanda yetəri qədər sevilən, lakin heç vaxt nümayiş olunmayan serialları nümayiş etdirəcəyik. Bunlar Braziliya, Meksika, Hindistan, Kolumbiya, Amerika və Türkiyə istehsalıdır.
Serial və filmlərin ana dilimizə dublyaj olunmasına səbəb odur ki, biz bir başa şirkətlə danışıb filmlərin yayımı üçün icazə alırıq. Yəni, internet versiya yayımlamaq fikrimiz yoxdur.
Filmin başqa dildə efirə verilməsi qeyri-qanuni sayılacaq. Əgər kino və ya serial rus dilində yayımlansa, deməli, Rusiya bazarına girmiş oluruq. Biz piratçılıq yolu ilə film izlətmək istəmirik”.
Qafar Cəbiyev Azərbaycanda açılacaq xəbər kanalı barədə də məlumat verib. O deyib ki, xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.
Q.Cəbiyev bildirib ki, müsabiqə ilə bağlı şuraya hələ heç bir müraciət daxil olmayıb: “Bir ay vaxt var. Bu müddət ərzində müraciət olunmayacağı tədqirdə müsabiqə ləğv olunacaq. Hər bir halda bir ay ərzində hüquqi və fiziki şəxs tərəfindən müraciət olunsa belə, ictimaiyyətə məlumat verilməyəcək. O vaxta qədər ki, müsabiqənin şərtlətinə uyğun namizəd seçiləcək və bu kütləvi informasiya vasitələri ilə elan olunacaq”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev